Məhkəmə qərarları › İş №3(040)-396/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-396/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-396/2025 12.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X4 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərvin Səfərəliyevin qəbul etdiyi 1) 06 noyabr 2025 tarixli EQ 31804730, 2) 10 noyabr 2025 tarixli EQ 31911567 nömrəli, 3)11 noyabr 2025 tarixli EQ 31916210 nömrəli, 4) 12 noyabr 2025 tarixli EQ 31940986 nömrəli, 5) 17 noyabr 2025 tarixli EQ 32050397 nömrəli, 6)18 noyabr 2025 tarixli EQ 32072629 nömrəli, 7) 18 noyabr 2025 tarixli EQ 32073984 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarlardan barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 10 sentyabr 1971-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çəpli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 52407NN, Kəlbəcər rayonunun Çəpli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla ünvan 1 ünvanında məskunlaşan, ali təhsilli, işləməyən X6 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin (bundan sonra- Baş Dövlət Yol Polisi İdarəsi) rəis müavini, polis polkovnikleytenantı Pərvin Səfərəliyevin qəbul etdiyi 1) 06 noyabr 2025 tarixli EQ 31804730 nömrəli, 2) 10 noyabr 2025 tarixli EQ 31911567 nömrəli, 3) 11 noyabr 2025 tarixli EQ 31916210 nömrəli, 4) 12 noyabr 2025 tarixli EQ 31940986 nömrəli, 5) 17 noyabr 2025 tarixli EQ 32050397 nömrəli, 6) 18 noyabr 2025 tarixli EQ 32072629 nömrəli, 7) 18 noyabr 2025 tarixli EQ 32073984 nömrəli inzibati tənbehvermə haqqında qərarlarından yazılı şikayət verərək, həmin qərarların ləğv edilməsi və barəsində olan icraatlara xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində “Mercedes Benz” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili avtomobilini idarə edərkən sürücülük vəsiqəsinə bal yazılmış və həmin bal 20-dən yuxarı olduğundan sürücülük hüququ məhdudlaşdırılıb və bundan sonra o, avtomobili idarə etməmişdir. Həmin vaxt atası Nüsrət Hünbətov beyin infarktı keçirmişdi və o, xəstəxanada atasının yanında qalırd. Avtomobili bibisinin oğlu Şahid idarə edirdi və həmin vaxtlar o da Şahinin yanında olmuşdur. 2025-ci ilin 06 noyabr tarixindən 18 noyabr tarixinədək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 332.3-cü maddəsi ilə elektron protokollar tərtib edilərək 2800 (iki min səkkiz yüz) manat məbləğində cərimə olunmuşdur. Halbuki, qeyd etdiyi kimi həmin dövrdə avtomobili o idarə etməmiş, axırıncı etibarnamə onun adına olduğu üçün elektron olaraq cərimə onun adına yazılıb. Qeyd edir ki, atası X7 beyin infarktı keçirdiyinə görə onun başı qarışmış, mütəmadi olaraq avtomobildən istifadə etmişlər, onun yanında avtomobili Şahid idarə edib. X11 16 noyabr 2025-ci il tarixdə vəfat etmiş, yas mərasimini yola verdikdən sonra ona məlum olmuşdur ki, davamlı olaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə 7 dəfə elektron qərar qəbul edilərək 2800 (iki min səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. Yuxarıda qeyd etdiyi kimi, ona inzibati cərimə yazılan dövrlərdə o, avtomobildə olmaqla avtomobili sürücülük hüququ olan Şahid idarə edib. Hazırda maddi vəziyyəti çox acınacaqlıdır, atasının yas mərasimini keçirdiyi üçün külli miqdarda borca düşmüşdür; oğlu hərbi xidmətdədir, himayəsində uşaqları və işləməyən həyat yoldaşı var. Ona görə də həmin cərimələr onun maddi vəziyyətini daha da ağırlaşdırır. Şikayət məhkəməyə 02 dekabr 2025-ci il tarixdə daxil olmuş, işin baxılması 12 dekabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın- Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: -Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərvin Səfərəliyevin qəbul etdiyi 06 noyabr 2025-ci il tarixli EQ 31804730 nömrəli inzibati tənbehvermə haqqında elektron qərara və həmin elektron qərar əsasında Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli vəzifəli şəxsi, polis polkovnik-leytenantı X2 qəbul etdiyi 06 noyabr 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərara əsasən, X6 “Mercedes Benz E240 minik” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili 06 noyabr 2025-ci il tarixdə saat 09:58-də Gəncə şəhərinin Süleyman Rüstəm küçəsində Avtozavod yolu ilə X13 küçəsi istiqamətində idarə edərkən “yolda müəyyən edilmiş hərəkət sürətini 15 km/saat həddində aşdığına görə” İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat cərimə tənbehi tətbiq edilmişdir (müvafiq qərarların surəti iş materiallarına əlavə edilmişdirhakimin qeydi). -Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərvin Səfərəliyevin 10 noyabr 2025-ci il tarixli EQ 31911567 nömrəli inzibati tənbehvermə haqqında elektron qərara və həmin elektron qərar əsasında Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli vəzifəli şəxsi, polis polkovnik-leytenantı X2 qəbul etdiyi 10 noyabr 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərara əsasən, X6 “Mercedes Benz E240 minik” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili 10 noyabr 2025-ci il tarixdə saat 22:41-də Gəncə şəhərinin Süleyman Rüstəm küçəsində Avtozavod yolu ilə İstanbul küçəsi istiqamətində idarə edərkən “yolda müəyyən edilmiş hərəkət sürətini 15 km/saat həddində aşdığına görə” İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat cərimə tənbehi tətbiq edilmişdir (müvafiq qərarların surəti iş materiallarına əlavə edilmişdirhakimin qeydi). -Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərvin Səfərəliyevin 11 noyabr 2025-ci il tarixli EQ 31916210 nömrəli inzibati tənbehvermə haqqında elektron qərara və həmin elektron qərar əsasında Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli vəzifəli şəxsi, polis polkovnik-leytenantı X2 qəbul etdiyi 11 noyabr 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərara əsasən, X6 “Mercedes Benz E240 minik” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili 11 noyabr 2025-ci il tarixdə saat 07:09-da Gəncə şəhərinin Süleyman Rüstəm küçəsində Avtozavod yolu ilə İstanbul küçəsi istiqamətində idarə edərkən “yolda müəyyən edilmiş hərəkət sürətini 13 km/saat həddində aşdığına görə” İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat cərimə tənbehi tətbiq edilmişdir (müvafiq qərarların surəti iş materiallarına əlavə edilmişdirhakimin qeydi). -Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərvin Səfərəliyevin qəbul etdiyi 12 noyabr 2025-ci il tarixli EQ 31940986 nömrəli inzibati tənbehvermə haqqında elektron qərara və həmin elektron qərar əsasında Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli vəzifəli şəxsi, polis polkovnik-leytenantı X2 qəbul etdiyi 12 noyabr 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərara əsasən, X6 “Mercedes Benz E240 minik” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili 12 noyabr 2025-ci il tarixdə saat 09:55-də Gəncə şəhərinin Süleyman Rüstəm küçəsində Avtozavod yolu ilə X13 küçəsi istiqamətində idarə edərkən “yolda müəyyən edilmiş hərəkət sürətini 19 km/saat həddində aşdığına görə” İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat cərimə tənbehi tətbiq edilmişdir (müvafiq qərarların surəti iş materiallarına əlavə edilmişdirhakimin qeydi). -Baş dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərvin Səfərəliyevin qəbul etdiyi 17 noyabr 2025-ci il tarixli EQ 32050397 nömrəli inzibati tənbehvermə haqqında elektron qərara və həmin elektron qərar əsasında Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli vəzifəli şəxsi, polis polkovnik-leytenantı X2 qəbul etdiyi 17 noyabr 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərara əsasən, X6 “Mercedes Benz E240 minik” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili 17 noyabr 2025-ci il tarixdə saat 13:48-də Göygöl rayonunun Quşqara kənd məktəbinin qarşısından Gəncə istiqamətində idarə edərkən “Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə” İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat cərimə tənbehi tətbiq edilmişdir (müvafiq qərarların surəti iş materiallarına əlavə edilmişdir-hakimin qeydi). -Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərvin Səfərəliyevin qəbul etdiyi 18 noyabr 2025-ci il tarixli EQ 32072629 nömrəli inzibati tənbehvermə haqqında elektron qərara və həmin elektron qərar əsasında Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli vəzifəli şəxsi, polis polkovnik-leytenantı X2 qəbul etdiyi 18 noyabr 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərara əsasən, X6 “Mercedes Benz E240 minik” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili 18 noyabr 2025-ci il tarixdə saat 14:34-də Gəncə şəhərinin Süleyman Rüstəm küçəsində Avtozavod yolu ilə İstanbul küçəsi istiqamətində idarə edərkən “yolda müəyyən edilmiş hərəkət sürətini 12 km/saat həddində aşdığına görə” İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat cərimə tənbehi tətbiq edilmişdir (müvafiq qərarların surəti iş materiallarına əlavə edilmişdirhakimin qeydi). -Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərvin Səfərəliyevin qəbul etdiyi 18 noyabr 2025-ci il tarixli EQ 32073984 nömrəli inzibati tənbehvermə haqqında elektron qərara və həmin elektron qərar əsasında Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli vəzifəli şəxsi, polis polkovnik-leytenantı X2 qəbul etdiyi 18 noyabr 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərara əsasən, X6 “Mercedes Benz E240 minik” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili 18 noyabr 2025-ci il tarixdə saat 15:27-də Gəncə şəhərinin Süleyman Rüstəm küçəsində Avtozavod yolu ilə X13 küçəsi istiqamətində idarə edərkən “yolda müəyyən edilmiş hərəkət sürətini 11 km/saat həddində aşdığına görə” İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat cərimə tənbehi tətbiq edilmişdir (müvafiq qərarların surəti iş materiallarına əlavə edilmişdirhakimin qeydi). Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X6 məhkəmə iclasında şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, onun etibarnamə əsasında sahibliyində olan “Mercedes Benz E240” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 adınadır və o, avtomobili mülkiyyətçinin ona verdiyi etibarnamə əsasında idarə edir. Avtomobil bir ildən çoxdur ki, ondadır. Onun çörək sexi var və hər gün eyni istiqamətdə hərəkət edərək çörək paylayırlar. Bacısı vəfat etmiş və 04 noyabr 2025-ci il tarixdə bacısının “qırx” mərasimini vermişlər, sonra atası xəstə olduğu üçün atasını xəstəxanaya aparmışlar; atası səkkiz gün xəstəxanada qalmış, sonra ölmüşdür. Həmin müddət ərzində başı qarışıq olduğundan və özünün də səhhətində problemlər olduğundan avtomobili bibisinin oğlu Şahin idarə etmişdir. Onun 17 (on yeddi) cərimə balının olmasından məlumatı olmuş, lakin şikayətdə qeyd edilən, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məlumatı olmamışdır. Həmin elektron qəraralar qəbul edilən zaman avtomobili bibisioğlu idarə etmiş, o özünü piss hiss etdiyinə görə arxa oturacaqda əyləşmişdir. Odur ki, şikayətin təmin edilməsini, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid (barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin qohumu) izahatında bildirmişdir ki, dayısının oğlu X4 etibarnamə əsasında sahiblik etdiyi avtomobili son aylarda həmişə o özü idarə etmişdir. Şikayətdə qeyd edilən bütün elektron qərarların qəbul edilməsinə səbəb olan qayda pozuntularının törədildiyi zaman avtomobili o idarə etmiş, avtomobili idarə edən zaman avtomobildə tək olmuş, Oktay avtomobildə olmamışdır. Tətbiq edilməli olan normalar: İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -81.1-ci maddəsinə əsasən, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. -81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. -81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. -114.1-cü maddəsindən görünür ki, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. -115.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. -122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. -122.2-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. -122.3-cü maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. -122.4-cü maddəsinə əsasən, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. -122.5-ci maddəsinə əsasən, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. -122.7-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -128.2 və 128.2.3-cü maddələrindən görünür ki, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. -134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. -135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31– 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. -332.3-cü maddəsindən görünür ki, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir. Məhkəmədə: **-TB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E240 minik” markalı avtomobilin sürücüsü X6 1) 06 noyabr 2025 tarixli EQ 31804730, 2) 10 noyabr 2025 tarixli EQ 31911567 nömrəli, 3)11 noyabr 2025 tarixli EQ 31916210 nömrəli, 4) 12 noyabr 2025 tarixli EQ 31940986 nömrəli, 5) 17 noyabr 2025 tarixli EQ 32050397 nömrəli, 6) 18 noyabr 2025 tarixli EQ 32072629 nömrəli, 7) 18 noyabr 2025 tarixli EQ 32073984 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarlarda nəzərdə tutulmuş inzibati xətaların etibarnamə ilə idarə etmək hüququ olduğu avtomobili idarə edən digər şəxs tərəfindən törədildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, Oktay Hümbətov izahatında inzibati xətalar törədildiyi zaman özünün də avtomobildə olduğunu, lakin avtomobili qohumu Şahid idarə etdiyini bildirsə də, Şahid qismində izahat verərkən yuxarıda bəhs olunan inzibati xətaların törədildiyi zaman avtomobili özünün idarə etdiyini, lakin həmin vaxtlar Oktay Hümbətovun avtomobildə olmadığını bildirmişdir. Bununla da, izahatlar arasında ziddiyət yaranmışdır. Deməli, şikayətdə göstərilən məlumatlar İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən təsdiq olunmuş hesab edilə bilməz. Məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərvin X1 barəsində qəbul etdiyi 1) xx.xx.2025 tarixli EQ 31804730 nömrəli, 2) xx.xx.2025 tarixli EQ 31911567 nömrəli, 3)xx.xx.2025 tarixli EQ 31916210 nömrəli, 4) xx.xx.2025 tarixli EQ 31940986 nömrəli, 5) xx.xx.2025 tarixli EQ 32050397 nömrəli, 6) xx.xx.2025 tarixli EQ 32072629 nömrəli, 7) xx.xx.2025 tarixli EQ 32073984 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarlar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.1, 134.1.1 və 134.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 Baş Dövlət Yol Polisi İdarəsinin 1) xx.xx.2025 tarixli EQ 31804730 nömrəli, 2) xx.xx.2025 tarixli EQ 31911567 nömrəli, 3)xx.xx.2025 tarixli EQ 31916210 nömrəli, 4) xx.xx.2025 tarixli EQ 31940986 nömrəli, 5) xx.xx.2025 tarixli EQ 32050397 nömrəli, 6) xx.xx.2025 tarixli EQ 32072629 nömrəli, 7) xx.xx.2025 tarixli EQ 32073984 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarlardan verdiyi şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsinin X6 barəsində 1) xx.xx.2025 tarixli EQ 31804730, 2) xx.xx.2025 tarixli EQ 31911567 nömrəli, 3) xx.xx.2025 tarixli EQ 31916210 nömrəli, 4) xx.xx.2025 tarixli EQ 31940986 nömrəli, 5) xx.xx.2025 tarixli EQ 32050397 nömrəli, 6) xx.xx.2025 tarixli EQ 32072629 nömrəli, 7) xx.xx.2025 tarixli EQ 32073984 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarları bu şikayətə münasibətdə dəyişdirilmədən saxlansın. Bu qərardan, surəti rəsmi qaydada verilyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar