Məhkəmə qərarları › İş №3(040)-7/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-7/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-7/2025 13.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X2, İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxs- Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 yol-patrul xidməti inspektoru, polis serjantı X3 iştirakları ilə, X6 barəsində qəbul edilmiş 06 yanvar 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X6 (14 yanvar 2001-ci ildə Azərbaycan Respublikasının Bərdə rayonunun Qaradəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:7DP7L8G, Kəlbəcər rayonunun Susuzluq kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) Kəlbəcər Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət X13 səlahiyyətli vəzifəli şəxsləri tərəfindən onun barəsində tərtib edilmiş 13 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 06 yanvar 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və Gəncə Şəhər Dövlət X13 həmin əməkdaşları barəsində qanunamüvafiq tədbirlər görülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, qanuni istifadəsində olan **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili 13 dekabr 2024-cü il tarixdə təxminən saat 12:13 radələrində Gəncə şəhəri daxilində “köhnə Yevlax avtovağzalı” adlanan istiqamətdə hərəkətdə olarkən Gəncə Şəhər Dövlət X15 məxsus **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildə xidmətdə olan polis serjantı X7 heç bir əsas olmadan onu saxlatmış və idarə etdiyi avtomobilin arxa yaylarında konstruksiya dəyişikliyi edildiyini bildirərək avtomobilin cərimə meydançasına (mühafizə olunan duracağa-hakimin qeydi) aparılacağını bildirmişdir. O, həmin vaxt polis serjantına idarə etdiyi avtomobildə heç bir konstruksiya dəyişikliyi edilmədiyini israrla desə də, onun etirazlarına heç bir əhəmiyyət verilmədən idarə etdiyi avtomobil qanunsuz olaraq məcburi qaydada Gəncə DYPŞ-nin duracağına aparılmış və avtomobil duracağa yerləşdirilən zaman heç bir təhvil- təslim və ya baxış keçirilmədən duracaqda saxlanılmışdır. Daha sonra onu Gəncə DYPŞ-nin əməkdaşı olan Ramin Bağırov adlı şəxsin yanına istiqamətləndirmişlər; Ramin Bağırov onun barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edildiyini bildirərək, cəriməni ödəməsini ondan tələb etmişdir. O, qeyd edilən cərimədən narazı olduğunu və məhkəmə qaydasında mübahisələndirəcəyini bildirərək avtomobilini aparmaq üçün dayanacağa yaxınlaşanda ona icazə verməmişlər. O, həmin vaxt barəsində cərimə protokolu yazıldığını və avtomobili götürmək üçün heç bir problem qalmadığını bildirdiyi zaman ona demişlər ki, avtomobilin arxa yayları dəyişməlidir və baxış keçirilməsi üçün Gəncə Şəhər DYPŞ-nin əməkdaşları özlərinin tanıdığı bir şəxsi mütəxəssis kimi çağırmışlar və mütəxəssis kimi təqdim etdikləri şəxs onun idarə etdiyi avtomobilin arxa yaylarında heç bir dəyişiklik və ya müdaxilə olmadığını bildirərək qüsur rəyi verməkdən imtina etmişdir. Bütün bunlara baxmayaraq, Gəncə Şəhər DYPŞ-nin əməkdaşları ona məxsus olan avtomobili 10 (on) gün qanunsuz olaraq Gəncə Şəhər DYPŞ-nin duracağında saxlamışlar. Keçən 10 (on) gün ərzində, o, avtomobil olmadan daha çox xərcə düşdüyünü görüncə məcbur qalaraq əlavə xərc çəkməklə Gəncə DYPŞ-nin duracağında saxlanılan avtomobilinin arxa yaylarını dəyişdirərək avtomobili duracaqdan çıxarmış, avtomobilin üzərindən götürdüyü yayları da sübut olaraq saxlamışdır. Onun avtomobilinin 10 (on) gün ərzində qanunsuz olaraq Gəncə DYPŞ-nin duracağında saxlanılması onun əlavə xərclər çəkməsinə səbəb olmuşdur. Yuxarıda qeyd etdiklərini əsas tutaraq, onun barəsində İXM-in 342.2.3-cü maddəsi ilə tərtib edilmiş 13 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolla qətiyyən razılaşmır. O, Azərbaycan Respublikasının vətəndaşı, Vətən müharibəsi qazisidir, lakin o, heç vaxt qazi olmasını kimdənsə üstün olmaq kimi görməmiş və əsla bu addan sui-istifadə etməmişdir. Hər zaman qanunlarımıza hörmətlə yanaşmış, bununla belə, qanunlarımızı heçə sayan Gəncə DYPŞ-nin bəzi əməkdaşlarının özbaşınalıqları onu məyus edir. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər baş polis idarəsinin Dövlət X13 yol-patrul xidməti inspektoru, polis serjantı X7 tərəfindən X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati Xətalar Məcəlləsi) 327.1, 342.2.3 və 342.5-ci maddələri ilə təqsirləndirilməsi ilə bağlı 13 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 səlahiyyətli vəzifəli şəxsi, polis mayoru X4 06 yanvar 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ilə X1 Xətalar Məcəlləsinin 327.1, 342.2.3 və 342.5-ci maddələri ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsindən görünür ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərarından şikayət, prokuror isə protest verə bilər. Şikayət məhkəməyə 22 yanvar 2025-ci il tarixdə daxil olmuş, iş üzrə məhkəmə baxışı iclası ilk dəfə 03 fevral 2025-ci il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı 13 fevral 2025-ci il tarixə təxirə salınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X6 məhkəmə iclasında şikayətini müdafiə edərək və barəsində tərtib olunmuş 13 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 06 yanvar 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın qanunsuz və əsassız olduğunu bildirərək, barəsində olan 06 yanvar 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini, barəsində olan hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Gəncə Şəhər Dövlət X13 yuxarıda qeyd olunan vəzifəli şəxsləri onun hadisənin görüntülərinin ona göstərilməsi və təqdim edilməsi bağlı tələbini də yerinə yetirməmişlər. O, 13 dekabr 2024-cü il tarixdə qanuni istifadəsində olan **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən heç bir qayda pozuntusu tərətmədiyi halda yuxarıda təsvir etdiyi qanunsuz münasibətə məruz qalmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxs- Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 yol-patrul xidməti inspektoru, polis serjantı X7 izahatında bildirmişdir ki, “VAZ 2106” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 13 dekabr 2024-cü il tarixdə saat 12:05-də Gəncə şəhəri ərazisində avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1 (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulması), 342.2.3 (nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi) və 342.5-ci (konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı) maddələrində nəzərdə tutulmuş xətaları törətməsi aşkar edildiyindən, onun tərəfindən “VAZ 2106” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə Şəhər Dövlət X16 mühafizə olunan duracağına yerləşdirilmiş, bundan sonra onun tərəfindən müvafiq mütəxəssis dəvət edilmiş "xxxx" İstehsalat Birliyinin "xxxx" Gəncə Müəssisəsində mühəndis-məsləhətçi vəzifəsində işləyən E.Q.Quliyev tərəfindən avtomobildə qanunsuz konstruksiya dəyişikliklərinin olması ilə bağlı müvafiq yazılı rəy verildikdən sonra onun tərəfindən sürücü Əli Abdullayev barəsində 13 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol və işin digər materialları əsasında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X4 qəbul etdiyi 06 yanvar 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla sürücü X1 Xətalar Məcəlləsinin 327.1, 342.2.3 və 342.5-ci maddələri ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. Əlavə olaraq bildirir ki, o, 13 dekabr 2024-cü il tarixdə **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildə xidmətdə olarkən avtomobildə quraşdırılmış bort-kompyuterin audio-video qeydəalma sistemi nasaz vəziyyətdə olduğundan, sürücü X6 ilə bağlı xidməti prosedur qeydə alınmamışdır; o, yalnız öz mobil telefonunda olan videokamera vasitəsi ilə 8 (səkkiz) saniyəlik videogörüntü (avtomobilin arxa yaylarının görüntüsü) qeydə almış və həmin videogörüntünü məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər baş polis idarəsinin Dövlət X13 yol-patrul xidməti inspektoru, polis serjantı X7 tərəfindən “VAZ 2106” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 barəsində tərtib edilmiş 13 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X6 13 dekabr 2024-cü il tarixdə saat 12:05-də avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1 (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulması), 342.2.3 (nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi) və 342.5-ci (konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı) maddələrində nəzərdə tutulmuş xətaları törətməkdə təqsirləndirilmişdir. İş materiallarında olan: Gəncə Şəhər Dövlət X13 səlahiyyətli vəzifəli şəxsi, polis mayoru X9 tərəfindən “VAZ 2106” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 barəsində 13 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və inzibati xəta haqqında işin digər materialları əsasında qəbul edilmiş 06 yanvar 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, X6 13 dekabr 2024-cü il tarixdə saat 12:05-də avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1 (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulması), 342.2.3 (nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi) və 342.5-ci (konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı) maddələrində nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilinməklə, barəsində 150 (yüz əlli) manat cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan: "xxxx" İstehsalat Birliyinin "xxxx" Gəncə Müəssisəsində mühəndis-məsləhətçi vəzifəsində işləyən E.Q.Quliyev tərəfindən (Gəncə Şəhər Dövlət X16 şifahi müraciəti əsasında) **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz konstruksiya dəyişikliklərinin olması ilə bağlı verdiyi yazılı “Rəy”də (surət): 1) “arxa yayların üst yuvasına 1-lik rezin halqa əvəzinə 2-lik rezin quraşdırılmışdır-bu hal sərt döngələrdə mərkəzdənqaçmaya səbəb olur”, 2) “arxa yaylar öz istismar müddətini tam başa vurduğundan, gələcək istifadəsi tam yararsızdır elastiklik əmsalı ölmüşdür və sərtlik əmsalı aşağı düşdüyündən, oraya 1-lik əvəzinə 2-lik rezin quraşdırılmışdır ki, arxa hissəsi çox aşağı çökməsin”, 3) “nəticə: arxa yayların dəyişdirilməsi məqsədəmüvafiq hesab olunur...” qeydləri vardır (“Rəy”də tarix və nömrə yoxdur). İş materiallarında olan: Gəncə şəhər baş polis idarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən məhkəməyə göndərilmiş, Gəncə şəhər baş polis idarəsinin Dövlət X13 yolpatrul xidməti inspektoru, polis serjantı X7 tərəfindən 13 dekabr 2024-cü il tarixdə saat 12:15-də tərtib edilməyə başlandığı göstərilən “Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə Akt”ın surətindən oxunur ki, X8 idarə etdiyi **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 dekabr 2024-cü il tarixdə duracağa saxlanca qəbul edilmiş (saxlanca qəbul edən-Musayev), 23 dekabr 2024-cü il tarixdə duracaqdan buraxılmışdır (səlahiyyətli şəxs-R.C.Bağırov). Aktda onu tərtib edən vəzifəli şəxs olaraq “Əsgərzadə Cəmil” adı göstərilsə də, müvafiq imza yoxdur. İş materiallarında olan: Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 yol-patrul xidməti inspektoru, polis serjantı X7 tərəfindən məhkəmə iclasında təqdim edilmiş yazılı izahatda X2 idarə etdiyi **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 dekabr 2024-cü il tarixdə tərəfindən saxlanan zaman yol-patrul xidməti avtomobilində quraşdırılmş bortkompyuter nasaz olduğundan görüntülərin videoqeydə alınmadığı, onda olan yeganə görüntünün özünün mobil telefonu vasitəsiilə əldə olunmuş səkkiz saniyəlik görüntülər olduğu qeyd edilmişdir. Məhkəmə icraatında videoyazının tədqiqi: İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxs- Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X13 yol-patrul xidməti inspektoru, polis serjantı X3 məhkəməyə elektron daşıyıcıda təqdim etdiyi 8 (səkkiz) saniyəlik videogörüntü (xüsusi əlamətləri göstərilməyən “VAZ” avtomobilinin arxa yaylarının görüntüsü) məhkəmə iclasında tədqiq edilərkən görüntüdə hər hansı qayda pozuntusunun olduğunu aşkar etmək mümkün olmamışdır. Tətbiq edilməli olan normalar: Azərbaycan Respublikası Konstitusiyasının: -125-ci maddəsinin 7-ci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. -129-cu maddəsinin 3-cü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: -4-cü maddəsinin birinci abzası və 6-cı, 18-ci və 19-cu bəndlərindən görünür ki, yol hərəkəti sahəsində dövlətin o cümlədən avtomobil yollarının tikintisinə, yenidən qurulmasına, təmirinə, saxlanılmasına və qorunmasına dair, habelə Azərbaycan Respublikasında istehsal olunan nəqliyyat vasitələrinin konstruksiyasına və texniki vəziyyətinə dair vahid tələbləri müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək, nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyatsənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək və nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət etmək vəzifələri vardır. -30-cu maddəsinin: birinci (İ) hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin altıncı (Vİ) hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar; beşinci (V) hissəsinə əsasən, istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir; nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavə olan “Nəqliyyat vasitəsitələrinin nasazlıqlarının Siyahısı” adlı normativ sənəddə nəqliyyat vasitələrinin istismarının qadaağan edildiyi və nəqliyyat vasitələrində olan nasazlıqların aradan qaldırılması məcburi olan hallar göstərilmişdir ("xxxx" Gəncə Müəssisəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş “Rəy”də göstərilmiş əsaslar həmin “Siyahı”da yoxdurhakimin qeydi). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təliat”ın: -4.6-cı bəndinə əsasən, patrul avtomobili radio-cihaz vasitəsi, bort-kompüter, videokamera, ilk tibbi yardım qutusu, 2 ədəd yol nişanı, fənər, yanğın söndürən vasitə, hadisə yerini bildirən işıq əks etdirən lent və digər texniki vasitələrlə təchiz olunur. -4.7-ci bəndinə əsasən, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir; sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. -6.9-cu bəndinə əsasən, patrul avtomobillərində quraşdırılan videokamera və məsafədən səs ötürən mikrofon işlək vəziyyətdə olmadıqda həmin avtomobillərdə xidmətin aparılması yolverilməzdir. Belə avtomobillərdə xidmətin aparılmasına görə müvafiq şəxslər məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin: -327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. -342.2 və 342.2.3-cü maddələrindən görünür ki, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, o cümlədən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir. -342.5-ci maddəsinə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə- əlli manat məbləğində cərimə edilir. -8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. -8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir -84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. -134.1 və 134.1.3-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. -135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. -53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə şikayəti və iş üzrə tədqiq edilmiş digər materialları araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, X2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulması), 342.2.3-cü (nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi) və 342.5-ci (konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı) maddələrində nəzərdə tutulmuş xətaları törətdiyini təsdiq edən sübutlar inzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqana bütün sübutların, o cümlədən iş üzrə audio və videoyazıların təqdim edilməsi üçün sorğu göndərilmiş, buna baxmayaraq, iş üzrə mötəbər sübutlar, o cümlədən xidməti bort-kompyuter vasitəsi ilə aparılmış audio və videoyazılar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından (8.2-ci maddə) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Deməli, təqsirin sübuta yetirilməsi vəzifəsi səlahiyyətli orqanın (səlahiyyətli vəzifəli şəxsin) üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.3-cü maddələrinin müddəalarından görünür ki, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılması nəticəsində hesab edir ki, X2 İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.2.3 və 342.5-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən, onun barəsində tərtib edilmiş 13 dekabr 2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz hesab edilməli, həmin protokol əsasında qəbul edilmiş, 06 yanvar 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qanunsuz hesab edilməklə ləğv edilməli və X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.2.3 və 342.5-ci maddələri ilə hazırki inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.2ci maddəsinə əsasən-həmin xətaların törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə, xitam verilməlidir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəməyə verdiyi yazılı şikayətində və məhkəmə iclasında verdiyi izahatında 06 yanvar 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla barəsində tətbiq edilmiş cəriməni məcburiyyət qarşısında ödədiyini bildirsə də, bu barədə məhkəməyə müvafiq sənəd təqdim etməmişdir; məhkəmə bununla bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izah edir ki, bu qərar qanuni qüvvəyə mindikdən sonra artıq ödənilmiş pul vəsaitinin ona qaytarılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinə müraciət etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1, 134.1.3 və 135.1.5-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər baş polis idarəsinin Dövlət X13səlahiyyətli vəzifəli şəxsi, polis mayoru X4 X6 barəsində qəbul etdiyi 06 yanvar 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar ləğv edilsin və X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.2.3 və 342.5-ci maddələri ilə olan hazırki inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən-təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar