Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-75/2024 14.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 157-ci və 190-cı maddələri ilə təqsirləndirilməsinə dair işə baxaraq, müəyyənetdi: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 17 aprel 2024-cü il tarixli MN № ******* nömrəli və İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 17 aprel 2024-cü il tarixli MN № ******* nömrəli protokollar tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. 17 aprel 2024-cü il tarixli MN № ******* nömrəli protokolda qeyd edilir ki, Şəxs 12 mart 2024-cü il tarixdə yaşadığı mənzildə anası Zərərçəkmiş şəxs döymüşdür. 17 aprel 2024-cü il tarixli MN № ******* nömrəli protokolda qeyd edilir ki, Şəxs əmək qabiliyyəti olmayan valideyninə baxmaq vəzifəsindən qəsdən boyun qaçırmışdır. Məhkəmə Şəxs barəsində tərtib olunmuş protokollara eyni icraatda baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş orqan-Kəlbəcər Rayon Polis Şöbəsinin nümayəndəsi- İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edərək bildirmişdir ki, Şəxs 12 mart 2024-cü il tarixdə saat 09:00 radələrində yaşadığı ünvan 1 ünvanında anası Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş-bununla bağlı onun tərəfindən 17 aprel 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, habelə Şəxs anası Zərərçəkmiş şəxs baxmaqdan qəsdən boyun qaçırması müəyyən olnumuşdur- bu faktla bağlı da onun tərəfindən 17 aprel 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, yuxarıda qeyd olunan inzibati xəta haqqında protokolları tərtib etmiş səlahiyyətli vəxifəli şəxs olaraq həmin protokolları qanuni və əsaslı hesab edir. Əlavə olaraq bildirmişdir ki, Şəxs Zərərçəkmiş şəxs ilə barışdığına görə, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən xitam verilməsinə etiraz etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında İnzibati Xətalar Məcəlləsinin 157-ci və 190-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini etiraf edərək hərəkətindən peşman olduğunu bildirmiş və zərərçəkmiş şəxs-anası Zərərçəkmiş şəxs ilə barışdığına görə, barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə baxılan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan başqa, hal-hazırda anasının qayğısına qalır, buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsi ilə baxılan iş üzrə də ona güzəşt edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 12 mart 2024-cü il tarixdə saat 09:00 radələrində aralarında olan mübahisə zamanı oğlu Şəxs yaşadıqları ünvan 1 ünvanında onu itələmiş və o yıxılmış, yıxılması nəticəsində sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət dəymiş, bundan sonra Gündüz özü onu yerdən qaldırmışdır. Əlavə olaraq Şəxs ilə barışdığını bildirmiş və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Bundan başqa, oğlu Gündüz Abbasovun ona valideyn olaraq baxmaması ilə bağlı Gündüzdən şikayətçi deyildir, hal-hazırda bu barədə də hər şey qaydasındadır, Gündüz artıq onun qayğısına normal şəkildə qalır. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının cinayət hadisəsinin və tərkibinin olmaması əsası ilə rədd edilməsi, eyni zamanda, aparılmış araşdırma zamanı qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs 12 mart 2024-cü il tarixdə saat 09 radələrində yaşadığı ünvan 1 ünvanında oğlu Şəxs tərəfindən döyülməsi, habelə Şəxs anası Zərərçəkmiş şəxs baxmaqdan qəsdən boyun qaçırması araşdrıma materialları ilə sübuta yetirildiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 190-cı maddələrində nəzərdə tutulan inzibati xətalar üzrə inzibati icraat açılması məsələsinə baxılması, habelə tərəflərlə profilaktiki söhbətlərin aparılması, gələcəkdə baş verə biləcək neqativ hadisələrin vaxtında qarşısının alınması üçün qəbul edilmiş qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən (inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə) xitam verilməsi mümkündür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs Zərərçəkmiş şəxs 12 mart 2024-cü il tarixdə saat 09 radələrində yaşadığı ünvan 1 ünvanında döyməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapsa da, inzibati xəta törətmiş Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə məhkəmədə baxılan inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən (inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə) xitam verilməlidir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, Şəxs 2024-cü ilin mart ayının 12-də əmək qabiliyyəti olmayan anası Zərərçəkmiş şəxs saxlamaqdan və ona baxmaqdan qəsdən boyun qaçırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -190-cı maddəsinə əsasən, yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə-xəbərdarlıq edilir və ya altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsi ilə təqsirli olması 11 aprel 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar, 17 aprel 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafedici izahatı və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilir. Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Əzizov X4 Xətalar Məcəlləsinin 190-cı maddəsi ilə təqsirli bilinməli, barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal- törətdiyi inzibati xəta əməlindən səmimi peşman olmasıdır, Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halın olmasını və əməlində məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsinin sanksiyasında nəzərdə tutulan “xəbərdarlıq” növündə tənbehin tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.2,115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində 17 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9cu maddəsinə əsasən-inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Əzizov X4 Xətalar Məcəlləsinin 190-cı maddəsi ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsinin sanksiyası həddində “xəbərdarlıq” tənbehi tətbiq edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-75/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-75/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver