Məhkəmə qərarları › İş №3(040)-401/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-401/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-401/2025 19.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X1 və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları olmadan, xx xxxxxx 1979-cu ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, işləməyən, Kəlbəcər rayonunun Şaplar kəndində qeydiyyatda olan, Yevlax rayonu 32-ci məhəllədə məskunlaşan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib olunmuş 01 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 28 oktyabr 2025-ci il tarixdə Kəlbəcər rayonunun Çəpli kəndində sənədsiz təklüləli yivsiz ov tüfəngi gəzdirmiş və bununla da o, İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş 05 noyabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, araşdırma zamanı Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 03 noyabr 2025-ci il tarixli 3-13-12/2-641319/2025 nömrəli məktubla daxil olan arayışdan, üzərində “л 19504” hərf və rəqəmlər həkk edilmiş bir ədəd yivsiz, təklüləli ov tüfəngi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin İnformasiya analitik mərkəzində talanmış və itirlimiş silahların uçotları üzrə müəyyən edilməmişdir. Qərarın nəticə hissəsində: Şəxs aşkar edilmiş üzərində л 19504 hərf və rəqəmlər həkk edilmiş 01 ədəd, yivsiz, tək lüləli silahın, mülki odlu silah olması, həmin silahın, Şəxs tərəfindən istifadəsi, daşınması və saxlanması üçün hüquqi əsasların olmadığı müəyyən edilməklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində göstərilən inzibati xəta əməlini törətməsi tam sübuta yetirilsə də, onun əməlində cinayət tərkibi olmadığından toplanmış HK-1/535 nömrəli material üzrə Şəxs barəsində cinayət işinin başlanmasının əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilməsi, eyni zamanda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində göstərilən inzibati xəta əməlini törətməsi tam sübuta yetirildiyindən, onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması, habelə silahın müsadirə edilməsi təqdirdə həmin silahın gələcəkdə Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilməsi məqsədləri ilə qəbul edilmiş qərarın suurətinin və üzərində л 19504 hərf və rəqəmlər həkk edilmiş 01 ədəd, yivsiz, tək lüləli silahın aidiyyəti üzrə Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclаsının vахtı və yеri bаrədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Kəlbəcər Rayon Polis Şöbəsinin nümayəndəsi və Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, Şəxs 28 oktyabr 2025-ci il tarixdə Kəlbəcər rayonu Çəpli kəndində sənədsiz tək lüləli yivsiz ov tüfəngi gəzdirmiş və buna görə də Kəlbəcər Rayon Polis Şöbəsində 01 dekabr 2025-ci il tarixdə onun barəsində “MN № 1964873” saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: -32-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. -72-ci maddəsinin 2-ci hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İnzibati Xətalar Məcəlləsinin: -9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İş üzrə: İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında icraatı rədd edən hallar yoxdur. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar və İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətada məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin 100 (yüz) manat miqdarda tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Eyni zamanda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan maddənin sanksiyasında əlavə tənbeh kimi inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi nəzərdə tutulduğundan, Şəxs məxsus olan və ondan götürülərək Kəlbəcər Rayon Polis Şöbəsin inzibati binasında saxlanılan üzərində “л 19504” hərf və rəqəmlər həkk edilmiş bir ədəd yivsiz, təklüləli ov tüfəngi dövlət nəfinə müsadirə edilməlidir Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet, yəni üzərində “л 19504” hərf və rəqəmlər həkk edilmiş bir ədəd yivsiz, təklüləli ov tüfəngi dövlət nəfinə müsadirə edilməklə, 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar