Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-62/2025 02.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X2, İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxs- Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X6 iştirakları ilə, X4 barəsində Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi polis polkovnik-leytenentı X14 tərəfindən qəbul edilmiş 08 mart 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 (01 yanvar 1995-ci ildə Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:6B7LLYA, Kəlbəcər rayonunun Yellicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) Kəlbəcər Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən onun barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 08 mart 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 08 mart 2025-ci il tarixdə saat 13:00 radələrində Daşkəsən şəhərinin Heydər Əliyev prospektində Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru onun idarə etdiyi “VAZ 21074 minik” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq əsassız olaraq “işıq cihazlarından istifadə qaydalarını pozmağa görə” və “nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə” barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 329.3 və 332.3-cü maddələrinə əsasən heç bir qanuni əsas olmadan protokol tərtib etmiş və o, İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.3-cü maddələrinə əsasən 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. Belə ki, idarə etdiyi “VAZ 21074 minik” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə protokolda qeyd olunmuş maddələrin pozulmasına səbəb olacaq işıq cihazlarından istifadə etməmiş, həmçinin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə məhkəmə qərarı mövcuddur. Cərimə ödənişlərini gecikdirdiyinə görə Daşkəsən Rayon Məhkəməsinin 3(030)-48/2022 saylı 14 mart 2022-ci il tarixli və 3(030)-172/2023 saylı 26 iyul 2023-cü il tarixli qərarlarına əsasən nəqliyyat vasitəsi idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmış, daha sonra, o, gecikmiş cərimə ödənişlərini ödəyərək Daşkəsən Rayon Məhkəməsinə vəsatətlə müraciət etmiş və Daşkəsən Rayon Məhkəməsinin 3(030)- 48/2022 saylı 30 mart 2022-ci il tarixli və 3(030)-172/2023 saylı 25 oktyabr 2023-cü il tarixli qərarları ilə onun üzərinə əvvəl qoyulmuş olan bütün məhdudiyyətlər götürülmüş və icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinə, həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə regional qeydiyyat, imtahan və texniki baxış şöbəsinə göndərilmişdir. Üzərində nəqliyyat vasitəsini idarə etmək üçün heç bir məhdudiyyət olmamasına baxmayaraq, əsassız olaraq nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi bildirilərək cərimə yazılmışdır. O, barəsində protokol tərtib edən yol-patrul xidməti inspektoruna da öz etirazını edib barəsində tərtib olunmuş protokolla razılaşmadığını bildirmişdir; o, polis inspektoruna nəqliyyat vasitəsini idarə etmək məhdudiyyətlərinin üzərindən götürülməsi barədə Daşkəsən Rayon Məhkəməsinin qərarlarının olduğunu bildirmiş, lakin inspektor ona 2022-ci ildə olan qərar üzrə məhdudiyyət olunduğunu bildirərək heç bir araşdırma olmadan əsassız olaraq protokol tərtib etmişdir. O, barəsində qəbul edilmiş həmin qərarda göstərilən maddələrin tələblərini pozmamış, ona görə də qanunsuz olaraq barəsində İXP ******* saylı protokol əsasında qəbul olunmuş TP ******* saylı qərarın hansı əsasla tərtib olunduğunu təsdiq edəcək sübutların təqdim edilməsini və qərarın ləğv edilməsini xahiş edir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktık məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarından görünür ki, Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis serjantı X12 tərəfindən X2 İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.3-cü maddələri ilə təqsirləndirilməsi ilə bağlı 08 mart 2025-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi, polis polkovnikleytenantı X13 08 mart 2025-ci il tarixli TP7100236 nömrəli inzibati tənbehvermə haqqında qərarı ilə X1 Xətalar Məcəlləsinin329.3 və 332.3-cü maddələri ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsindən görünür ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərarından şikayət, prokuror isə protest verə bilər. Şikayət məhkəməyə 11 mart 2025-ci il tarixdə daxil olmuş, iş üzrə məhkəmə baxışı iclası ilk dəfə 19 mart 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 02 aprel 2025-ci il tarixə təxirə salınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 məhkəmə iclasında şikayətini müdafiə edərək və barəsində tərtib olunmuş 08 mart 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 08 mart 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın qanunsuz və əsassız olduğunu bildirərək, barəsində olan 08 mart 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini, barəsində olan hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun Daşkəsən Rayon Məhkəməsindən əldə edərək hazırki şikayətinə əlavə edib Kəlbəcər Rayon Məhkəməsinə təqdim etdiyi sənədlərdən də görünür ki, onun nəqliyyat vasitəsini idarə etmək hüququnun bərpa edilməsi ilə bağlı Daşkəsən Rayon Məhkəməsinin müvafiq qərarı icra üçün də aidiyyəti üzrə göndərilmişdir. Nəqliyyat vasitəsini idarə etmək hüququ Daşkəsən Rayon Məhkəməsinin müvafiq qərarı ilə bərpa edildikdən sonra avtomobil idarə etməkdə davam etmiş və bununla bağlı ona 08 mart 2025-ci il tarixədək heç bir irad bildirilməmişdir. O, barəsində tərtib edilmiş 08 mart 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda öz əlyazması ilə “protokolla tanış oldum, heç bir etirazım yoxdur” ifadəsini qeyd etsə də, həmin ifadəni öz iradəsi ilə yazmamış, həmin yazını ona görə yazmışdır ki, yol-patrul xidməti inspektoru onun avtomobilini məcburi duracağa yerləşdirməsin. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxs- Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X12 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, “VAZ 21074 minik” markalı **- ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 08 mart 2025-ci il tarixdə saat 13:20-də Daşkəsən şəhərinin Heydər Əliyev prospektində avtomobili idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə onun tərəfindən dayandırılmış, araşdırma zamanı X7 avtomobili sürücülük hüququ olmadan (sürücülük hüququ məhkəmə qərarı əsasında məhdudlaşdırılmış halda) idarə etdiyi aşkar edilmişdir- belə ki, elektron informasiya sistemi vasitəsi ilə əldə olunan məlumatdan görünür ki, sürücü X2 nəqliyyat vasitəsini idarəetmə hüququ Daşkəsən Rayon Məhkəməsinin 3(030)-48/2022 nömrəli qərarı əsasında məhdudlaşdırılmış və həmin məhdudlaşdırma hal-hazıradək götürürlməmiş qalır. X10 dayandırma zamanı Daşkəsən Rayon Məhkəməsinin qərarı ilə həmin məhdudiyyətin götürüldüyünü ona bildirsə də, bununla bağlı müvafiq məhkəmə qərarını təqdim etməmişdir. X7 İnzibati Xətalar Məcəlləsinin 329.3 (işıq cihazlarından istifadə qaydalarının pozulması) və 332.3-cü (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) maddələrində nəzərdə tutulmuş xətaları törətməsi aşkar edildiyindən, onun tərəfindən “VAZ 21074 minik” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Camaləddin Allahverdiyev barəsində 08 mart 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və sürücü Camaləddin Allahverdiyev həmin protokolda şəxsən “protokolla tanış oldum, heç bir etirazım yoxdur” ifadəsini qeyd etmişdir. Həmin protokol və işin digər materialları əsasında Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi, polis polkovnik-leytenantı X13 qəbul etdiyi 08 mart 2025-ci il tarixli TP7100236 nömrəli inzibati tənbehvermə haqqında qərarla sürücü X1 Xətalar Məcəlləsinin 329.3 və 332.3-cü maddələri ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. O, sürücüsü Camaləddin Allahverdiyev barəsində tərtib etmiş olduğu 08 mart 2025-ci il tarixli İXP6958046 nömrəli inzibati xəta haqqında protokolu və həmin protokol əsasında Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi, polis polkovnik-leytenantı X13 qəbul etdiyi 08 mart 2025-ci il tarixli TP7100236 nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı hesab edir. Əlavə olaraq bildirir ki, o, 08 mart 2025-cü il tarixdə yol-patrul xidməti naryadında xidmətdə olarkən xidməti avtomobildə quraşdırılmış bort-kompyuterin audio-video qeydəalma sistemində yaranmış müvəqqəti nasazlıq səbəbindən sürücü X2 işıq cihazlarından istifadə qaydasını pozmasını əks etdirən faktlar və bununla bağlı sürücüyə bildirilən iradlar bort-kompyuterdə qeydə alınmamış, nasazlıq aradan qaldırıldıqdan sonra xidməti prosedur qeydə alınmış və həmin 08 (səkkiz) dəqiqə 41 (qırx bir) saniyəlik videogörüntünü elektron daşıyıcıda (diskdə) məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: -Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis serjantı X12 tərəfindən “VAZ 21074” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 barəsində tərtib edilmiş 08 mart 2025-ci il tarixli İXP6958046 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X5 08 mart 2025-cü il tarixdə saat 13:20-də Daşkəsən şəhərinin Heydər Əliyev prospektində avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.3-cü maddələrində nəzərdə tutulmuş xətaları törətməkdə təqsirləndirilmişdir. -Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi, polis polkovnikleytenantı X14 tərəfindən “VAZ 21074” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 barəsində qəbul edilmiş 08 mart 2025-ci il tarixli TP7100236 nömrəli inzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, X5 08 mart 2025-cü il tarixdə saat 13:20-də Daşkəsən şəhərinin Heydər Əliyev prospektində avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.3 (işıq cihazlarından istifadə qaydalarının pozulması) və 332.3-cü (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) maddələrində nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Gəncə regional qeydiyyat, imtahan və texniki baxış şöbəsi tərəfindən X2 adına 19 mart 2021-ci il tarixdə verilmiş BD101585 nömrəli “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən (əsli ilə düzdür) görünür ki, vəsiqə 19 mart 2031-ci il tarixədək müddətə verilmişdir. -Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis serjantı X12 tərəfindən məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin elektron informasiya sistemindən əldə olunmuş elektron məlumatın kağız daşıyıcıda olan əksindən görünür ki, X3 BD101585 nömrəli süsrscülük vəsiqəsi ilə əldə etdiyi hüquq İXP445411 nömrəli inzibati xəta haqqında protokol əsasında Daşkəsən Rayon Məhkəməsinin qəbul etdiyi 3(030)- 48/2022 nömrəli qərar əsasında 14 mart 2022-ci il tarixdən məhdudlaşdırılmışdır (məhdudiyyətin götürülməsi barədə məlumat əks olunmamışdır-hakimin qeydi). -Daşkəsən Rayon Məhkəməsinin qəbul etdiyi 30 mart 2022-ci il tarixli 3(030)- 48/2022 nömrəli qanuni qüvvəyə minmiş qərarın surətindən görünür ki, X2 nəqliyyat vasitəsini idarəetmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Daşkəsən Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 3(030)-48/2022 nömrəli qərarına İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən xitam verilməsi və bununla bağlı bütün məhdudiyyətlərin götürülməsi qərara alınmışdır. Məhkəmə icraatında videoyazının tədqiqi: İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxs- Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X6 məhkəməyə elektron daşıyıcıda təqdim etdiyi 8 (səkkiz) dəqiqə 41 (qırx bir) saniyəlik videogörüntü məhkəmə iclasında tədqiq edilərkən videogörüntüdə “VAZ 21074 minik” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Camaləddin Allahverdiyevə avtomobili sürücülük hüququ olmadan idarə etdiyinə dair irad bildirildiyi əks olunsa da, videogörüntüdə sürücünün işıq cihazlarından istifadə qaydasını pozmasını əks etdirən faktlar və bununla bağlı sürücüyə hər hansı iradın bildirilməsi aşkar edilməmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının: -125-ci maddəsinin yeddinci (Vİİ) hissəsində bəyan edilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. -129-cu maddəsinin üçüncü (İİİ) hissəsində bəyan edilir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: -6-cı maddəsinin birinci (İ) hissəsinin birinci abzası və 6 və 6-1-ci bəndlərindən görünür ki, yol hərəkəti sahəsində fiziki şəxslərin o cümlədən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərininhərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və məhkəməyə şikayət etmək, barələrində yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet informasiya ehtiyatlarından məlumat almaq hüquqları vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təliat”ın: -4.6-cı bəndinə əsasən, patrul avtomobili radio-cihaz vasitəsi, bort-kompüter, videokamera, ilk tibbi yardım qutusu, 2 ədəd yol nişanı, fənər, yanğın söndürən vasitə, hadisə yerini bildirən işıq əks etdirən lent və digər texniki vasitələrlə təchiz olunur; -4.7-ci bəndinə əsasən, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir; sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır; -6.9-cu bəndinə əsasən, patrul avtomobillərində quraşdırılan videokamera və məsafədən səs ötürən mikrofon işlək vəziyyətdə olmadıqda həmin avtomobillərdə xidmətin aparılması yolverilməzdir; belə avtomobillərdə xidmətin aparılmasına görə müvafiq şəxslər məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin: -329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir; -332.3-cü maddəsindən görünür ki, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir; -8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. -8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir; -53.1 və 53.1.1-ci maddələrindən görünür ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; -53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; -84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; -115.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası; -134.1 və 134.1.3-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; -135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır; -139.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir; -139.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır; -146.1-ci maddəsinə əsasən, bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar (inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir) istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir; -146.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş müddətin axımı dayanır, belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır; -152.1 və 152.2-ci maddələrindən görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir; -152.5-ci maddəsinə əsasən, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Məhkəmə şikayəti və iş üzrə tədqiq edilmiş digər materialları araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, X2 İnzibati Xətalar Məcəlləsinin 329.3-cü (işıq cihazlarından istifadə qaydalarının pozulması) və 332.3-cü (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) maddələrində nəzərdə tutulmuş xətaları törətdiyini təsdiq edən mötəbər sübutlar inzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqana bütün sübutların, o cümlədən iş üzrə audio və videoyazıların təqdim edilməsi üçün sorğu göndərilmiş, buna baxmayaraq, iş üzrə mötəbər sübutlar, o cümlədən xidməti bortkompyuter vasitəsi ilə aparılmış audio və videoyazılar tam olaraq məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, X2 nəqliyat vasitəsindən istifadə hüququnun məhdudlaşdırılmasını müəyyən edən Daşkəsən Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 3(030)-48/2022 saylı qərarının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq elektron informasiya sistemində mövcud olması və Daşkəsən Rayon Məhkəməsinin şəxsə məhdudiyyət müəyyən edən həmin 14 mart 2022-ci il tarixli 3(030)-48/2022 saylı qərarına xitam verilməsinə dair 30 mart 2022-ci il tarixli 3(030)-48/2022 saylı qərarının müvafiq elektron informasiya sistemində əks olunmaması hazırki halda şəxsin mütlq qaydada İnzibati Xətalar Məcəlləsinin 332.3-cü (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) maddəsində nəzərdə tutulmuş xətanı törətməsi qənaətinə gəlməyə əsas vermir, belə ki, Daşkəsən Rayon Məhkəməsinin məhdudiyyəti aradan qaldıran 30 mart 2022-ci il tarixli 3(030)-48/2022 saylı qanuni qüvvəyə minmiş qərarı aidiyyəti orqan tərəfindən icra edilməmiş olarsa da, İnzibati Xətalar Məcəlləsinin 146.1-ci maddəsinin tələbləri baxımından Daşkəsən Rayon Məhkəməsinin məhdudiyyət müəyyən edən həmin 14 mart 2022-ci il tarixli 3(030)-48/2022 saylı qərarı müddətin keçməsi əsası ilə icra edilməməli idi-həmin müddətin dayandırılması üçün İnzibati Xətalar Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir, o cümlədən sürücüyə bununla bağlı əvvəllər hər hansı rəsmi xəbərdarlığın edilməsini təsdiq edən fakt mövcud deyildir. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından (8.2-ci maddə) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir- deməli, təqsirin sübuta yetirilməsi vəzifəsi səlahiyyətli orqanın (səlahiyyətli vəzifəli şəxsin) üzərinə düşür. X2 barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokolda əks olunmuş xüsusatları, o cümlədən Daşkəsən Rayon Məhkəməsinin Camaləddin Abdullayevlə bağlı inzibati tənbehvermə ilə bağlı qərarının qüvvədə olub-olmamasını, qərarın icrasının dayandırılıb-dayandırılmamasını araşdırmağa borclu olduğu halda həmin halları araşdırmamış, nəticədə X2 barəsində qanunsuz və əsassız qərar qəbul olunmuşdur. Məhkəmə araşdırması nəticəsində X2 İnzibati Xətalar Məcəlləsinin 329.3-cü (işıq cihazlarından istifadə qaydalarının pozulması) maddəsində nəzərdə tutulmuş xətanı törətməsi sübuta yetirilmir, 332.3-cü (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) maddəsində nəzərdə tutulmuş xəta hadisəsi isə baş verməmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.3-cü maddələrinin müddəalarından görünür ki, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılması nəticəsində hesab edir ki, X2 şikayəti təmin edilməli, Daşkəsən Rayon Polis Şöbəsi Dövlət yol polisi bölməsinin rəisi, polis polkovnik-leytenentı X13 X4 barəsində qəbul etdiyi 08 mart 2025-cü il tarixli TP7100236 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə və İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən-inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1, 134.1.3 və 135.1.5-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 şikayəti təmin edilsin. Daşkəsən Rayon Polis Şöbəsi Dövlət yol polisi bölməsinin rəisi, polis polkovnikleytenentı X13 X4 barəsində qəbul etdiyi 08 mart 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən-inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-62/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-62/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver