Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-52/2024 13.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X3 (01 iyun 1987-ci il tarixdə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: “1SLJJRF”, Kəlbəcər rayonunun Şaplar kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla faktiki olaraq Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında məcburi köçkün qismində məskunlaşan) iştirakı ilə, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Gəncə Şəhər Dövlət X17 Yol Patrul xidmətinin baş inspektoru, polis serjantı X8 iştirakı olmadan, X3 barəsində qəbul edilmiş 05 aprel 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək həmin inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair X9 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X1 Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, Gəncə Şəhər Baş Polis İdarəsinin X19 şöbəsi tərəfindən onun barəsində qəbul edilmiş 05 aprel 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın etibarsız hesab edilərək ləğv edilməsi, həmçinin barəsində olan həmin inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, işğaldan azad olunmuş Kəlbəcər rayonunun Kəlbəcər şəhərində aparılan tikintidə fəhlə işləyir. Mülkiyyətində olan "Kia Sorento" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə ayda bir dəfə Gəncə şəhərinin “ADAU-6 ətrafı” massivində məskunlaşdığı evə istirahət etməyə gəlir. 05 aprel 2024-cü il tarixdə saat 13:20 radələrində "Kia Sorento" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilində sərnişini-dostu X10 ilə birlikdə hərəkətdə olarkən Gəncə şəhərinin Nəriman Nərimanov prospektində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X17 yol-patrul xidmətinin baş inspektoru, polis serjantı X12 tərəfindən saxlanılmış, polis serjantı ona arxa sol stop (əyləc) işığının işləmədiyini demişdir. Bu zaman, o, polis əməkdaşına nöqsanın yerində aradan qaldırmasının mümkünlüyünü bildirmişdir. Polis serjantı isə ona imkan verməmiş və ona məhəl qoymadan avtomobilə oturub çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra ona SMS vasitəsilə cərimə məlumati gəlmişdir; halbuki, o, lampanı yol polisinə göstərmişdir. Qərarla tanış olarkən məlum oldu ki, guya o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 08 aprel 2024-cü il tarixdə gedib X16 qərarın surətini götürmüşdür. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, İnzibati Xətalar Məcəlləsi 342.5-ci maddəsinə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgǝcləri və şüşə yuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 (əlli) manat məbləğində cərimə edilir. Pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə icraatı: Şikayət məhkəməyə 17 aprel 2024-cü il tarixdə daxil olmuş, şikayət üzrə məhkəmə baxışı iclası 29 aprel 2024-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı 13 may 2024-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın- Gəncə Şəhər Dövlət X17 Yol Patrul xidmətinin nümayəndəsi X12 məhkəmə iclasına gəlməmişdir. O, 29 aprel 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, 05 aprel 2024-cü il tarixdə xidmətdə olduğu zaman "Kia Sorento" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıq cihazı nasaz olduğundan onun tərəfindən saxlanılmış, sürücüyə özünü təqdim edib qayda pozuntusunu izah etmiş, qayda pozuntusuna görə inzibati protokol tərtib edəcəyini bildirmiş, lakin sürücü boyun qaçırmaq üçün müxtəlif bəhanələr gətirmiş, sürücü qayda pozuntusunu aradan qaldıra bilmədiyinə görə həmin şəxsin barəsində inzibati protokol tərtib etmiş və xidmətini davam etdirmək üçün getmişdir. Sürücü və onun arasında dialoqu əks etdirən video görüntünü də məhkəməyə təqdim edir. Məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Gəncə Şəhər Dövlət X17 Yol Patrul xidmətinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Şikayət verən (barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs)- X9 məhkəmə iclasında şikayəti müdafiə edərək və şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 342.5-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı Gəncə Şəhər Dövlət X17 yol-patrul xidməti baş inspektoru, polis serjantı X12 tərəfindən tərtib edilmiş 05 aprel 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və həmin protokol əsasında Gəncə Şəhər Dövlət X17 yol-patrul xidməti baş inspektoru, polis serjantı X12 tərəfindən onun 50 (əlli) manat məbləğində cərimə edilməsi ilə bağlı 05 aprel 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, 05 aprel 2024-cü il tarixdə saat 13:20 radələrində "Kia Sorento" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilində dostu X10 ilə birlikdə hərəkətdə olarkən Gəncə şəhərinin Nəriman Nərimanov prospektində Gəncə şəhər DYPŞ Yol Patrul Xidmətinin baş inspektoru, polis serjantı X12 tərəfindən saxlanılmışdır. Polis serjantı ona arxa sol əyləc işığının işləmədiyini demişdir. Bu zaman, o, sol arxa əyləc işığının bir ədəd ehtiyat olan lampasının onda olduğunu və nöqsanın yerində aradan qaldırılmasının mümkünlüyünü bildirmişdir. Polis serjantı isə ona imkan verməmiş və ona məhəl qoymadan avtomobilinə oturub çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra ona SMS vasitəsilə cərimə gəlmişdir. Halbuki, o, ehtiyat lampanı yol polisinə göstərmişdir. Hüquqlarının bərpa edilməsində ona köməklik edilməsini məhkəmədən xahiş edir. Şahid qismində məhkəmə iclasında dindirilən X10 izahatında bildirmişdir ki, X9 ilə qonşudur. 05 aprel 2024-cü il tarixdə yol-patrul xidməti əməkdaşı tərəfindən Saməddin Əsgərov barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən o da Saməddin Əsgərovun idarə etdiyi "KİA SORENTO" markalı **-CA-***” dövlət qeydiyyat nişanlı avtomobildə olmuşdur. Belə ki, YPX inspektoru Saməddin Əsgərova bildirmişdir ki, avtomobilin sol arxa tormoz işığı işləmir. Saməddin Əsgərov isə öz növbəsində polis əməkdaşına bildirmişdir ki, bunu bilməmişdir, nasazlığı yerində aradan qaldıracaqdır. Polis əməkdaşı nasazlığın yerində aradan qaldırılmasını sürücüyə təklif belə etməmiş, çıxıb getmişdir. Avtomobilin nasaz tormoz işığının lampasını həmin vaxt yerində o (Əkbər Allahverdiyev) dəyişmişdir. İş materiallarında olan: Gəncə Şəhər Dövlət X17 yol-patrul xidməti baş inspektoru, polis serjantı X12 tərəfindən tərtib edilmiş 05 aprel 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilir ki, X9 05 aprel 2024-cü il tarixdə saat 13:40da Gəncə şəhəri, Nəriman Nərimanov 90, GPS: 40.6737878,46.3690364 koordinatında “Kia Sorento minik” markalı “**-CA-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan: Gəncə Şəhər Dövlət X17 yol-patrul xidməti baş inspektoru, polis serjantı X12 tərəfindən qəbul edilmiş 05 aprel 2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbehvermə haqqında” qərardan görünür ki, X2 Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğdə cərimə edilmişdir. İş materiallarında olan videoyazıların tədqiqi: Gəncə Şəhər Dövlət X17 yol-patrul xidməti baş inspektoru, polis serjantı X12 tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 1 (bir) ədəd elektron daşıyıcıda (DVD) yerləşdirilən audio-videoyazılara baxış keçirilmişdir. Diskə (elektron daşıyıcıya) 2 (iki) audio-videoyazı daxil edilmişdir: 1) müddəti 02 dəqiqə 58 saniyə olan audio-videoyazıya (“20240426_114633_rec”) baxış zamanı Saməddin Əsgərovun idarə etdiyi “Kia Sorento minik” markalı “**-CA-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinin yol-patrul xidməti əməkdaşı tərəfindən saxlanılması və sürücüyə saxlanma səbəbinin (arxa sol əyləc işığının işləməməsi) bildirilməsi, həmçinin sürücüyə İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı, həmin xətaya görə qanunvercilikdə əlli manat cərimənin nəzərdə tutulduğunun izah olunduğu əks olunmuş, sürücüyə nöqsanın yerində aradan qaldırılması təklif olunmamışdır; 2) müddəti 02 dəqiqə 47 saniyə olan audio-videoyazıya (“20240426_114943_rec”) baxış zamanı hadisələrin davamı-X11 Xətalar Məcəlləsinin 342.5-ci maddəsiilə inzibati xəta haqqında protokol tərtib olunduğu əks olunur; həmin videoyazıda da sürücüyə nöqsanın yerində aradan qaldırılması təklif olunmamışdır Həmin videoyazılardan şahid X4 da həmin vaxt avtomobildə olduğu və avtomobildən düşüb avtomobilin arxasına baxdığı görünür. Azərbaycan Respublikası Konstitusiyasının: -60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. -125-ci maddəsinin Vİİ hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. -129-cu maddəsinin İİİ hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. -148-ci maddəsinin: İ hissəsinə əsasən, qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. İİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -12.1-ci maddəsinə görə, bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -75.0-cı maddəsinə əsasən, inzibati xətalar haqqında işlərin icraatı üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 385.0.3. inzibati xəta törətməkdəşəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -76.3-cü maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. -80.1-ci maddəsinə əsasən, sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. -80.2-ci maddəsinə əsasən, sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. -84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. -100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. -100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. -100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. -124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -342.5-ci maddəsinə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə- əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması nəticəsində: X3 İnzibati Xətalar Məcəlləsinin 342.5-ci (xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı) maddəsində nəzərdə tutulmuş xətanı törətməsi öz təsdiqini tapmamışdır (İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində göstərilən nasazlığın aradan qaldırılmasının mümkün olmaması sübuta yetirilməmişdir). İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.1-ci maddələrindən görünür ki, inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X3 barəsində tərtib edilmiş 05 aprel 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz və əsassız hesab edilməli, həmçinin həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 05 aprel 2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbehvermə haqqında” qərar qanunsuz və əsasız hesab edilməklə ləğv edilməli, X3 İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən- inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsindən görünür ki, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə- əlli manat məbləğində cərimə edilir-deməli, həmin maddə üzrə inzibati xəta tərkibinin yaranması üçün nöqsanın yerində aradan qaldırılmasına imkan verilməsi vacib şərtlərdəndir, YPX əməkdaşı tərəfindən məhkəməyə təqdim edilmiş videoyazılara məhkəmə iclasında baxılarkən və şahid X4 məhkəmədə verdiyi izahatdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 həmin imkan verilməmişdir (təklif olunmamışdır). Nəqliyyat vasitəsinin hər hansı xarici işıq cihazının nasaz olması (ilkin şərt) yalnız sonrakı şərtin (nasazlığın aradan qaldırılmasının mümkün olmaması) mövcudluğunda İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin tərkibini yaradır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3, 134.2 və 135.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 şikayəti təmin edilsin. X3 barəsində tərtib edilmiş 05 aprel 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz hesab edilsin və həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 05 aprel 2024-cü il tarixli “TP 6395935” nömrəli inzibati tənbehvermə haqqında qərar qanunsuz hesab edilməklə ləğv edilsin. X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən- inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-52/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-52/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver