Məhkəmə qərarları › İş №3(040)-89/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №3(040)-89/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(040)-89/2025 08.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Şikayət verən (barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs) X3 iştirakı ilə, X3 barəsində qəbul edilmiş 15 mart 2025-ci il tarixli EQ 26660593 saylı inzibati tənbehvermə haqqında elektron qərarın ləğv edilməsinə dair X5 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X1 Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş 15 mart 2025-ci il tarixli EQ 26660593 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 mülkiyyətində olan “DAF FT XF 105.460 Yük” markalı ** DY *** dövlət qeydiyyat nişanlı yük avtomobili və həmin avtomobilə aid “Kel- Berg” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqunu baş etibarnamə əsasında idarə etməklə yük daşıyır. Onu da qeyd edir ki, idarə etdiyi “DAF FT XF 105.460 yük” markalı ** DY *** dövlət qeydiyyat nişanlı yük avtomobili üçoxlu, həmin avtomobilə aid “Kel-Berg” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqu isə ikioxludur. 15 mart 2025-ci il tarixdə Goranboy rayonu ərazisindən "xxxx" ASC-dən 40880 kq çəkidə yük yığaraq Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "xxxx" MMC-yə aparmışdır. Qeyd olunan yükü yığan zaman "xxxx" ASC-nin tərəzisində çəkilib, çəkisi 40880 kq olub, boşalan vaxtı "xxxx" MMC-nin tərəzisində çəkilib, çəkisi 41060 kq olub. Buna baxmayaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə elektron qərar yazılaraq 600 manat cərimə edilmişdir. Halbuki o, heç bir inzibati xəta törətməmişdir. Avtomobilə yük yığılanda da boşalanda da çəkilib və yığdığı yük normativə uyğun olmuşdur. Şikayət verən (barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs)- X5 08 may 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, barəsində tərtib edilmiş 15 mart 2025-ci il tarixli EQ 26660593 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan verdiyi şikayətdən imtina etdiyini, şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin vəsatətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, İnzibati Xətalar Məcəlləsində inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayətin geri qaytarılması halları əks olunmasa da, şikayətin geri qaytarılması barədə şikayətçinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarında götərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət Prosessual Məcəllə) 390.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Cinayət Prosessual Məcəllənin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi və şikayət vermək qaydası göstərilsə də, şikayət vermiş şəxsin öz şikayətindən imtina etdiyi halda hansı prosessual hərəkətin edilməsi ilə bağlı müddəa yoxdur. Buna görə də məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, Cinayət Prosessual Məcəlləsinin apellyasiya şikayətindən imtina edilməsinin nəticələrini tənizmləyən 391.11-ci maddəsinin analogiya üzrə hazırkı məsələyə tətbiqini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, 15 mart 2025-ci il tarixli EQ 26660593 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan X5 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsində baxılmasına xitam verilməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: 15 mart 2025-ci il tarixli EQ 26660593 nömrəli inzibati tənbehvermə haqqında elektron qərardan X5 tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilsin və şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar