Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-76/2024 26.09.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, xx xxxxxx 1997-ci ildə Azərbaycan Respublikasının Dəvəçi (indiki Şabran) rayonunun Xəlfələr kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Şabran rayonunun Xəlfələr kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün 30 aprel 2024-cü il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir (30 aprel 2024-cü il tarixdə də məhkəməyə daxil olmuşdur). Materiala daxil edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş 19 aprel 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 09 mart 2024-cü il tarixdə Kəlbəcər rayonu ərazisində Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, o, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Materiala daxil edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən icraatında olan HK-1/88 nömrəli material üzrə qəbul edilmiş 08 aprel 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs 09 mart 2024-cü il tarixdə saat 13 radələrində Kəlbəcər rayonunun Yanşaq kəndi ərazisində yerləşən DKT şirkətində podratçı şirkət olan "xxxx" MMC-yə məxsus ərazidə Zərərçəkmiş şəxs döymüş, Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs Şəxs tərəfindən 09 mart 2024-cü il tarixdə saat 13 radələrində Kəlbəcər rayonunun Yanşaq kəndi ərazisində yerləşən “DKT” şirkətində podratçı şirkət olan "xxxx" MMC-yə məxsus ərazidə ona edilən fiziki ağrıların nəticəsində döyülməsi alınmış izahatlarla təsdiq edildiyindən, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan, barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Kəlbəcər Rayon Məhkəməsində işin baxılması 30 aprel 2024-cü il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı-barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlmədiyinə görə, işin baxılması 01 may 2024-cü il tarixə təxirə salınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 01 may 2024-cü il tarixli məhkəmə iclasına da gəlmədiyindən, Kəlbəcər Rayon Məhkəməsi Şəxs məhkəməyə gətirilməsi, gətirilənədək 3(040)-76/2024 saylı iş üzrə icraatın dayandırılmasına dair qərardad qəbul etmişdir. Kəlbəcər Rayon Polis Şöbəsi tərəfindən 25 sentyabr 2024-cü il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə göndərilən 3-13-85/2-9839/2024 saylı məktubda qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Əzimov X3 İşlər Nazirliyinin Baş narkotiklə mübarizə idarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində AR Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində cinayət işi başlanıldığından, Şəxs məhkəməyə gətirmək mümkün olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və məhkəmə baxışı iclası 26 avqust 2024-cü il tarixə saat 14:30-a təyin edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş 08 aprel 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan həmçinin görünür ki, məhkəməyədək icraat zamanı izahatları alınmış: -Şəxs (hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) izahatında 09 mart 2024-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxsla arasında baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs itələməsini etiraf etdiyini bildirmişdir. -Zərərçəkmiş şəxs (hazırki inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs) izahatında 09 mart 2024-cü il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinə etmiş olduğu ərizəsini təsdiq etdiyini, həmin tarixdə iş yoldaşı Şəxs maşınını təmir etmədiyi üçün Şəxs onunla mübahisə etdiyini, onun ünvanına nalayiq sözlər dediyini, həmçinin, onu itələdiyini, əl və ayaq zərbələri vuraraq onu döyməsini, bu vaxt fiziki ağrılar hiss etdiyini, baş vermiş hadisəyə görə tədbir görülməsini, Şəxs ondan uzaq durmasının və onu narahat etməməsinin təmin edilməsini istədiyini bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsindən görünür ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə- sağlamlığa ağır, az ağır və yüngül zərər vurmaya səbəb olmadıqda-inzibati xətadır, xətanı törədən şəxs üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs 09 mart 2024-cü il tarixdə Kəlbəcər rayonunun Yanşaq kəndi ərazisində Zərərçəkmiş şəxs fiziki ağrı yetirməsi Kəlbəcər Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı Rübail Ələsgərovun 08 aprel 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, inzibati xəta haqqında protokol, və iş üzrə digər sənədlərlə tam sübuta yetirilir. Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə doğru olaraq tövsif edilmişdir. Ona görə də X5 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməklə, barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: -32-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. -72-ci maddəsinin 2-ci hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İnzibati Xətalar Məcəlləsinin: -9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə icraatı zamanı Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin 400 (dörd yüz) manat miqdarda tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 400 (dörd yüz) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-76/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-76/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver