Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-419/2025 26.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Proses iştirakçılarının iştirakları olmadan, "xxxx" MMC-nin direktoru (vəzifəli şəxs) X10 barəsində qəbul edilmiş 05 may 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan vəzifəli şəxs X10 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 16 avqust 1985-ci ildə Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 1EKPZV2, Qubadlı rayonunun Çərəli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan X10, barəsində 05 may 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 05 may 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan yazılı şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir (Şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmışdır). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli 3(001)- 8838/2025 nömrəli qərardadı ilə "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli MN №1870229 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır (iş materialları 16 dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur). Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 tərəfindən onun barəsində 05 may 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sözügedən protokolla əsla razı deyil və aşağıdakı səbəblərə görə həmin protokola xitam verilməsini məhkəmədən xahiş edir: Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli № 1410-İVQ saylı qanun qəbul edilmişdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılmışdır (həmin qanuna görə əslində 2026-cı ilin yanvarın 1-dəkhakimin qeydi). Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyati orqanı tərəfindən özəl tibb fəaliyyatinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya tahlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan șəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Həmin qanunun 3.1-ci maddəsinə əsasən, qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. X2 05 may 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu İcbari Sığorta Bürosu tərəfindən ötürülmüş məlumatlar əsasında tərtib edilmişdir- müvafiq icra hakimiyyəti orqanı həmin məlumatları protokolda da qeyd etmişdir. Lakin elə olan halda Şirkətlərində bir neçə sual yaranır: birinci, X6 həmin məlumatları hansı formada və nəyin əsasında əldə edir; ikinci, əgər bu iki qurumun elektron bazaları inteqrasiya edilməyibsə, sahibkarlara məxsus məlumatlar ayrı-ayrı qurumlar tərəfindən necə və hansı qaydada bir-birinə ötürülür; üçüncü və ən əsas sual- İcbari Sığorta Bürosu Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış və halhazırda qüvvədə olan qanuna zidd olaraq sahibkarlara məxsus elektron məlumatları niyə yoxlayır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllasinin 127-4.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 191. 2-ci, 192. 1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469. 2-ci, 540. 1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyati orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azarbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tartib olunur, fiziki və vəzifəli yəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tanbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir; təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Göründüyü kimi, qanunvericiliyə əsasən, elektron qaydada yoxlanılan zaman hər hansı qanun pozuntusu aşkar edilərsə, müvafiq icra hakimiyyati orqanı həmin protokolu elektron formada tərtib edib sahibkara göndərməlidir. Məhkəməyə göndərilən sənədlərdən isə məlum olur ki, X6 protokolu kağız üzərində tərtib etmiş və bununla prosessual pozuntu etmişdir. Eyni zamanda "xxxx" MMC-nin bütün əməkdaşları artıq 03 iyun 2025-ci il tarixdə, tərəflərindən icbari qaydada tibbi sığorta edilmişdir. Həmin məlumatlar İcbari Sığorta Bürosunun elektron sistemində öz əksini tapır. İnzibati xəta haqqında protokolun tərtib edilməsi üçün şirkət nümayəndələrinin iştirakı X6 tərəfindən lazımi qaydada təmin edilməmişdir; müvafiq icra hakimiyyəti orqanına dəvət olunmaları ilə bağlı onlara bildiriş göndərilməmişdir- bu da öz növbəsində onların hüquqlarını məhdudlaşdıran növbəti prosessual pozuntudur. Kəlbəcər Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli 3(040)-134/2025 saylı qərarına əsasən, hüquqi şəxs "xxxx" MMC-yə tərtib edilmiş protokola xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 21 avqust 2025-ci il tarixli 3(104)-410/2025 saylı qərarına əsasən X2 apellyasiya șikayəti təmin edilməmişdir. Hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarları olduğu halda, barəsində hüquqi şəxsin direktoru kimi, çoxsaylı prosessual pozuntularla tərtib edilmiş inzibati xəta haqqında protokola da xitam verilməlidir. Protokolun surəti ona 13 noyabr 2025-ci il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. İşin hallarından görünür ki, Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X8 tərəfindən X10 barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan 21 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 05 may 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən: “İcbari Sığorta Bürosu tərəfindən ötürülmüş məlumata əsasən, 09 yanvar 2025-ci il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunmadığı müəyyən edilmiş, nəticədə X10 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir”; vəzifəli şəxs X1 Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsindən görünür ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş üzrə məhkəmə baxışı iclası 26 dekabr 2025-ci il tarixə təyin edilmişdir. 26 dekabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs) X10 və inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş orqana ünvanlanmış sorğu (iş üzrə bütün sübutların, o cümlədən protokol və qərarın təsdiqlənmiş surətlərinin, həmçinin audio və video yazıların məhkəməyə göndərilməsi barədə) cavablandırılmamış qalmışdır. Şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs) X10 19 dekabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işə şikayət verən (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs) X10 və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X8 tərəfindən X10 barəsində qəbul edilmiş 05 may 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “İcbari Sığorta Bürosu tərəfindən ötürülmüş məlumata əsasən, 09 yanvar 2025-ci il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunmamış, nəticədə X10 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir”. X1 Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X5 üvanlanmış 31 oktyabr 2025-ci il tarixli 3-17-5/2-100920/2025 nömrəli mətubdan görünür ki, X10 barəsində 05 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və qərarın bir nüsxəsi məlumat üçün ona (AZ3200, Kəlbəcər rayonu, Vənk, Kəlbəcər-Laçın rayonunun üstü ünvanına) göndərilmiş, lakin “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. 05 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bir nüsxəsi X3 müraciətində qeyd etdiyi ünvan 4i ünvanına yenidən göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X5 üvanlanmış 05 may 2025-ci il tarixli 3-17-5/2-40975/2025 nömrəli mətubun surətindən görünür ki,onun barəsində qəbul edilmiş 05 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın bir nüsxəsi ona (“AZ3200, Kəlbəcər rayonu, Vənk, Kəlbəcər-Laçın rayonunun üstü ünvanına) göndərilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli 3(040)-134/2025 nömrəli qərarının surətindən görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanılmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə davam etdirilən hazırki inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin 01 avqust 2025-ci il tarixli 3(104)-410/2025 nömrəli qərarının surətindən görünür ki, X6 Xidmətinin Hüquq idarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli 3(040)-134/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 11 aprel 2025-ci il tarixli 178-VİİQD nömrəli Qanunu ilə İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ləğv edilmiş, eyni zamanda həmin X7 Məcəlləsinə yeni məzmunda “469-1” maddəsi əlavə edilmişdir (Qanun 31 may 2025-ci il tarixdə qüvvəyə minmişdir). İnzibati Xətalar Məcəlləsinin 31 may 2025-ci il tarixədək qüvvədə olmuş 469.2-ci maddəsinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31 may 2025-ci il tarixdən qüvvədə olan 469-1-ci maddəsinə əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə-vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir; Qeyd: şəxs bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir; bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 125-ci maddəsinin yeddinci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsindən görünür ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi (bundan sonra – icbari sığorta müqaviləsi) – icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır; -2.0.4-cü maddəsindən görünür ki, sığortalı – sığorta olunanın xeyrinə icbari sığorta müqaviləsi bağlayan Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanlarıdır; -2.0.5-ci maddəsindən görünür ki, sığortaçı – Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa, həmçinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda annuitet sığortası aparmağa müvafiq icazə almış yerli hüquqi şəxsdir; -2.0.22-ci maddəsindən görünür ki, İcbari Sığorta Bürosu – “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsi ilə müəyyən edilmiş qurumdur; -3.1 və 3.1.1-ci maddələrindən görünür ki, hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar; -7.2 və 7.2.1-ci maddələrindən görünür ki, bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq sığortalının vəzifələrinə daxildir (23-cü maddəsinin müddəalarından görünür ki, bu Qanunun pozulmasına görə Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: -8.1-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir; -27.1-ci maddəsindən görünür ki, İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsindən görünür ki, işəgötürən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün həmin maddədə sadalanan əmək şəraitini, o cümlədən işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini təmin etməlidir. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; -5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir, bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; -8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; -12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; -75.0.-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallarımüəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi X3 İnzibati Xətalar Məcəlləsinin 31 may 2025-ci il tarixədək qüvvədə olmuş 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş hüquqi şəxs olaraq sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, eyni faktla bağlı Kəlbəcər Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli 3(040)-134/2025 nömrəli qərarının surətindən görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanılmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə davam etdirilən hazırki inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməsi qərara alınmış, Gəncə Apellyasiya Məhkəməsinin 01 avqust 2025-ci il tarixli 3(104)-410/2025 nömrəli qərarının surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli 3(040)-134/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, hüquqi şəxs "xxxx" MMC-nin vəzifəli şəxsi X10 barəsində İnzibati Xətalar Məcəlləsinin hal-hazırda qüvvədən düşmüş 469.2-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Belə ki, iş materiallarından "xxxx" MMC tərəfindən sığortaçı ilə sığorta müqaviləsinin bağlanmaması halı məhkəmə icraatı zamanı öz təsdiqini tapmamaqla bərabər, inzibati xəta haqqında icraatı başlamış orqan məhkəməyə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsirliliyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. X4 Məcəlləsinin 75.0-cı maddəsinə əsasən müəyyən edilməli elementlər, o cümlədən inzibati xətanın törədilməsi və inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı müəyyənləşdirilmədən qalmışdır. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsindən görünür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, təqsirin sübuta yetirilməsi vəzifəsi səlahiyyətli orqanın (səlahiyyətli vəzifəli şəxsin) üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.3-cü maddələrinin müddəalarından görünür ki, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə hesab edir ki, X3 təqsirliliyi sübuta yetirilmədiyindən, "xxxx" MMC-nin direktoru-vəzifəli şəxs X10 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X8 tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilməklə ləğv edilməli və X10 barəsində hazırki inzibati xəta haqqında iş üzrə (İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi üzrə) icraata İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-həmin xətanın törədilməsində Fəda Alışanovun təqsirliliyi sübuta yetirilmədiyinə görə- xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115.1 və 135.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 şikayəti təmin edilsin. "xxxx" MMC-nin direktoru-vəzifəli şəxs X10 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X8 tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilməklə ləğv edilsin. "xxxx" MMC-nin direktoru X3 vəzifəli şəxs olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin hal-hazırda qüvədən düşmüş 469.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-419/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-419/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver