Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-49/2024 05.04.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunun Bayandur kəndində doğulmuş, Azərbaycan Рespublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, tam orta təhsilli, "xxxx" Fərdi Firmasında maşinist işləyən, Tərtər rayonunun Bayandur kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 04 aprel 2024cü il tarixli “MN № 1994383” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 04 aprel 2024-cü il tarixdə Ağdərə rayonu ərazisində polisin qanuni tələblərinə tabe olmamışdırbununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X3 tərəfindən tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportda göstərilir ki, 04 aprel 2024-cü il tarixdə saat 18:00 radələrində Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X5 ilə işğaldan azad olunmuş Ağdərə-Kəlbəcər rayonu istiqamətində yerləşən Dəvədaşı adlı kənd ərazisində xidmətdə olarkən həmin vaxtı adı sonradan onlara məlum olan Şəxs işğaldan azad edilmiş ərazilərə müvafiq qaydada daxil olmaq üçün xüsusi icazəsi olmadan ərazidə olduğunu aşkar edib ona yaxınlaşmışlar, həmin vaxtı ondan özünü təqdim etməsini tələb etdikdə Şəxs onların qanuni tələblərinə tabe olmayıb spzlə mübahisə yaratmışdır. Onlar həmin şəxsin sənədlərini yoxlayarkən məlum olmuşdur ki, onun işğaldan azad olunmuş ərazilərə xüsusi buraxılış icazəsi yoxdur. Buna görə də həmin şəxsi Kəlbəcər Rayon Polis Şöbəsinə təhvil vermişlər (Raportverən həmin məlumatın araşdırılması üçün müvafiq əməkdaşa göstəriş verilməsini rəisdən xahiş edir). İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2 məhkəmə iclasında bildirmişdir ki, Şəxs 04 aprel 2024-cü il tarixdə xüsusi icazə olmadan Ağdərə rayonu ərazisinə keçmiş və orada ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 04 aprel 2024-cü il tarixdə qanunsuz yolla, yəni, bunun üçün xüsusi icazə sənədi almadan, nəzarət postlarından yayınaraq özbaşına Ağdərə rayonu ərazisinə (səfər üçün xüsusi icazə alınması tələb olunan əraziyə) getmiş, həmin gün Ağdərə-Kəlbəcər rayonu istiqamətində yerləşən Dəvədaşı adlı kənd ərazisində xidmətdə olan Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X3 və polis serjantı X5 tərəfindən saxlanılarkən özünü və sənədlərini təqdim etməkdən imtina edərək tabesizlik göstərmiş, sonradan sənədləri yoxlanılarkən mühafizə olunan əraziyə icazəsiz daxil olduğu aşkar edilmişdir; bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. O, tərtib etdiyi 04 aprel 2024-cü il tarixli “MN № 1994383” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onun özünə məxsus bir baş at Ağdərə rayonu ərazisində qaldığından, o, 04 aprel 2024-cü il tarixdə beş-altı nəfər digər tanımadığı şəxslərlə birlikdə gizlin yollarla Ağdərə rayonu ərazisinə daxil olmuş, əraziyə daxil olduqdan sonra polis əməkdaşları onu saxlayaraq Ağdərə rayonuna keçmək üçün xüsusi icazəsinin olub-olmadığını soruşmuşdur. O, həmin vaxt əvvəlcə polislərdən qaçmaq istəmiş, təxminən əlli metr məsafədə atın üstündə polislərdən qaçsa da, sonradan atdan düşüb geri qayıtmış və polsilərə yaxınlaşmışdır. Onun Ağdərə rayonuna keçmək üçün xüsusi icazəsi olmamışdır. Bu zaman onun üzərində sənədləri olmadığından özünü təqdim etməkdən imtina etmişdir. Bundan sonra polislər onu Kəlbəcər Rayon Polis Şöbəsinə aparmışlar. Hazırda, o, polisin qanuni tələbinə tabe olmamasına peşmandır. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda özünü təqsirli bilir. Barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Şahid qismində məhkəmə iclasında dindirilən Kəlbəcər Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X3 izahatında bildirmişdir ki, Şəxs 04 aprel 2024-cü il tarixdə xüsusi icazəsi olmadan Ağdərə rayonu ərazisinə daxil olmuş, sənədləri yoxlanılmaq üçün polis əməkdaşları tərəfindən saxlanılarkən özünü və sənədlərini təqdim etməkdən imtina edərək atın üstündə qaçmağa çalışmış, təxminən əlli metr məsafədə oradan uzaqlaşmış, sonradan atdan yıxılmış, yıxıldıqdan sonra piyada qaçmağa çalışmış və sonradan yorulub polislərə təslim olmuşdur.saxlanıldıqdan sonra əsassız olaraq polislərlə mübahisə etmişdir. O, baş vermiş hadisə ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinin ünvanına yazılı raport tərtib edərək göndərmişdir. Şahid qismində məhkəmə iclasında dindirilən Kəlbəcər Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X5 izahat verərək digər şahid X3 ilə eyni məzmunda izahat vermiş və raportda yazılanları təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin: İ hissəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır; hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər; İİ hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir; İİİ hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin: İ hissəsinə əsasən, polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir; İİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər; İİİ hissəsinə əsasən, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. “İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 1-ci və 2-ci bəndlərində Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması, müvafiq ərazilərin müvəqqəti komendantlarının təyin edilməsi və müvəqqəti komendantlıqların fəaliyyətinin təşkil edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi, 8-ci bəndində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqinin təmin edilməsi tapşırılmışdır. Məhkəmə baxışı nəticəsində təsdiq edilir ki, Şəxs 04 aprel 2024-cü il tarixdə bunun üçün xüsusi icazə alınması tələb edildiyi halda xüsusi icazə olmadan xüsusi girişçıxış rejimi olan əraziyə- Ağdərə rayonu ərazisinə özbaşına keçmiş, 04 aprel 2024-cü il tarixdə Ağdərə-Kəlbəcər rayonu istiqamətində yerləşən Dəvədaşı adlı kənd ərazisində xidmətdə olan Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X3 və X5 tərəfindən saxlanılaraq sənədləri yoxlanılarkən özünü təqdim etməkdən imtina etmiş, ictimai qaydanı mühafizə vəzifələrini icra edən polisin qanuni tələbinə tabe olmamış və atın üstündə qaçmağa çalışmış və bu məqsədlə təxminən əlli metr məsafədə hadisə yerindən uzaqlaşmış və polisin qanuni tələbinə tabe olmaqdan imtina etmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Bundan başqa, məhkəmə tərəfindən o da müəyyən edilir ki, Şəxs eyni əməli 18 noyabr 2023-cü il tarixdə də törətmiş və onun barəsində Kəlbəcər Rayon Məhkəməsinin 18 noyabr 2023-cü il tarixli 3(040)-199/2023 saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ilə 08 (səkkiz) gün müddətə inzibati həbs tənbehi tətbiq edilmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi özünün qismən etirafedici izahatı və digər iş materialları ilə tam təsdiq edilir. Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal- törətdiyi əməldən səmimi peşman olmasıdır, iş üzrə məsuliyyəti ağırlaşdıran hal- eyni inzibati inzibati xətaya görə 18 noyabr 2023-cü il tarixdə inzibati tənbeh almış Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsidir. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməsini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbehin 10 (on) gün müddətində tətbiq edilməsini qanuni və ədalətli hesab edir. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan, inzibati həbs tənbehinin tətbiqinə imkan verməyən hallar mövcud deyildir, o cümlədən əlillik dərəcəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 10 (on) gün müddətə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 05 aprel 2024-cü il tarixdən saat 12:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası səlahiyyətləri daxilində Kəlbəcər və Göygöl rayon polis şöbələrinə həvalə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və (və ya) protest verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-49/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-49/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver