Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-80/2024 06.06.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs-Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx xxxx 1994-cü ildə Azərbaycan Respublikasının Xaçmaz rayonunun Vələmir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Vələmir kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində tərtib olunmuş material (inzibati xəta haqqında protokol və digər sənədlər) baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 06 iyun 2024-cü il tarixli “MN № 2022604” saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 05 iyun 2024cü il tarixdə Kəlbəcər rayonu ərazisində polisin qanuni tələblərinə tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş: Kəlbəcər Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Səbuhi Məhərli tərəfindən tərtib edilmiş və Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış yazılı raportda göstərilir ki, “05 iyun 2024-cü il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X4 ilə Kəlbəcər rayonu ərazisində xidmətdə olarkən adı sonradan onlara məlum olan Şəxs rayon ərazisində sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söydüyünü görüb ona yaxınlaşıb özlərini təqdim edərək onu nizam-intizama dəvət etmişlər, lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz əməlindən əl çəkməmişdir. Buna görə də həmin şəxsi Kəlbəcər Rayon Polis Şöbəsinə gətirmişlər (Raportverən həmin məlumatın araşdırılması üçün müvafiq əməkdaşa göstəriş verilməsini rəisdən xahiş etmişdir). İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs- Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasında bildirmişdir ki, Şəxs 05 iyun 2024-cü il tarixdə axşam saatlarında Kəlbəcər rayonu ərazisində sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söymüş, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Polislərin qanuni tələbinə tabe olmadığına görə Şəxs 05 iyun 2024-cü il tarixdə saat 22:00 radələrində Kəlbəcər Rayon Polis Şöbəsinin Kəlbəcər rayonu ərazisində fəaliyyət göstərən məntəqəsinə gətirilmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. O, tərtib etdiyi 06 iyun 2024-cü il tarixli “MN № 0263491” saylı inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, 05 iyun 2024-cü il tarixdə spirtli içki qəbul etmiş, həmin gün axşam saatlarında Kəlbəcər rayonu ərazisində ünvansız nalayiq söyüşlər işlətdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq nizam-intizama dəvət edilsə də, polisin qanuni tələblərinə tabe olmamış, qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra həmin gün saat 22:00 radələrində polislər onu Kəlbəcər Rayon Polis Şöbəsinin Kəlbəcər rayonu ərazisində fəaliyyət göstərən məntəqəsinə aparmışlar. Hazırda, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda özünü təqsirli bilir, həmin hərəkətindən səmimi peşmandır. Bir daha bu cür qanunsuz hərəkətlərə yol verməyəcəyini bildirir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Şahid qismində məhkəmə iclasında dinlənilən Kəlbəcər Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X3 izahatında bildirmişdir ki, o, 05 iyun 2024-cü il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X4 ilə birlikdə xidmətdə olarkən şahid olmuşdur ki, Şəxs 05 iyun 2024-cü il tarixdə saat 21:00 radələrində Kəlbəcər rayonu ərazisində sərxoş halda ünvansız nalayiq söyüşlər işlədərək ictimai qaydanı pozan hərəkətlərə yol vermiş, Şəxs həmin vaxt o və digər polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilsə də, polisin qanuni tələbinə tabe olmamış, belə olan halda Şəxs həmin gün saat 22:00 radələrində Kəlbəcər Rayon Polis Şöbəsinin Kəlbəcər rayonu ərazisində fəaliyyət göstərən məntəqəsinə gətirmişlər. Bundan sonra, o, baş vermiş həmin hadisə ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinin adına yazılı raport tərtib edərək təqdim etmişdir. Şahid qismində məhkəmə iclasında dinlənilən Kəlbəcər Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X4 digər şahid X3 ilə eyni məzmunda izahat vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin: birinci hissəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır; hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər; ikinci hissəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir; üçüncü hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin: birinci hissəsinə əsasən, polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir; ikinci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər; üüüüüüçüncü hissəsinə əsasən, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. “İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə baxışı nəticəsində təsdiq edilir ki, Şəxs 05 iyun 2024-cü il tarixdə saat 21:00 radələrində Kəlbəcər rayonu ərazisində ünvansız nalayiq söyüşlər söymüş, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; bununla bağlı 05 iyun 2024-cü il tarixdə saat 22:00 radələrində Kəlbəcər Rayon Polis Şöbəsinin Kəlbəcər rayonu ərazisində fəaliyyət göstərən məntəqəsinə gətirilmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi özünün etirafedici izahatı və digər iş materialları ilə tam təsdiq edilir. Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal- törətdiyi inzibati xəta hərəkətindən səmimi peşman olmasıdır, iş üzrə məsuliyyəti ağırlaşdıran hal-yoxdur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbehin 8 (səkkiz) gün müddətində tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə həbsetmənin əvvəlinin 05 iyun 2024-cü il tarixdən saat 22:00-dan-yəni, Şəxs Kəlbəcər Rayon Polis Şöbəsinə gətirildiyi vaxtdan hesablanmasını məqsədəmüvafiq hesab edir. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan, Şəxs barəsində inzibati həbs tənbehinin tətbiqinə imkan verməyən hallar mövcud deyildir, o cümlədən əlillik dərəcəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.1 və 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 05 iyun 2024-cü il tarixdən saat 22:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası səlahiyyətləri daxilində Kəlbəcər Rayon Polis Şöbəsinə və Göygöl Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və (və ya) protest verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-80/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-80/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver