Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-47/2024 02.04.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş orqan-Kəlbəcər Rayon Polis Şöbəsinin nümayəndəsi- İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, İnzibati xətanı törətmiş şəxs- Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 157-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair işə baxaraq, müəyyənetdi: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 01 aprel 2024-cü il tarixli MN № ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 04 fevral 2024-cü il tarixdə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş orqan-Kəlbəcər Rayon Polis Şöbəsinin nümayəndəsi- İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X2 məhkəmə iclasında inzibati xəta haqqinda protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 04 fevral 2024-cü il tarixdə saat 19:04 radələrində ünvan 1 ünvanında oğlu Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs Zərərçəkmiş şəxs ilə barışdığına görə, inzibati xəta haqqinda işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən xitam verilməsinə etiraz etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini etiraf edərək hərəkətindən peşman olduğunu bildirmiş və Zərərçəkmiş şəxs ilə barışdığına görə onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 04 fevral 2024-cü il tarixdə saat 19:00 radələrində atası Şəxs onların yaşadığı ünvan 1 ünvanına gələrək anası ilə mübahisə etməyə başlamış, bu zaman o və qardaşı ilə ataları arasında yaranmış sözlü mübahisə zəminində atası onu vuraraq sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Əlavə olaraq, Şəxs ilə barışdığını bildirmiş və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən (inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə) xitam verilməsi mümkündür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə məhkəmədə baxılan inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən (inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə) xitam xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.2,115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində 01 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən-inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-47/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-47/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver