Məhkəmə qərarları › İş №3(040)-79/2023

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-79/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-79/2023 24.06.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, 03 oktyabr 1970-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,FİN:3GLFVTX, Kəlbəcər rayonunun Zülfüqarlı kəndində qeydiyyatda olan Şəxs barəsində barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: “İnzibati Xətalar Məcəlləsi”) 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsi ilə tərtib edilmiş 19 dekabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etməmişdir. Buna görə də, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsilə 01 aprel 2023-cü il tarixli İXP ******* nomrəli protokol tərtib edilərək baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Xızı Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 3(068)-18/2023 saylı qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialın baxılması üçün aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 19 dekabr 2022-ci il tarixdə “MAN TGA 33.360 yük” markalı “**-TL-***” dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən yol hərəkət qaydalarını pozmuş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 355ci maddəsi ilə məsuliyyət nəzərdə tutan TP ******* nömrəli elektron protokol tərtib edilərək cərimə qərarı qəbul edilmişdir. Şəxs çıxarılmış qərarla bağlı rəsmi olaraq məlumatlandırılmışdır. Hazırda həmin qərarla bağlı cərimənin ümumi məbləği 64 (altmış dörd) manat olmuşdur. Şəxs, barəsində olan inzibati cəriməni 3 (üç) ay müddətində ödəmədiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilir. Şəxs, barəsində olan inzibati xəta haqqında işin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kəlbəcər Rayon Polis Şöbəsinin Kəlbəcər Rayon Məhkəməsinə ünvanladığı 16 iyun 2023-cü il tarixli 3-13-85/2-5738/2023 saylı məktubda qeyd edilir ki, Şəxs barəsində tərtib olunmuş İXP ******* nömrəli protokol üzrə yaranmış inzibati cərimə borcunu dəbbə pulu ilə birlikdə 64 (altmış dörd) manat 18 may 2023-cü il tarixdə HÖP ödəniş sistemi vasitəsilə banka ödəmişdir. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən,yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol,habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin “Qeyd”inə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs tərəfindən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərar üzrə cərimə və dəbbə pulunu, cəmi 64 (altmış dörd) manatı tam şəkildə ödənilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar