Məhkəmə qərarları › İş №3(040)-4/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-4/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-4/2025 03.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İnzibati tənbehvermə haqqında qərar qəbul edən səlahiyyətli vəzifəli şəxs- Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət X8 yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 iştirakı ilə, Gəncə Şəhər Dövlət X8 yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 qəbul etdiyi 10 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: (09 mart 2001-ci ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Novo Saratovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 73HK0W8, Kəlbəcər rayonunun Başlıbel kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) X1 Şəhər Dövlət X8 yol-patrul xidməti (bundan sonra-YPX) inspektoru, polis baş serjantı X3 10 dekabr 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından yazılı şikayət verərək, həmin protokol və qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində "VAZ-2107" markalı **-BM- *** dövlət qeydiyat nişanlı minik avtomobili 10 dekabr 2024-cü il tarixdə idarə edərkən saat 11:45 radalərində Gəncə şəhəri ərazisində Gəncə şəhər DYPŞ-nin Yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, avtomobil saxlanıldıqdan sonra YPX inspektoru tərəfindən avtomobilə əlavə avadanlığın quraşdırılıb-quraşdırılmaması ondan soruşulmuş, hətta avtomobilin alt hissəsinə baxılmış, lakin qanunsuz heç nə aşkar edilmədiyindən, o getmişdir. Sonradan ona məlum olmuşdur ki, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3 vɔ 327.2-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və qərar qəbul edilərək 100 (yüz) manat məbləğinda cərimə olunmuş, eyni zamanda sürücülük vəsiqəsinə 3 (üç) bal yazılmışdır. İnzibati xəta haqqında protokol tərtib edilməsinə əsas kimi də guya onun işıq sistemindən düzgün istifadə etməməsi, təklükəsizlik kəmərini bağlamaması, eyni zamanda da qırmızı işıqda keçməsi göstərilmişdir, halbuki o, qanunsuz və əsassız olaraq dayandırılmış, bununla bağlı öz iradını bildimiş və həmin vaxtda ona inzibati xəta törətməsi ilə bağlı heç bir söz deyilməmişdir. Ona cərimə yazılması barədə mesaj gələndən sonra dərhal Gəncə şəhər DYPŞ-yə yaxınlaşmışdır ki, əgər belə bir inzibati xəta törətmişdirsə kamera görüntülərini çıxarsınlar, cavabında ona bildirilmişdir ki, heç bir kamera görüntüsü yoxdur. Odur ki, barəsində olan Gəncə Şəhər Dövlət X8 yol-patrul xidməti inspektoru, polis baş serjantı X6 tərəfindən tərtib edilmiş 10 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Şikayət məhkəməyə 14 yanvar 2025-ci il tarixdə daxil olmuş, işin baxılması 03 fevral 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 məhkəmə iclasına gəlməmişdir. O, 24 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, şikayətini müdafiə etdiyini bildirmiş və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmiş, eyni zamanda növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İnzibati tənbehvermə haqqında qərar qəbul edən səlahiyyətli vəzifəli şəxs- Gəncə Şəhər Dövlət X8 yol patrul xidməti inspektoru, polis baş serjantı X6 məhkəmə iclasında izahatında bildirmişdir ki, onun qəbul etdiyi 10 dekabr 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilən 10 dekabr 2024cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar tam qanunidir. Bununla bağlı videogörüntüləri də məhkəməyə təqdim edir. Şikayət əsassız olduğundan, təmin edilməməsini xahiş edir. İşin faktiki halları: Gəncə Şəhər Dövlət X8 yol patrul xidməti inspektoru, polis baş serjantı X3 qəbul etdiyi 10 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarına əsasən, X4 10 dekabr 2024-cü il tarixdə saat 11:45-də Gəncə, Xətai prospekti 4, GPS:40.6903382,46.379937 koordinatında “təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, yolayrıcını keçmə qaydalarının pozulması, işıq cihazlarından istifadə qaydalarını pozmağa görə” İnzibati Xətalar Məcəlləsinin 329.1, 327.2 və 329.3-cü maddələrində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib, barəsində 100 (yüz) manat cərimə tənbehi tətbiq edilmişdir. Audio-video yazının məhkəmə iclasında tədqiqi: Gəncə Şəhər Dövlət X8 yol patrul xidməti inspektoru, polis baş serjantı X3 məhkəməyə elektron daşıyıcıda təqdim etdiyi 5 (beş) dəqiqə 19 (on doqquz) saniyəlik audio-videoyazının məhkəmə iclasında tədqiqi zamanı müəyyən edilmişdir ki, **-BM-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı ağ rəngli avtomobil 10 dekabr 2024-cü il tarixdə saat 11:45-də Gəncə şəhərinin X10 prospektində yolayrıcında sola dönərkən əks istiqamətdə hərəkətdə olan avtomobilə yol verməyərək hərəkətini davam etdirmişdir. Həmin audio-videoyazıya məhkəmə iclasında baxış keçirilərkən həmçinin o da müəyyən edilmişdir ki, həmin vaxt **-BM-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilin sürücüsünə İnzibati Xətalar Məcəlləsinin 329.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş xətaların törədilməsi ilə bağlı yol-patrul xidməti inspektoru tərəfindən heç bir irad bildirilməmiş, həmçinin baxış zamanı İnzibati Xətalar Məcəlləsinin 329.1 və 329.3cü maddələrində nəzərdə tutulmuş xətaların törədilməsi halları aşkar edilməmişdir. Tətbiq edilməli olan normalar: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin birinci hissəsinin birinci abzası və 5-ci bəndindən görünür ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. İnzibati Xətalar Məcəlləsinin: -327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. -329.1-ci maddəsinə əsasən, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. -329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -114.1-cü maddəsindən görünür ki, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -128.2 və 128.2.3-cü maddələrindən görünür ki, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. -133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. -134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. -135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31– 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırması nəticəsində: **-BM-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilin sürücüsü X2 10 dekabr 2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Belə ki, Gəncə Şəhər Dövlət X8 yol patrul xidməti inspektoru, polis baş serjantı X6 tərəfindən məhkəməyə 1 (bir) ədəd diskdə (elektron daşıyıcıda) təqdim edilmiş video görüntülərdən X2 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapır. X2 İnzibati Xətalar Məcəlləsinin 329.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Gəncə Şəhər Dövlət X8 yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X4 barəsində qəbul etdiyi 10 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar şəxsin İnzibati Xətalar Məcəlləsinin 329.1 və 329.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı hissədə qanunsuz hesab edilməklə ləğv edilməli və həmin hissədə inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-həmin hissədə təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Şikayət qalan hissədə əsassız olduğundan təmin edilməməli, Gəncə Şəhər Dövlət X8 yol patrul xidməti inspektoru, polis baş serjantı X3 X2 barəsində qəbul etdiyi 10 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qalan hissədə- İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməklə 100 (bir yüz) manat məbləğdə tənbeh edilməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.1, 134.1.1 və 134.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. Gəncə Şəhər Dövlət X8 yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 X2 barəsində qəbul etdiyi 10 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 329.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı hissədə ləğv edilsin və həmin hissədə inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən– həmin hissədə təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərar qalan hissədə- X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməklə 100 (bir yüz) manat məbləğdə tənbeh edilməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlansın. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar