Məhkəmə qərarları › İş №3(040)-77/2024

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-77/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-77/2024 16.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X6 (08 aprel 1983-cü il tarixdə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş, FİN: “1U2C4DR”, Kəlbəcər şəhəri, Aşıq Alı küçəsi ev 12-də yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla Gəncə şəhəri Yeni qəsəbə-1500 bina 23 mənzil 23-də məskunlaşan, fərdi sahibkar-VÖEN: **********), İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin nümayəndəsi- məsləhətçi-əmək müfəttişi X9 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisinin 29 aprel 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbehvermə haqqında qərarından barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş X13 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin (bundan sonra-X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi) rəisi tərəfindən onun barəsində qəbul edilmiş 29 aprel 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində olan həmin inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X14 Xidməti Gəncə regional ərazi şöbəsinin rəisi X4 29 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İnzibati xətalar Məcəlləsi) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi əsas gətirilərək 3000 (üç min) manat məbləğdə cərimə edilmişdir. Qərarın qəbul edilməsinə səbəb kimi, onun guya nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X7 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi göstərilmişdir. Qeyd olunan qərarı qanunsuz və əsassız hesab edir, belə ki, o, vergi orqanında fiziki şəxs kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur; Emin Hümbətov əvvəllər onunla birlikdə işləmiş, lakin inzibati xəta haqqında protokol tərtib edilən və qərar qəbul olunan vaxtlarda Emin Hümbətov onun işçisi olmamış və onunla heç bir iş görməmişdir. 16 mart 2024-cü il tarixdə, o, Eminlə birlikdə Kəlbəcərə getmiş, qayıtdıqdan sonra 18 mart 2024-cü il tarixdə Emin Hümbətovu işə qəbul etmiş və 20 mart 2024-cü il tarixdə işdən azad etmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, guya o, Emin Hümbətovu əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etmişdir. X15 Xidməti Gəncə regional ərazi şöbəsinin rəisi X2 Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 29 aprel 2024-cü il tarixdə onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, onu 3000 (üç min) manat məbləğdə cərimə etmişdir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində (bundan sonra-Əmək Məcəlləsi) nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, o, əmək qanunvericiliyinin heç bir tələbini pozmadığı, heç kimi qanunsuz işlətmədiyi və heç bir inzibati xəta törətmədiyi halda barəsində qanunsuz və əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 3000 (üç min) manat məbləğdə cərimə edilmiş, eyni zamanda da barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən fiziki şəxs kimi deyil, vəzifəli şəxs kimi cərimə edilmişdir. Halbuki, o, fiziki şəxsdir. Məhkəmə icraatı: İnzibati xəta haqqında iş üzrə məhkəmə iclası 16 may 2024-cü il tarixə təyin edilmişdır. Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs)- X13 məhkəmə iclasında şikayəti müdafiə edərək və şikayətinə uyğun izahat verərək bildirmişdir ki, o, fiziki şəxs kimi saghibkarlıqla məşğul olur. X14 Xidməti Gəncə-Daşkəsən regional ərazi şöbəsinin rəisi X4 29 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi əsas gətirilərək 3000 (üç min) manat məbləğdə cərimə edilmişdir. Qərarın qəbul edilməsinə səbəb kimi, onun guya nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X7 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi göstərilmişdir. Qeyd olunan qərarı qanunsuz və əsassız hesab edir, belə ki, o, vergi orqanında fiziki şəxs kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur; Emin Hümbətov əvvəllər onunla birlikdə işləmiş, lakin mübahisələndirdiyi inzibati xəta haqqında protokol tərtib edilən və inzibati tənbehvermə haqqında qərar qəbul olunan vaxtlarda Emin Hümbətov onun işçisi olmamış və o, qeyd olunan müddət ərzində Emin Hümbətovla heç bir iş görməmişdir. Reallıq budur ki, fərdi sahibkar olaraq Kəlbəcər rayonu ərazisində işlərin görülməsi üçün hüquqi şəxs "xxxx" MMC-dən podrata sifariş götürmüş, 16 mart 2024-cü il tarixdə, o, Eminlə birlikdə Kəlbəcərə səfər etmiş, qayıtdıqdan sonra- 18 mart 2024-cü il tarixdə Emin Hümbətovu işə qəbul etmiş və 20 mart 2024-cü il tarixdə işdən azad etmişdir. Emin Hümbətovla birlikdə Kəlbəcərə səfər etmələrinin səbəbi Eminin işə qəbul olunmaq üçün özünün bu cür şərt qoyması olmuşdur; yəni Emin Hümbətov əmək müqaviləsi bağlamazdan öncə görəcəyi işlə yerində tanış olmaq istəmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan və inzibati tənbehvermə haqqında qərardan görünür ki, guya o, Emin Hümbətovu əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etmişdir. Əslində onun Emin Hümbətovla yazılı əmək müqaviləsi olmamış, əmək müqaviləsi 18 mart 2024-cü il tarixdə elektron qaydada bağlanmışdır. Bundan başqa, 18 mart 2024-cü il tarixli “2PDEHR9000100” nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndə işçi X5 işə başlama tarixi olaraq səhvən “08 mart 2024-cü il” tarixi göstərilmişdir.X15 Xidməti Gəncə regional ərazi şöbəsinin rəisi X19 Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 29 aprel 2024-cü il tarixdə onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, onu 3000 (üç min) manat məbləğdə cərimə etmişdir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, o, əmək qanunvericiliyinin heç bir tələbini pozmadığı, heç kimi qanunsuz işlətmədiyi və heç bir inzibati xəta törətmədiyi halda barəsində qanunsuz və əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 3000 (üç min) manat məbləğdə cərimə edilmiş, eyni zamanda da barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən fiziki şəxs kimi deyil, vəzifəli şəxs kimi cərimə edilmişdir, halbuki, o, vəzifəli şəxs deyil, fiziki şəxsdir, fiziki şəxs isə həmin məbləğdə cərimə edilə bilməz. İnzibati xata haqqında protokolu tərtib edən orqanın nümayəndəsi- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin əmək müfəttişi X16 məhkəmə iclasında şikayəti qəbul etməyərək və onun dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmiş, X13 barəsində onun tərəfindən tərtib edilmiş 16 aprel 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolu və X14 Xidmətinin Gəncə-Daşkəsən regional ərazi şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən həmin protokol əsasında qəbul edilmiş 29 aprel 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı hesab etdiyini bildirmişdir. Fikrini əsaslandıraraq göstərmişdir ki, X13 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulması-yəni, fiziki şəxs X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçi qismində əmək fəaliyyətinə cəlb edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində yerləşdirilmiş 18 mart 2024-cü il tarixli “2PDEHR9000100” nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndə də öz əksini tapmışdır: belə ki, həmin elektron sənəddən görünür ki, tərəflər arasında əmək müqaviləsinin bağlanması tarixi- 08 mart 2024-cü il, işçinin işə başlama tarixi-08 mart 2024-cü il, əmək müqaviləsinin elektron sistema daxil edilmə tarixi 18 mart 2024-cü il göstərilmişdir. Bundan başqa, vəzifəli şəxs (sahibkarlıqla məşğul olan fiziki şəxs) X6 fiziki şəxs X12 ilə birlikdə əmək fəaliyyəti ilə bağlı 16 mart 2024-cü il tarixdə Kəlbəcər rayonuna səfər etmələri məhkəmə icraatı zamanı öz təsdiqini tapmış, eyni zamanda həm Natiq Cəfərov, həm də Emin Hümbətov bu faktı etiraf etmişlər. Şahid qismində məhkəmə iclasında dindirilmiş X12 izahatında bildirmişdir ki, fərdi sahibkar olan Natiq Cəfərovu əvvəllərdən tanımışdır. 2024-cü ilin mart ayında Natiq Cəfərov ona Kəlbəcər rayonu ərazisində işlərin görülməsi üçün podrata sifariş götürdüyünü və onu da elektron avadanlıqlarının təmirçisi qismində işə götürə biləcəyini, işlərin Kəlbəcər rayonu ərazisində icra ediləcəyini bildirmiş, o da Natiq Cəfərova işləmək istədiyini, lakin icra etməli olduğu işlərlə əmək müqaviləsi bağlamazdan əvvəl tanış olmaq istədiyini şərt olaraq bildirmiş, Natiq Cəfərov onun qoyduğu şərtlə razılaşmışdır. 16 mart 2024-cü il tarixdə, o, Natiqlə birlikdə Kəlbəcərə səfər etmiş, qayıtdıqdan sonra- 18 mart 2024-cü il tarixdə işə qəbul olunmaq üçün ərizə ilə Natiq Cəfərova müraciət etmiş və Natiq onu işə qəbul etmiş və 20 mart 2024-cü il tarixdə özünün xahişi ilə işdən azad etmişdir. İşə qəbul olunarkən Natiq Cəfərovla aaralarında yazılı əmək müqaviləsi olmamışdır. 18 mart 2024-cü il tarixədək Natiq onu heç bir əmək fəaliyyətinə cəlb etməmiş, o cümlədən də o, Natiq Cəfərova heç bir iş icra etməmişdir. Məhkəmə icraatında tədqiq olunmuş sənədlər: İş materiallarında olan: X6 adına Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə”dən (VÖEN:**********) görünür ki, Natiq Cəfərov 23 noyabr 2010-cu ildə fərdi sahibkar olaraq qeydiyyata alınmışdır. İş materiallarında olan: Elektron informasiya sistemində yerləşdirilmiş 18 mart 2024cü il tarixli “2PDEHR9000100” nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, fiziki şəxs olan işəgötürən X13 ilə işçi X12 arasında əmək müqaviləsinin bağlanması tarixi- 08 mart 2024-cü il, işçinin işə başlama tarixi-08 mart 2024-cü il, əmək müqaviləsinin elektron sistemə daxil edilmə tarixi “18 mart 2024-cü il” göstərilmişdir. İş materiallarında olan: X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin əmək müfəttişi X16 tərəfindən qəbul edilmiş 16 aprel 2024-cü il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında protokol”a əsasən, sahibkarlıqla məşğul olan fiziki şəxs (VÖEN:**********) X13 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələbini pozaraq X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. İş materiallarında olan: fərdi sahibkar Natiq Cəfərovun adından X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimova göndərilmiş və həmin qurumda 26 aprel 2024-cü il tarixdə “3-17-5/1-18152/2024” nömrəsi ilə qeydə alınmış məktubda göstərilmişdir ki: "xxxx" MMC ilə aralarında bağlanan 15 fevral 2024-cü il tarixli 01 nömrəli podrat müqaviləsinə əsasən Kəlbəcər şəhərində işlərin görülməsi və qiymət təklifinin hazırlanması üçün razılığa gəlmiş, həmin işlərin icrasında ona işçi lazım olacağını düşündüyü üçün Hümbətov imin Əhliman oğlu ilə danışmışlar; X12 isə işin həcmi və görülən işə uyğun olaraq veriləcək əmək haqqına görə razılaşa biləcəyini qeyd etmişdir, bunun üçün də Kəlbəcər şəhərinə gedib işlərə baxmağa ehtiyac yaranmışdır. X1 də portal vasitəsi ilə icazənin alınması üçün öncədən podrat müqaviləsinə əsasən "xxxx" MMC-yə göndərildi. İcazənin alınması prosesi bitdikdən sonra 16 mart 2024-cü il tarixində X12 ilə birlikdə işə baxmaq üçün Kəlbəcər: şəhərinə getmiş, orada işin həcmini və qiymət təklifini hazır edəndən sonra "xxxx" MMC ilə işlərin görülməsi üçün təklif etdiyimiz qiymətlər əsasında razılaşma protokolu hazırlamışlar. “Qafqazsement MMC” tərəfindən də 18 mart 2024-cü il tarixli 18/03-1 nömrəli razılaşma protokolu tosdiq edildikdən sonra X12 ilə 18 mart 2024-cü il tarixdə birlikdə işləməyə razılaşmışlar. Məhz həmin tarixdə də X12 tərəfindən ərizə və sənədlər alınaraq “emas.sosial.gov.az” saytında əmək müqaviləsi bağlanılması üçün mühasibə təqdim edilmiş, mühasib isə işəgötürmə zamanı “18 mart 2024-cü il” tarixi əvəzinə “08 mart 2024-cü il” tarixini seçərək mexaniki səhv etmişdir. Əmək müqaviləsinin bağlanılması üçün geri tarixə işə götürülmə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “emas.sosial.gov.az” portalı torəfindən icazə verilməsi və həmin əməliyyat növünün aktiv olunması, mühasibin etdiyi mexaniki səhvi vaxtında müəyyən edib, aradan qaldıra bilməməsi ilə nəticələndi. Ancaq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsindən gələn müraciət əsasında belə bir səhvin olduğu tərəflərindən bilinmişdir. Bir daha qeyd edir ki, 18 mart 2024-cü il tarixdə əmək müqaviləsi bağlanan müddətdən əvvəl X12 tərəfindən heç bir əmək fəaliyyəti olmamışdır. Yalnız işin həcminə və qiymətinə baxıb razılaşmaq üçün Kəlbəcər şəhərinə gedib baxış keçirmişlər...”. İş materiallarında olan: X12 tərəfindən X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimovun adına yazılmış izahatda da Natiq Cəfərovun yuxarıda təsvirolunan məktubunda göstərilənlər təsdiq edilmişdir. İş materiallarında olan: X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən qəbul edilmiş 29 aprel 2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərara əsasən, sahibkarlıqla məşğul olan fiziki şəxs (VÖEN:**********) X13 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələbini pozaraq X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğdə cərimə edilmişdir. Məhkəmənin əsaslandığı normativ hüquqi aktlar: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 72-ci maddəsində bəyan edilir: İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər; İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir; İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Konstitusiyanın 125-ci maddəsinin yeddinci hissəsində bəyan edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü hissəsində bəyan edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi): -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. -17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. -31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. -134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. -135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. -192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasnın Əmək Məcəlləsinin: -7.2-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. -15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. -49-cu maddəsinin: 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə araşdırması nəticəsində: Vəzifəli şəxs (sahibkarlıqla məşğul olan fiziki şəxs) X6 fiziki şəxs X7 qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən əmək fəaliyyətinə cəlb etməsi faktı öz təsdiqini tapmışdır; məhkəmə X6 inzibati xəta əməlini törətməsi ilə bağlı səlahiyyətli orqanın məhkəməyə təqdim etdiyi sübutları yetərli və əsaslı hesab edir, həmçinin vəzifəli şəxs (sahibkarlıqla məşğul olan fiziki şəxs) X6 məhkəmə araşdırması zamanı verdiyi izahatında onun X7 əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən əmək fəaliyyətinə cəlb etməsi (əmək fəaliyyəti ilə bağlı 16 mart 2024-cü il tarixdə birlikdə Kəlbəcər rayonuna səfər etmələri) müəyyən olunur. Bundan başqa, şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) Natiq Cəfərovun sahibkarlıqla məşğul olan fiziki şəxs olaraq İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından vəzifəli şəxs hesab olunması İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir. Məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən X13 barəsində qəbul edilmiş 29 aprel 2024-cü il tarixli “MN № 1614233” saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi tərəfindən X13 barəsində qəbul edilmiş 29 aprel 2024-cü il tarixli “MN № 1614233” saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən, şikayət təmin edilmədən saxlansın. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar