Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(040)-92/2025 12.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Şikayət verən (barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs) X3 və İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs-Gəncə Şəhər Baş Polis İdarəsinin X11 şöbəsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 iştirakları ilə, X3 barəsində qəbul edilmiş 18 aprel 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 28 aprel 2025ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsinə dair X6 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X1 Rayon Məhkəməsinə müraciət (yazılı şikayət) edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə X11 Şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş 18 aprel 2025-ci il tarixli İXP ******* nömrəli protokolun və həmin protokolun əsasında qəbul edilmiş 28 aprel 2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X2 məxsus olan **-DF-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” markalı minik maşınını 07 dekabr 2024-cü il tarixli etibarnamə əsasında idarə edir. 18 aprel 2025-ci il tarixdə təxminən 20:14 radələrində qeyd etdiyi avtomobillə Gəncə şəhəri daxilində taksi fəaliyyəti ilə məşğul olurmuş. Gəncə şəhərinin “Bağmanlar” adlanan hissəsində hərəkətdə olan zaman işıqforun yaşıl işığı yandığı üçün getdiyi yol üçün nəzərdə tutulmuş sürət ilə hərəkətdə olan zaman işıqforun yaşıl işığı sönüb-yanmağa başladı, tormozlama etmək üçün şərait olmadığından işıqforun qırmızı işığı yanana qədər sarı işıqda yolayrıcına daxil olaraq hər hansı bir qəza vəziyyəti yaratmadan yoluna davam etmişdir. Həmin vaxt X12 Polis Şöbəsinin əməkdaşları onu saxlayaraq işıqforun qırmızı işığında keçdiyini bildirdilər. Lakin o, onlara ümumi vəziyyəti olduğu kimi izah etsə də, onu başa düşmək istəmədilər. Hətta həmin vaxt o işıqfora daxil olan zaman ondan 10-15 metr arxada gələn bir avtomobil ani tormozlama etdi, avtomobil yolda sürüşərək səs-küy yaratdı və açıq-aşkar şəkildə qəza vəziyyəti yaratdı. Yəni həmin vaxt o, işıqforun qırmızı işığında keçmədiyi halda X12 Polis Şöbəsinin əməkdaşı olan yolpatrul xidmətinin inspektoru, polis serjantı X7 əsassız olaraq onun barəsində inzibati protokol tərtib etmişdir. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş 18 aprel 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla qəti razılaşmır. Şikayət verən (barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs)- X6 12 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, barəsində tərtib edilmiş 28 aprel 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayətdən imtina etdiyini bildirmiş, şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs-Gəncə Şəhər Baş Polis İdarəsinin X11 şöbəsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X7 şikayətin baxılmadan geri qaytarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə şikayətçinin vəsatətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, İnzibati Xətalar Məcəlləsində inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayətin geri qaytarılması halları əks olunmasa da, şikayətin geri qaytarılması barədə şikayətçinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarında götərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət Prosessual Məcəllə) 390.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Cinayət Prosessual Məcəllənin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi və şikayət vermək qaydası göstərilsə də, şikayət vermiş şəxsin öz şikayətindən imtina etdiyi halda hansı prosessual hərəkətin edilməsi ilə bağlı müddəa yoxdur. Buna görə də məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, Cinayət Prosessual Məcəlləsinin apellyasiya şikayətindən imtina edilməsinin nəticələrini tənizmləyən 391.11-ci maddəsinin analogiya üzrə hazırkı məsələyə tətbiqini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, 28 aprel 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə Kəlbəcər Rayon Məhkəməsində baxılmasına xitam verilməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: 28 aprel 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilsin və şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №3(040)-92/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №3(040)-92/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver