Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-88/2024 04.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Mərkəzi məlumat xidmətinin rəisi Elçin Xasiyevin qəbul etdiyi 10 iyun 2024-cü il tarixli EQ 21684854 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs- X2 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 18 yanvar 1983-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əli Bayramlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 3XZDKDX, Kəlbəcər rayonunun Mollabayramlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla Göygöl rayonunun Xasabağı kəndində məskunlaşan X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin (bundan sonra-Baş Dövlət Yol Polisi İdarəsi) Mərkəzi məlumat xidmətinin rəisi Elçin Xasiyevin qəbul etdiyi 10 iyun 2024-cü il tarixli EQ 21684854 nömrəli inzibati tənbehvermə haqqında qərarından yazılı şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini, protokolu tərtib etmiş YPX inspektoru və qərarı qəbul etmiş vəzifəli şəxs barəsində xüsusi qərar qəbul edilməsini, protokolu tərtib etmiş YPX inspektoru və qərarı qəbul etmiş vəzifəli şəxs barəsində İXM-nin 596-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən intizam məsuliyyətinə cəlb edilmələri üçün müvafiq orqana məlumat verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində qəbul edilmiş 10 iyun 2024cü il tarixli EQ 21684854 nömrəli elektron protokol və qərar tam olaraq qanunsuz tərtib edilmişdir. Belə ki, inzibati xəta haqqında protokolda təsvir olunduğu kimi: 10 iyun 2024-cü il tarixdə saat 08:02-də “ünvan 4 ünvanında qeyd olunan inzibati xətanı törətməmişdir. Əslində qeyd olunan tarixdə və vaxtda Gəncə şəhərində olsa da, qərarda qeyd edilən ünvanda, yəni “ünvan 2axış keçirilən zaman avtomobilin Nizami Gəncəvi məqbərəsinin yanından keçdiyini görmək mümkündür və həmin yer Gəncə şəhərinin Nizami Gəncəvi prospektidir. Göründüyü kimi, protokolda hadisənin baş verdiyi yer düzgün göstərilməmişdir. 10 iyun 2024-cü il tarixdə saat 08:02-də “ünvan 4 ünvanında qeyd olunan inzibati xətanın törədilməsini qeydə alan yol-patrul xidməti (YPX) avtomobili heç bir sayrışan işıq siqnalını işə salmadan əks istiqamətli yol tərəfdən qanunsuz olaraq hadisə qeydə almışdır. Bundan başqa, YPX avtomobilinin qeyd olunan yerdə xidmət aparması ilə bağlı müvafiq əmrin və ya göstərişin surəti məhkəmə iclasında tələb edilməli və bununla bağlı rəsmi sənəd olmadığı halda müvafiq tədbirlər görülməlidir. 10 iyun 2024-cü il tarixli EQ 21684854 nömrəli qərar qanunsuz və əsassız olmaqla prosessual və maddi hüquq normalarının kobud pozuntuları ilə müşayiət olunur. Belə ki, YPX inspektorunun onun 10 iyun 2024-cü il tarixində “ünvan 4 ünvanında olması ilə bağlı heç bir sübutu yoxdur.Bundan başqa, o, həmin vaxt, Gəncə şəhərinin Nizami Gəncəvi prospektində YPX avtomobilini görən zaman avtomobildə yalnız bir nəfər polis əməkdaşı var idi və bu da YPX haqqında təlimatın 6.8-ci bəndinin tələblərinin pozulması deməkdir. Belə ki, “Yolpatrul xidməti haqqında təlimat”ın 6.8-ci bəndində göstərilmişdir ki, gündüz vaxtı şəhərdaxili post və marşrutlara bir nəfərdən ibarət piyada, moto və ya avtopatrul naryadı təyin edilə bilər; şəhərkənarı yollarda, stasionar postlarda və sutkanın qaranlıq vaxtında xidmət aparılması üçün təyin olunan naryadın tərkibi iki nəfərdən az olmamalıdır. Qeyd edir ki, təqsirin sübuta yetirilməsi vəzifəsi səlahiyyətli orqanın (səlahiyyətli vəzifəli şəxsin) üzərinə düşür. O, barəsində tərtib edilmiş 10 iyun 2024-cü il tarixli EQ 21684854 nömrəli elektron protokol və qərarı qanunsuz hesab edir. Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X2 öz şikayətində həmçinin inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət məhkəməyə 12 iyun 2024-cü il tarixdə daxil olmuş, işin baxılması 24 iyun 2024-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə əlaqədar 04 iyul 2024-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) və inzibati tənbehvermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın- Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər (təmsil olunmamışlar). Məhkəmə Şikayət verən (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X2 və inzibati tənbehvermə haqqında qərar qəbul etmiş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: -Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli vəzifəli şəxsinin X2 barəsində qəbul etdiyi 10 iyun 2024-cü il tarixli EQ 21684854 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar məhkəmə iclasında tədqiq edilmişdir. Həmin qərarda göstərilmişdir ki, X2 10 iyun 2024-cü il tarixdə saat 08:02:50-də “ünvan 4 ünvanında (GPS: 40.685, 46.4299 koordinatında) “yolda müəyyən edilmiş hərəkət sürətini 45 km/saat həddində aşmağa görə” İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib, barəsində 200 (iki yüz) manat cərimə tənbehi tətbiq edilmişdir. Həmin qərarda xətanın “VVC-MC800P” tipli “E-Patrol” markalı texniki vasitənin köməkliyi ilə aşkar edildiyi göstərilmişdir. Şikayətə əlavə olunmuş fotoşəkillərdən isə pozuntunun törədildiyi yer olaraq təsvir olunan yerin əslində Gəncə şəhəri Dədə Qorqud küçəsi deyil, avtomagistral olduğu görünür- bu təsvirlər Gəncə şəhərinin Nizami Gəncəvi prospektinə uyğun gəlir. Baş Dövlət Yol Polisi İdarəsi şikayətə münasibətini bildirməmiş, məhkəməyə hər hansı material göndərməmişdir. Tətbiq edilməli olan normalar: İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. -75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. -76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -81.1-ci maddəsinə əsasən, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. -81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. -81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. -115.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. -122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. -122.2-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. -122.3-cü maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. -122.4-cü maddəsinə əsasən, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. -122.5-ci maddəsinə əsasən, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. -122.8-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. -128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -128.2 və 128.2.3-cü maddələrindən görünür ki, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. -134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. -135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31– 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. -134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Məhkəmədə: X1 İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməsi Baş Dövlət Yol Polisi İdarəsinin öz münasibətini bildirməməsi və müvafiq sübutların məhkəməyə təqdimn edilməməsi səbəbindən mümkünsüz olmuşdur. Məhkəmədə tədqiq edilmiş olan fotoşəkillər digər sübutlarla əhatələnmədiyindən, X1 İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin araşdırılması hazırki halda əlavə mötəbər sübutlar tələb edir. Məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, X2 barəsində qəbul edilmiş 10 iyun 2024-cü il tarixli EQ 21684854 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə olan hazırki iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi idarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.1, 134.1.4 və 134.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. X2 barəsində 10 iyun 2024-cü il tarixli EQ 21684854 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılsın. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-88/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-88/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver