Məhkəmə qərarları › İş №3(040)-403/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-403/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-403/2025 19.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlu katibliyi ilə, xx xxxxxxx 2004-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, Kəlbəcər rayonu, Qalaboyun kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: “İnzibati Xətalar Məcəlləsi”) 529.3-cü maddəsi ilə olan Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X1 tərəfindən tərtib edilmiş 01 dekabr 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə olan qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs “Chevrolet Malibu minik” markalı “**-VT-***” dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən yol hərəkət qaydalarını pozmuş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan 10 iyun 2025-ci il tarixli EQ 28489867 nömrəli elektron qərar qəbul edilərək avtomatik olaraq cərimə tənbehi tətbiq edilmişdir. Şəxs çıxarılmış elektron qərarla bağlı rəsmi olaraq məlumatlandırılmışdır. Hazırda həmin elektron qərarla bağlı cərimənin ümumi məbləği 16 (on altı) manat olmuşdur. Şəxs, barəsində olan inzibati cəriməni 3 (üç) ay müddətində ödəmədiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilir. Şəxs, barəsində olan inzibati xəta haqqında işin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarında olan: “asanpay.az” elektron portalından çıxarışdan görünür ki, Şəxs barəsində tərtib olunmuş EQ 28489867 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar üzrə yaranmış 16 (on altı) manat inzibati cərimə borcu ödənilmişdir. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs tərəfindən inzibati tənbehvermə haqqında elektron qərar üzrə cərimə və dəbbə pulunun, cəmi 16 (on altı) manatın tam şəkildə ödənilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 114 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar