Məhkəmə qərarları › İş №3(040)-87/2023

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-87/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-87/2023 13.07.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, xx xxxx 1982-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 3DQV8WZ, Kəlbəcər rayonunun Qamışlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: “İnzibati Xətalar Məcəlləsi”) 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Kəlbəcər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X1 tərəfindən tərtib edilmiş 07 iyun 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə olan qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs müxtəlif vaxtlarda “Vaz 21703 minik” markalı, “AZ **-VD-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozmuş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 339.1-1-ci maddələri ilə məsuliyyət nəzərdə tutan 21 dekabr 2022-ci il tarixli EQ 12545388, 21 dekabr 2022-ci il tarixli EQ 12550673, 29 yanvar 2023-cü il tarixli EQ 12938228 və 24 fevral 2023cü il tarixli EQ 13266618 nömrəli elektron protokollar tərtib edilərək avtomatik cərimə qərarları qəbul edilmişdir. Şəxs çıxarılmış elektron qərarlarla bağlı rəsmi olaraq məlumatlandırılmışdır. Hazırda həmin elektron qərarlarla bağlı cərimənin ümumi məbləği 329 manat olmuşdur. Şəxs, barəsində olan inzibati cəriməni 3 (üç) ay müddətində ödəmədiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilir. Məhkəmə iclаsının vахtı və yеri bаrədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs barəsində olan inzibati xəta haqqında işin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 61.3 maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kəlbəcər Rayon Polis Şöbəsinin Kəlbəcər Rayon Məhkəməsinə ünvanladığı 13 iyul 2023-cü il tarixli 3-13-85/2-6654/2023 saylı məktubda qeyd edilir ki, Şəxs barəsində tərtib olunmuş 21 dekabr 2022-ci il tarixli EQ 12545388, 21 dekabr 2022-ci il tarixli EQ 12550673, 29 yanvar 2023-cü il tarixli EQ 12938228 və 24 fevral 2023-cü il tarixli EQ 13266618 nömrəli elektron qərarlar üzrə yaranmış inzibati cərimə borcunu dəbbə pulu ilə birlikdə cəmi 336 manatı 04 iyul 2023-cü il tarixdə HÖP ödəniş sistemi vasitəsilə tam ödəmişdir. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin “Qeyd”inə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs tərəfindən inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş qərarlar üzrə cərimə və dəbbə pulunu, cəmi 336 manatı tam şəkildə ödənilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar