Məhkəmə qərarları › İş №3(040)-8/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-8/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-8/2025 06.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X9, İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxs- Daşkəsən Rayon Polis Şöbəsi Dövlət yol polisi bölməsinin yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X7 iştirakları ilə, Daşkəsən Rayon Polis Şöbəsi Dövlət yol polisi bölməsinin rəisi X6 qəbul etdiyi 22 yanvar 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs X15 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: (18 aprel 1995-ci ildə Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 5WGGZCQ, Kəlbəcər şəhəri, Nizami Gəncəvi prospekti, döngə 2, ev 8-də yaşayış yeri üzrə qeydiyyatda olan) X3 Rayon Məhkəməsinə yazılı şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daşkəsən rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin vəzifəli şəxsinin onun barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında TP ******* nömrəli 22 yanvar 2025-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTAnın 6 saylı yataqxanasının ətrafında məskunlaşmışdır. “VAZ 21154 minik” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 22 yanvar 2025-ci il tarixdə səhər radələrində Daşkəsən rayonuna əmisi oğlu X10 Gəncə şəhərinə gətirmək üçün yuxarıda göstərilən avtomobillə getmişdir. Həmin gün saat 12:00 radələrində Daşkəsən rayonundan Gəncə şəhəri istiqamətində qayıdan zaman Daşkəsən-Gəncə avtomobil yolundakı “Quşçu mostu” adlanan yerdə Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları heç bir yol hərəkəti qaydasını pozmadığı halda ona dayanma işarəsi vermiş, o da avtomobili dayandırmışdır. Polislər avtomobilə qanunsuz baxış keçirmiş və o da bununla bağlı polislərə etiraz etmiş, belə olan halda polis əməkdaşı ondan alkotester cihazına nəfəs verməyi tələb etmiş və o da etiraz etmədən aparata nəfəs vermişdir. Polis əməkdaşı ona spirtli içki qəbul etdiyini demiş, o da cavabında spirtli içki içmədiyini bildirmişdir. Polis onun qarşısına vərəq qoymuş və tələb etmişdir ki, ora imza edib getsin. O, tələb etmişdir ki, onu həkimə təqdim etsinlər, o içkili deyildir, lakin onu həkimə təqdim etmədilər. O, məcbur olub özü Gəncə şəhərinə gedərək həkimdə müayinə olunmuş, heç bir alkoqol qəbul etmədiyi müəyyən olunmuşdur- bu barədə arayış almışdır. Həmin arayışı polisə təqdim etmişdir. Buna baxmayaraq, polis heç bir obyektiv araşdırma aparmadan qanunsuz olaraq onun 400 (dörd yüz) manat cərimə olunması ilə bağlı qərar vermişdir. Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin əməkdaşlarının onun barəsində tətbiq etdikləri inzibati protokol həqiqəti özündə əks etdirmir, bu səbəbdən göstərdiyi sübutlar əsasında ləğv edilməlidir. Odur ki, barəsində olan, Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin vəzifəli şəxsinin onun barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında 22 yanvar 2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şikayət məhkəməyə 27 yanvar 2025-ci il tarixdə daxil olmuş, işin baxılması 06 fevral 2025-ci il tarixə təyin edilmişdir. İşin faktiki halları: Daşkəsən Rayon Polis Şöbəsi Dövlət yol polisi bölməsinin yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X13 22 yanvar 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X15 22 yanvar 2025-ci il tarixdə saat 12:10-da “VAZ 21215” markalı **-CL-*** dövlət qeydiyyat nişanl avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1, 329.3, 332.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirləndirilmişdir (Həmin protokolun “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ya vəsatəti” qrafasında “protokolla razıyam, etirazım yoxdur” qeydləri və imza vardır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azər Camalov məhkəmə iclasında verdiyi izahatında həmin yazılı qeyd və imzanın onun tərəfindən icra eildiyini bildirmişdir-hakimin qeydi). Daşkəsən Rayon Polis Şöbəsi Dövlət yol polisi bölməsinin rəisi, polis polkovnikleytenantı X6 qəbul etdiyi 22 yanvar 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərara əsasən, X15 22 yanvar 2025-ci il tarixdə saat 12:10-da Gəncə-Daşkəsən avtomobil yolunun 25-ci kilometrliyində “1) nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə, 2) işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, 3) nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, 4) nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə” İnzibati Xətalar Məcəlləsinin 339.1-1, 329.3, 332.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğdə cərimə tənbehi tətbiq edilmişdir. Şikayətverən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X15 məhkəmə iclasında izahatında bildirmişdir ki, onun barəsində qanunsuz və əsassız protokol tərtib edilmişdir. Belə ki, o, başqasının mülkiyyətində olan “VAZ 21154 minik” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili əvvəllər etibarnamə əsasında idarə etmiş, lakin etibarnamənin müddəti bir müddət bundan əvvəl bitmişdir. 22 yanvar 2025-ci il tarixdə səhər radələrində Daşkəsən rayonuna əmisi oğlu X10 Gəncə şəhərinə gətirmək üçün yuxarıda göstərilən “VAZ 21154 minik” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdir. Həmin gün saat 12:00 radələrində Daşkəsən rayonundan Gəncə şəhəri istiqamətində avtomobillə qayıdarkən Daşkəsən-Gəncə avtomobil yolunda el arasında “Quşçu mostu” kimi tanınan yerdə Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisinin yol-patrul xidməti inspektorları onun kənar müşahidə altında heç bir yol hərəkəti qaydasını pozmadığı halda ona dayanma işarəsi vermiş, o da avtomobili dayandırmışdır. Polislər avtomobilə qanunsuz baxış keçirmiş və o da bununla bağlı polislərə etiraz etmiş, belə olan halda polis əməkdaşı ondan alkotester aparatına nəfəs verməyi tələb etmiş və o da etiraz etmədən aparatanəfəs vermişdir. Polis əməkdaşı alkotester cihazına baxıb ona spirtli içki qəbul etdiyini demiş, o da cavabında spirtli içkini həmin gün deyil, dörd-beş gün əvvəl Kəlbəcərdə olarkən qəbul etdiyini, hazırda sərxoş olmadığını bildirmişdir. İnspektor ona həkim müayinəsindən keçməyi təklif etsə də, o, yetərincə savadı olmaması səbəbindən məsələnin belə hal alacağını gözləmədiyindən, tibbi müayinəyə zərurət olmadığını bildirmişdir. Bundan sonra, o, yol-patrul xidməti inspektorlarının onu protokol tərtib etməyəcəkləri ilə bağlı aldatmaları səbəbindən məcbur olub özü Gəncə şəhərinə gedərək X4 həkimdə müayinə olunmuş, heç bir alkoqol qəbul etmədiyi müəyyən olunmuşdur- bu barədə arayış almış, həmin arayışı polisə təqdim etmişdir. Buna baxmayaraq, polis heç bir obyektiv araşdırma aparmadan qanunsuz olaraq onun 400 (dörd yüz) manat cərimə olunması ilə bağlı qərar vermişdir. Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin əməkdaşlarının onun barəsində tətbiq etdikləri inzibati protokol həqiqəti özündə əks etdirmir, belə ki, o, İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci (nəqliyyat vasitəsini texniki baxışdan keçirməmə) və 332.1-ci (nəqliyyat vasitəsini etibarnaməsiz idarə etmə) maddələrində nəzərdə tutulmuş xətaları törətsə də, İnzibati Xətalar Məcəlləsinin 329.3 (işıq cihazlarından istifadə qaydalarını pozma) və 333.1-cü (nəqliyyat vasitəsini sərxoş halda idarə etmə) maddələrində nəzərdə tutulmuş xətaları törətməmişdir. Odur ki, barəsində olan, Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisinin onun barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında 22 yanvar 2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxs- Daşkəsən Rayon Polis Şöbəsi Dövlət yol polisi bölməsinin yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X13 məhkəmə iclasında izahatında bildirmişdir ki, onun qəbul etdiyi 22 yanvar 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilən 22 yanvar 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar tam qanunidir. Belə ki, 22 yanvar 2025-ci il tarixdə o, Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis serjantı X14 ilə birlikdə xidmətdə olarkən “Vaz 21154 minik” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil dönmə işığından istifadə etmədiyinə görə saxlanılmış, sənədləri yoxlanılarkən avtomobilin texniki baxışdan keçmədiyi və sürücünün avtomobili idarə etməyə hüququ, o cümlədən etibarnaməsinin olmadığı (etibarnamənin müddətinin bitdiyi) məlum olmuşdur. Bir qədər ünsiyyətdə olduqdan sonra sürücü X2 olmasından şübhələnmiş və Azər Camalovun sərxoşluq vəziyyəti naryad tərəfindən alkotester cihazı vasitəsilə test edilərkən Azər Camalovun sərxoş olduğu, yəni nəfəsində alkoqolun miqdarının 0,418 (sıfır tam mində dörd yüz on səkkiz) promil olduğu məlum olmuş, Azər Camalov müayinənin nəticəsi ilə həm alkoteser cihazının ekranında, həm də alkotester müayinəsinin nəticəsini əks etdirən kağız daşıyıcıda tanış edilmiş, bu barədə kağız daşıyıcıyta imza etmişdir. Həmin vaxt Azər Camalova sərxoşluq testinin nəticəsindən razı olmadığı halda tibbi müayinədən keçməsi təklif olunsa da, Azər Camalov tibbi müayinəyə getməkdən imtina etmişdir. Bununla bağlı videogörüntüləri də məhkəməyə təqdim etmişdir. Şikayət əsassız olduğundan, təmin edilməməsini xahiş edir. Audio-video yazının məhkəmə iclasında tədqiqi: Daşkəsən Rayon Polis Şöbəsi Dövlət yol polisi bölməsinin yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X7 məhkəməyə elektron daşıyıcıda təqdim etdiyi 2 (iki) dəqiqə 29 (iyirmi doqquz) saniyəlik audio-videoyazının məhkəmə iclasında tədqiqi zamanı müəyyən edilmişdir ki, “Vaz 21154 minik” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi təqdim edilən Azər Camalov yol-patrul xidməti avtomobilində qabaq sərnişin oturacağında əyləmiş vəziyyətdə həmin xidməti avtomobilin sükanı arxasında əyləşmiş yol-patrul xidməti inspektoru, polis serjantı X14 ilə danışırlar: yol-patrul xidməti inspektoru Azər Camalova alkotester cihazının ekranını göstərərək bildirir ki, alkotester müayinəsinin nəticəsi olaraq nəfəsində alkoqolun miqdarı 0,418 (sıfır tam mində dörd yüz on səkkiz) promilli aşkar edilmiş və bu da yoxlanılan şəxsin sərxoş olması deməkdir. Azər Camalov müayinənin nəticəsi ilə həm alkoteser cihazının ekranında, həm də alkotester müayinəsinin nəticəsini əks etdirən kağız daşıyıcıda tanış edilir, bu barədə kağız daşıyıcıya imza edir. Həmin vaxt Azər Camalova sərxoşluq testinin nəticəsindən razı olmadığı halda tibbi müayinədən keçməsi təklif olunsa da, Azər Camalov tibbi müayinəyə getməyə ehtiyac olmadığını bildirir. Həmin audio-videoyazıya məhkəmə iclasında baxış keçirilərkən həmçinin o da müəyyən edilmişdir ki, həmin vaxt “Vaz 21154 minik” markalı **- CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə İnzibati Xətalar Məcəlləsinin 329.3cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi ilə bağlı yol-patrul xidməti inspektoru tərəfindən heç bir irad bildirilməmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlər: -Daşkəsən Rayon Polis Şöbəsi Dövlət yol polisi bölməsinin yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X13 tərəfindən X15 barəsində tərtib edilmiş və yuxarıda təsvir edilən 22 yanvar 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol məhkəmə icraatında tədqiq edilmişdir. -Daşkəsən Rayon Polis Şöbəsi Dövlət yol polisi bölməsinin rəisi, polis polkovnikleytenantı X6 X15 barəsində qəbul etdiyi və yuxarıda təsvir edilən 22 yanvar 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar məhkəmə icraatında tədqiq edilmişdir. -Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X13 tərəfindən 22 yanvar 2025-ci il tarixdə Gəncə- Daşkəsən avtomobil yolunun 25-ci kilometrliyində tərtib olunmuş “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə protokol”dan görünür ki, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 spirt qoxusu gəldiyinə görə idarəetmədən kənarlaşdırılmışdır. -Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinə aid (operatorun nömrəsi:2503), 640995 inventar nömrəli alkotester cihazı vasitəsi ilə **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Azər Camalov barəsində 22 yanvar 2025-ci il tarixdə saat 11:30-da polis əməkdaşı tərəfindən aparılmış alkoqol müayinəsinin nəticəsini əks etdirən kağız daşıyıcıda göstərilən məlumatlardan görünür ki, müayinə olunan şəxsin qanında alkoqol konsentratının miqdarı o,418 (sıfır tam mində dörd yüz on səkkiz) promilli olduğu müəyyən edilmişdir (0,3 promildən yuxarı sərxoş hesab olunur-hakimin qeydi). -Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X13 tərəfindən 22 yanvar 2025-ci il tarixdə Gəncə- Daşkəsən avtomobil yolunun 25-ci kilometrliyində tərtib olunmuş “Nəqliyyat vasitəsinimühafizə olunan duracağa yerləşdirilməsi barədə Akt”dan görünür ki, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 avtomobilin idarə edilməsindən kənarlaşdırıldığına görə, avtomobil Daşkəsən Rayon Polis Şöbəsinin mühafizə olunan duracağına yerləşdirilmişdir. -X5 həkimi “A.M.Əliyev”in adından 18 aprel 1995-ci ildə doğulmuş X9 barəsində tərtib olunaraq imzalanmış və dairəvi gerbli möhürlə təsdiq olunmuş (protokolda möhürün yazılar tam oxunmur, o cümlədən sənədi vermiş dispanserin adı natamam-“...Şəhər Narkoloji Dispanser” şəklində oxunur-hakimin qeydi) 22 yanvar 2025-ci il tarixli 291/2025 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, X9 öz müraciəti əsasında 22 yanvar 2025-ci il tarixdə saat 17:31-də aparılan tibbi müayinəsi zamanı sərxoşluq vəziyyəti alkotester cihazı vasitəsi ilə yoxlanılmış, qanda akoqol konsentratının miqdarı 0,00 (sıfır) promilli olmaqla, X2 olmadığı müəyyən edilmişdir. Tətbiq edilməli olan normalar: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: -30-cu maddəsinin doqquzuncu (İX) hissəsinə əsasən, bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. -37-ci maddəsinin birinci (İ) hissəsindən görünür ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü həmin maddədə göstərilən tələblərə əməl etməli, o cümlədən: 1) sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini... özündə saxlamalıdır; 2) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə nəqliyyat vasitəsini dayandırdıqda, həmin əməkdaş yaxınlaşdıqdan sonra bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən sənədləri yoxlanılması üçün ona təqdim etməlidir və zəruri olduqda həmin əməkdaşın tələbi ilə nəqliyyat vasitəsindən çıxmalıdır; 3) yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir; 5) hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməli; 8) hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir; 13) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir; 14) nəqliyyat vasitəsini idarə etmək qabiliyyətinin təsdiqi üçün müəyyən olunmuş hallarda tibbi müayinədən keçməlidir. İnzibati Xətalar Məcəlləsinin: -329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. -332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. -333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. -339.1-1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -114.1-cü maddəsindən görünür ki, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -128.2 və 128.2.3-cü maddələrindən görünür ki, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. -133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. -134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. -135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31– 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırması nəticəsində: **-CL-*** dövlət qeydiyyat nişanlı “VAZ 21154 minik” markalı avtomobilin sürücüsü X9 22 yanvar 2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 332.1, 333.1 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilmişdir. Belə ki, proses iştirakçılarının izahatlarından, iş materiallarında olan sənədlərdən və Daşkəsən Rayon Polis Şöbəsi Dövlət yol polisi bölməsinin yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X13 tərəfindən məhkəməyə 1 (bir) ədəd diskdə (elektron daşıyıcıda) təqdim edilmiş video görüntülərdən X9 İnzibati Xətalar Məcəlləsinin 332.1, 333.1 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapır. X9 İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Daşkəsən Rayon Polis Şöbəsi Dövlət yol polisi bölməsinin yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X7 X15 barəsində tərtib etdiyi 22 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X15 barəsində Daşkəsən Rayon Polis Şöbəsi Dövlət yol polisi bölməsinin rəisi X11 tərəfindən qəbul edilmiş 22 yanvar 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar X9 İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı hissədə qanunsuz hesab edilməklə ləğv edilməli və həmin hissədə inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasənhəmin hissədə təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Şikayət qalan hissədə əsassız olduğundan təmin edilməməli, Daşkəsən Rayon Polis Şöbəsi Dövlət yol polisi bölməsinin rəisi X6 X9 barəsində qəbul etdiyi 22 yanvar 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qalan hissədə- İnzibati Xətalar Məcəlləsinin 332.1, 333.1 və 339.1-1-ci maddələri ilə təqsirli bilinməklə 400 (dörd yüz) manat məbləğdə tənbeh edilməsi ilə bağlı hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.1, 134.1.1 və 134.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. Daşkəsən Rayon Polis Şöbəsi Dövlət yol polisi bölməsinin rəisi X6 qəbul etdiyi 22 yanvar 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı hissədə ləğv edilsin və həmin hissədə inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən– həmin hissədə təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərar qalan hissədə- X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 333.1 və 339.1-1-ci maddələri ilə təqsirli bilinməklə 400 (dörd yüz) manat məbləğdə tənbeh edilməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlansın. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar