Məhkəmə qərarları › İş №3(040)-57/2024

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-57/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-57/2024 15.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, xx xxxxx 1998-ci ildə Azərbaycan Respublikasının Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, Kəlbəcər rayonunun Mollabayramlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: “İnzibati Xətalar Məcəlləsi”) 529.3-cü maddəsi ilə olan Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X1 tərəfindən tərtib edilmiş 26 aprel 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə olan qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs “Toyota Prius minik” markalı “**-HY-***” dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən yol hərəkət qaydalarını pozmuş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan 06 noyabr 2023-cü il tarixli EQ 17885989, 27 noyabr 2023-cü il tarixli EQ 18256861, 21 dekabr 2023-cü il tarixli EQ 18615795 nömrəli, İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutan 06 noyabr 2023-cü il tarixli EQ 17885994, 27 noyabr 2023-cü il tarixli EQ 18274000 və İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan 22 dekabr 2023-cü il tarixli EQ 18624485 nömrəli elektron protokollar tərtib edilərək avtomatik cərimə qərarları qəbul edilmişdir. Şəxs çıxarılmış elektron qərarlarla bağlı rəsmi olaraq məlumatlandırılmışdır. Hazırda həmin elektron qərarla bağlı cərimənin ümumi məbləği 432 (dörd yüz otuz iki) manat olmuşdur. Şəxs, barəsində olan inzibati cəriməni 3 (üç) ay müddətində ödəmədiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilir. Şəxs, barəsində olan inzibati xəta haqqında işin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: asanpay.az elektron portalından çıxarışdan görünür ki, Şəxs barəsində tərtib olunmuş EQ 17885989, EQ 18256861, 18615795, EQ 17885994, EQ 18274000 və EQ 18624485 nömrəli elektron protokollar üzrə yaranmış inzibati cərimə borcunu ödəmişdir. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol,habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin “Qeyd”inə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs tərəfindən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərar üzrə cərimə və dəbbə pulunu, cəmi 432 (dörd yüz otuz iki) manatı tam şəkildə ödənilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar