Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-38/2025 03.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X2 iştirakı ilə, X3 barəsində 15 fevral 2025-ci il tarixli İXP6912449 nömrəli inzibati xəta haqqında protokol əsasında Bakı Şəhər Baş Polis İdarəsi X14 idarəsinin rəisi, polis polkovniki X11 tərəfindən qəbul edilmiş 18 fevral 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 (01 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Kəlbəcər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:4WBY1MN, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan) Kəlbəcər Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, Bakı Şəhər Baş Polis İdarəsi X14 idarəsinin rəisi, polis polkovniki X11 tərəfindən 15 fevral 2025-ci il tarixli İXP6912449 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 18 fevral 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “BYD Destroyer 05 Pluq-İN Hibrid minik” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 15 fevral 2025-ci il tarixdə Bakı şəhərində həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən Bakı şəhərinin 20 Yanvar küçəsindən Ziya Bünyadov küçəsinə gedən küçədə avtobus dayanacağından 15 metr qabaqda (saat 10:00 dan 17:00-dək taksilərin dayanaraq sərnişinlərin düşməsinə icazə verilir) sərnişini düşürən zaman polis əməkdaşı ona yaxınlaşanda o göstərmişdir ki, dayanacaqdan 15 metr qabaqda dayanmışdır, buna baxmayaraq, onunla mübahisə etmiş, daha sonra avtomobili polisə apararaq üç gündən sonra protokol tərtib etmiş, mübahisə etdiyimə görə əlavə olaraq Azərbaycan Respublikasının X8nin (bundan sonra-X8) 322.1-1 maddəsi ilə də inzibatı tənbeh etmiş və həmin maddə ilə ona haqsız olaraq 4 bal tətbiq etmişdir. Polis heç bir obyektiv araşdırma aparmadan qanunsuz olaraq ona cərimə 4 bal olunması ilə bağlı qərar verilmişdir. Bakı şəhər DYPİ-nin əməkdaşları onun barəsində tətbiq etdikləri inzibatı potokol həqiqəti özündə əks etdirmir, bu səbəbdən ləğv edilməlidir. Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsi, Konstitusiya ilə təsbiq edilən vəzifə səlahiyyətlərini qanuna uyğun icra etməyərək heç bir əsas olmadan ona İnzibati Xətalar Məcəlləsinin 327.1-1. maddəsi ilə inzibatı tənbeh tətbiq etmişdir. İnzibati Xətalar Məcəlləsinin 53-cu maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar şərh olunur. Həmin məcəllənin 53.1 və 53.1.1-ci maddələrindən görünür ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 76.1-ci maddəsində inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyətli olan digər halları müəyyən elmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana biləcəyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin öz hüquqlarını və azadlıqlarını müdafiə etmək huququ vardır; dövlət hər kəsin öz hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. İşin faktiki hallarından görünür ki, Bakı Şəhər X14 İdarəsinin yol-patrul xidməti inspektoru, polis serjantı X10 tərəfindən X2 İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.1-1ci maddələri ilə təqsirləndirilməsi ilə bağlı 15 fevral 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Bakı Şəhər X14 İdarəsinin rəisi, polis polkovniki X9 həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 18 fevral 2025-ci il tarixli (qərarın nömrəsi yoxdur) inzibati tənbehvermə haqqında qərarı ilə X1 Xətalar Məcəlləsinin 327.1-1 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir (yekun olaraq “barəsində ... manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilsin” ifadəsi qeyd edilmişdir; tətbiq edilən cərimənin məbləği göstərilməmişdir). İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsindən görünür ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərarından şikayət, prokuror isə protest verə bilər. Şikayət məhkəməyə 27 fevral 2025-ci il tarixdə daxil olmuş, iş üzrə məhkəmə baxışı iclası ilk dəfə 10 mart 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 01 aprel 2025-ci il və 03 aprel 2025-ci il tarixlərə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəfindən inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın- Bakı Şəhər X14 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir (eyni zamanda Bakı Şəhər X14 İdarəsinə iş üzrə bütün sübutların, o cümlədən audio-video yazıların məhkəməyə təqdim edilməsi sorğulansa da, məhkəmənin sorğusu cavablandırılmamışdır). Məhkəmə Bakı Şəhər X14 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X3 məhkəmə iclasında şikayətini müdafiə edərək və barəsində tərtib olunmuş 15 fevral 2025ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 18 fevral 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın qanunsuz və əsassız olduğunu bildirərək, barəsində olan 18 fevral 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini və barəsindəki hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun məhkəməyə təqdim etdiyi fotoşəkildən də görünür ki, onun İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirləndirilməyə səbəb olan hərəkəti etdiyi (sərnişini düşürdüyü) ərazidə olan yol nişanından da (5.9-“ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq”) görünür ki, yol nişanının təsir gücü saat 07.00-dan 10.00-dək və 17.00-dan 20.00-dək olan vaxtları əhatə edir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan isə görünür ki, onun tərəfindən törədildiyi iddia edilən qayda pozuntusu saat 15:40-da baş vermişdir- həmin vaxt isə ərazidə quraşdırılmış yol nişanının təsir dairəsinə düşmür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: -Bakı Şəhər X14 İdarəsinin yol-patrul xidməti inspektoru, polis serjantı X10 tərəfindən X2 15 fevral 2025-ci il tarixdə saat 15:40-da törədilən xətaya görə İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.1-1-ci maddələri ilə təqsirləndirilməsi ilə bağlı 15 fevral 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir; -Bakı Şəhər X14 İdarəsinin rəisi, polis polkovniki X9 İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 18 fevral 2025-ci il tarixli (qərarın nömrəsi yoxdur) inzibati tənbehvermə haqqında qərarı ilə X1 Xətalar Məcəlləsinin 327.1-1 (“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi) və 327.7-ci (bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanması) maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir (yekun olaraq “barəsində ... manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilsin” ifadəsi qeyd edilmişdir; tətbiq edilən cərimənin məbləği göstərilməmişdir). Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının: -125-ci maddəsinin yeddinci (Vİİ) hissəsində bəyan edilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. -129-cu maddəsinin üçüncü (İİİ) hissəsində bəyan edilir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: -6-cı maddəsinin birinci (İ) hissəsinin birinci abzası və 6 və 6-1-ci bəndlərindən görünür ki, yol hərəkəti sahəsində fiziki şəxslərin o cümlədən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və məhkəməyə şikayət etmək, barələrində yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet informasiya ehtiyatlarından məlumat almaq hüquqları vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təliat”ın: -4.6-cı bəndinə əsasən, patrul avtomobili radio-cihaz vasitəsi, bort-kompüter, videokamera, ilk tibbi yardım qutusu, 2 ədəd yol nişanı, fənər, yanğın söndürən vasitə, hadisə yerini bildirən işıq əks etdirən lent və digər texniki vasitələrlə təchiz olunur; -4.7-ci bəndinə əsasən, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir; sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır; -6.9-cu bəndinə əsasən, patrul avtomobillərində quraşdırılan videokamera və məsafədən səs ötürən mikrofon işlək vəziyyətdə olmadıqda həmin avtomobillərdə xidmətin aparılması yolverilməzdir; belə avtomobillərdə xidmətin aparılmasına görə müvafiq şəxslər məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin: -8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. -8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir; -53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; -84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; -115.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası; -134.1 və 134.1.3-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; -135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır; Məhkəmə şikayəti və iş üzrə tədqiq edilmiş digər materialları araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, X2 İnzibati Xətalar Məcəlləsinin 327.1-1 (“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi) və 327.7-ci (bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2– 346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanması) maddələrində nəzərdə tutulmuş xətaları törətdiyini təsdiq edən mötəbər sübutlar inzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmiş və məhkəmə icraatı zamanı aşkar edilməmişdir. İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqana bütün sübutların, o cümlədən iş üzrə audio və videoyazıların təqdim edilməsi üçün sorğu göndərilmiş, buna baxmayaraq, iş üzrə mötəbər sübutlar, o cümlədən xidməti bort-kompyuter vasitəsi ilə aparılmış audio və videoyazılar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından (8.2-ci maddə) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir- deməli, təqsirin sübuta yetirilməsi vəzifəsi səlahiyyətli orqanın (səlahiyyətli vəzifəli şəxsin) üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.3-cü maddələrinin müddəalarından görünür ki, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılması nəticəsində hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı Şəhər Baş Polis İdarəsi X14 idarəsinin rəisi polis polkovniki X9 15 fevral 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X3 barəsində qəbul etdiyi 18 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-1 və 327.7-ci maddələri ilə olan hazırki inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1, 134.1.3 və 135.1.5-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 şikayəti təmin edilsin. Bakı Şəhər Baş Polis İdarəsi X14 idarəsinin rəisi polis polkovniki X9 15 fevral 2025ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X3 barəsində qəbul etdiyi 18 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1 və 327.7-ci maddələri ilə olan hazırki inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Bu qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-38/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-38/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver