Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-85/2025 30.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 23 avqust 1981-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Cəmilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, Kəlbəcər rayonunun Cəmilli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: “İnzibati Xətalar Məcəlləsi”) 529.3-cü maddəsi ilə olan Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X1 tərəfindən tərtib edilmiş 05 aprel 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə olan qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs müxtəlif vaxtlarda “Vaz 21013 minik” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən yol hərəkət qaydalarını pozmuş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan 12 oktyabr 2024-cü il tarixli EQ 24122326 və İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan 20 noyabr 2025-ci il tarixli EQ 24693478 nömrəli elektron protokollar tərtib edilərək avtomatik cərimə qərarları qəbul edilmişdir. Şəxs çıxarılmış elektron qərarlarla bağlı rəsmi olaraq məlumatlandırılmışdır. Hazırda həmin elektron qərarla bağlı cərimənin ümumi məbləği 160 (bir yüz altmış) manat olmuşdur. Şəxs, barəsində olan inzibati cəriməni 3 (üç) ay müddətində ödəmədiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilir. Şəxs barəsində olan inzibati xəta haqqında işin məhkəmə iclası 30 aprel 2025-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə yaranmış cərimədən məlumatı olmamışdır, hal-hazırda maddi imkanı olmadığına görə cərimə və ona hesablanmış dəbbə pulunu ödəyə bilmir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən,yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol,habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri tam sübuta yetirilir, bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-85/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-85/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver