Məhkəmə qərarları › İş №3(041)-1/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1/2025 22.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X25 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi X11 Mühafizə Şöbəsinin rəisi polis polkovniki X4 nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəisi X17 qəbul etdiyi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar çıxarılmış X4 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin (bundan sonra Mərkəzi Aran regional şöbəsi) rəisi X17 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Kürdəmir X12 (bundan sonra X13 Şöbəsi) rəisi polis polkovniki X9 Azərbaycan Respublikası İXM-nın 192.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 700 manat məbləğində cərimə edilməsini qərara almışdır. X2 qərardan şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin (bundan sonra Mərkəzi Aran regional şöbəsi) rəisi X17 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Kürdəmir X12 (bundan sonra X13 Şöbəsi) rəisi polis polkovniki X9 Azərbaycan Respublikası İXM-nın 192.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kürdəmir rayon Məhkəməsinin qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin (bundan sonra Mərkəzi Aran regional şöbəsi) rəisi X17 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Kürdəmir X12 (bundan sonra X13 Şöbəsi) rəisi polis polkovniki X9 barəsuində Azərbaycan Respublikası İXM-nın 192.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qeyd olunan qərardan Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında Kürdəmir X12 rəisi polis polkovniki X4 nümayəndəsi X10 izahatında bildirdi ki, X23 xx.xx.2009-cu ildən xx.xx.2023-cü il tarixə kimi Kürdəmir X12 mühafizəçisi vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddət ərzində məzuniyyətlərindən tam istifadə etmiş, 2023-cü ilin iyul ayına görə son əmək haqqı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2023-cü il tarixədək ödənilmişdir. Bununla əlaqədar bütün əmrlərin surəti və şdəniş məbləğləri barəıdə sübutlar məhkəməyə təqdim etmişdir. X23 xx.xx.2024-cü ildə ərizəsinə əsasən yenidən X13 Şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək onun hesabına heç bir ödəniş aparılmamışdır. Mərkəzi Aran regional şöbəsinin rəisi göstərilənləri nəzərə almadan və heç bir təsdiqedici sübutu və sənədi olmadan Kürdəmir X12 rəisi polis polkovniki X4 barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, həmin qərarla Azərbaycan Respublikası İXM-nın 192.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 700 manat cərimə növü tətbiq edilmişdir. Halbuki, həmin maddə ilə inzibati xəta işçinin əmək və məzuniyyət haqlarının və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verildiyi halda yaranır. X15 xx.xx.2024-cü ildə Mərkəzi Aran regional şöbəsinə ünvanladığı ərizəsində də X1rşı heç bir şikayətinin olmadığını və şöbənin ona ödənilməmiş borcu qalmadığını bildirərək əvvəlki şikayətinin etibarsız sayılması xahiş edilsə də, ona verilmiş cavab məktubunda istifadə etmədiyi məzuniyyət üçün pul əvəzinin işdən çıxdığı gün ödənilmədiyi, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələblərinin pozulduğu qeyd edilmişdir. Əgər işçinin əmək və məzuniyyət haqları və digər ödənişləri işdən çıxdığı gün ödənilməyibsə, sonradan hansı tarixdə ödənilməsini təsdiq edən heç bir sübut göstərilməmiş və məhkəməyə təqdim edə bilməmişlər. Bundan əlavə, X13 Şöbəsində işçilər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisinin müvafiq əmri ilə işə qəbul və işdən azad edilirlər. Nümayəndə göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməsini, Mərkəzi Aran regional şöbəsinin rəisi X17 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, X4 əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Odur ki, şikayətin təmin edilməsini xahiş etmişdir. İnzibati tənbeh vemə haqqında qərarından şikayət verilmiş şəxsə qanunla müəyyən edilmiş qaydada sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İnzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X6 izahatında bildirmişdir ki, Kürdəmir X12 əməkdaşı X23 işdən çıxarılması ilə bağlı yol verilən pozuntular barəsində şikayət ərizəsi ilə şöbəyə müraciət etmiş, şikayətin araşdırılması zamanı zəruri hesab edilən sənədlərin Mərkəzi Aran regional şöbəsinə göndərilməsi ilə bağlı dəfələrlə X13 Şöbəsinə müraciətlər edilməsinə baxmayaraq, müxtəlif bəhanələrlə X15 işdən çıxarılması və son haqq-hesabın ona ödənilməsinə dair sənədləri təqdim etməmişlər. C.Ə.Qurbanova dair bank məlumatları araşdırılarkən 2023-cü ilin sentyabr ayında onun əmək haqqı kartına 140 manat pul mədaxil olduğu müəyyən edilmiş, məsələni aydınlaşdırmaq üçün səlahiyətli nümayəndəsinin iştirakını təmin etmək üçün X13 şöbəsinə bildiriş göndərilmiş, lakin oradan nümayəndə gəlməmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə MN1496883 nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokola əsasən xx.xx.2024-cü il tarixli, MN1065256 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək şöbənin rəisi Fikrət Əzizov Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsi ilə 700 manat məbləğində cərimə edilmişdir. M.T.Mustafayev izahatının sonunda şikayətlə bağlı ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. X8 bildirdi ki, o, 2009-cu ildən xx.xx.2023-cü il tarixə kimi Kürdəmir X12 mühafizəçisi vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdə işdən çıxmışdır. O, səhvən şikayət etmiş, işlədiyi illərdə bütün məzuniyyət hüququndan istifadə etmiş, məzuniyyət haqları və əmək haqları ona tam olaraq ödənilmişdir. O, məzuniyyət müddətində aldıqlarını əmək haqqı kimi bilmiş, sonradan səhv etdiyini başa düşmüşdür. O, 05 avqust 2023-cü il tarixədək işləmiş və bu vaxta qədər əmək haqqını da tam almışdır. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə qərardan şikayət vermiş şəxsin nümayəndəsini, qərar qəbul etmiş şəxsin nümayəndəsini, şahidi dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Qərardan şikayətə yenidən baxılarkən, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(106)-500/2024 saylı qərarında qeyd edilmiş hallar üzrə, o cümlədən X18 əmək məzuniyyətindən tam istifadə edib-etməməsinə, ona istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilib- ödənilməməsi barədə sübutlar tələb edilərək tam və hərtərəfli araşdırma aparılmışdır. Belə ki, iş materiallarında olan X15 Kürdəmir X12 rəisi vəzifəsini müvəqqəti icra edən Bahadur Şükürovun vasitəsi ilə Baş Mühafizə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Coşqun Mehdiyevə ünvanladığı 01 avqust 2023-cü il tarixli ərizəsindədən görünür ki, X23 öz xahişi ilə həmin tarixdən işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə(ş/h) 1241/2023 nömrəli əmrindən çıxarışdan görünür ki, X23 xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən (öz xahişi ilə) Kürdəmir X12 mülki mühafizə xidməti üzrə mühafizəçi vəzifəsindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-17-36/Ə(ş/h) 24/2024 nömrəli əmrindən çıxarışdan görünür ki, X23 xx.xx.2024-cü il tarixdən əmək haqqı ştat cədvəlinə əsasən ödənilməklə Kürdəmir X12 mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən və həmin tarixdə verilmiş əmrin surətindən görünür ki, X23 2023-cü ilə görə 20 iyun 2023-cü il tarixdən 15 iyul 2023cü il tarixə kimi 25 təqvim günü əmək məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan X18 aid ABB bank hesabından çıxarışdan görünür ki, 2023cü ilin iyul ayına görə 361.20 manat əmək haqqı xx.xx.2023-cü il tarixdə onun əmək haqqı kartına mədaxil edilmişdir. İş materiallarında olan Kürdəmir X12 Baş Mühafizə İdarəsinə təqdim etmək üçün xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, şöbənin sabiq MMX üzrə mühafizəçisi X23 xx.xx.2009-cu ildən xx.xx.2023-cü ilə kimi mühafizəçi vəzifəsində işləmiş, işlədiyi müddət ərzində məzuniyyətlərindən tam istifadə etmişdir. İş materiallarında olan X18 aid ABB bank hesabından çıxarışdan görünür ki, X15 əmək haqqı kartınaxx.xx.2023-cü il tarixdə terminal payment vasitəsilə 140 manat mədaxil edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Azərbaycan Beynəlxalq Bank” tərəfində verimiş hesabdan çıxarışdan görünür ki, X18 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4504,68 manat pul ödənilmişdir. İş materiallarında olan və Kürdəmir Rayonlar arası Mühafizə Şöbəsinin rəisinə ünvanlamış ərizədən görünür ki, X23 2023-cü il tarixdən işdən azad olunması barədə ərizə ilə müraciət etmişdir İş materialalrında olan xx.xx.2024-cü il tarixli və Cavid Qurbanov tərəfindən DƏMX Mərkəzi Aran şöbəsiə ünvanlanmış ərizədən görünür ki, o.xx.xx.2024-cü il tarixdə yenidən Kürdəmir RMŞ-nə işə qəbul olunmuş ona ödənilməmiş borc yoxdur və onun Kürdəmir RMŞ-nə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 59Ş saylı əmrin surətindən görünr ki, X23 məzuniyyət cədvəlinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 23 təqvim günü müddətinə 2015-ci ilin məzuniyyətinə buraxılmışdır. İş materiallrında olan sadə formada yazılmış təsdiq olunmuş əlyzamadan görünür ki, X18 xx.xx.2015-xx.xx.2015-ci il tarixədək məzuniyyət üçün 306,09 manat hesablanmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 84ş saylı əmrin surətindən görünr ki, X23 məzuniyyət cədvəlinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 23 təqvim günü müddətinə 2016-cı ilin məzuniyyətinə buraxılmışdır. İş materiallrında olan sadə formada yazılmış əlyzamadan görünür ki, X18 xx.xx.2016-xx.xx.2016-cı il tarixədək məzuniyyət üçün 297 manat hesablanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 81ş saylı əmrin surətindən görünr ki, X23 məzuniyyət cədvəlinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək 23 təqvim günü müddətinə 2017-ci ilin məzuniyyətinə buraxılmışdır. İş materiallrında olan sadə formada yazılmış əlyzamadan görünür ki, X18 xx.xx.2017-xx.xx.2017-ci il tarixədək məzuniyyət üçün 297,01 manat hesablanmışdır. İş materiallarında olan xx.xx.2018 il tarixli 86ş saylı əmrin surətindən görünr ki, X23 məzuniyyət cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 23 təqvim günü müddətinə 2018-ci ilin məzuniyyətinə buraxılmışdır. İş materiallrında olan sadə formada yazılmış əlyzamadan görünür ki, X18 xx.xx.2018-xx.xx.2019-cu il tarixədək məzuniyyət üçün 319,66 manat hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 87ş saylı əmrin surətindən görünr ki, X23 məzuniyyət cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 23 təqvim günü müddətinə 2019-cu ilin məzuniyyətinə buraxılmışdır. İş materiallrında olan sadə formada yazılmış əlyzamadan görünür ki, X18 xx.xx.2019-xx.xx.2019-cu il tarixədək məzuniyyət üçün 357,42 manat hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 07ş saylı əmrin surətindən görünr ki, X23 məzuniyyət cədvəlinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 25 təqvim günü müddətinə 2020-ci ilin məzuniyyətinə buraxılmışdır. İş materiallrında olan sadə formada yazılmış əlyzamadan görünür ki, X18 xx.xx.2020-xx.xx.2021-ci il tarixədək məzuniyyət üçün 393,15 manat hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 114ş saylı əmrin surətindən görünr ki, X23 məzuniyyət cədvəlinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 25 təqvim günü müddətinə 2021-ci ilin məzuniyyətinə buraxılmışdır. İş materiallrında olan sadə formada yazılmış əlyzamadan görünür ki, X18 xx.xx.2021-xx.xx.2022-ci il tarixədək məzuniyyət üçün 355,06 manat hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 26ş saylı əmrin surətindən görünr ki, X23 məzuniyyət cədvəlinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 25 təqvim günü müddətinə 2022-ci ilin məzuniyyətinə buraxılmışdır. İş materiallrında olan sadə formada yazılmış əlyzamadan görünür ki, X18 xx.xx.2022-xx.xx.2022-ci il tarixədək məzuniyyət üçün 427,88 manat hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-13-17-36/0sh57/2023 saylı əmrin surətindən görünr ki, X23 məzuniyyət cədvəlinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 25 təqvim günü müddətinə 2023-cü ilin məzuniyyətinə buraxılmışdır. İş materiallrında olan sadə formada yazılmış əlyzamadan görünür ki, X18 xx.xx.2023-cü-xx.xx.2023-cü il tarixədək məzuniyyət üçün 424,50 manat hesablanmışdır. İş materialalrında olan və rəis Fikrət Əzizov tərəfindən imzalanaraq möhürlənmiş X18 məzuniyyətin və əmək haqqının hesablanması cədvəlindən görünür ki, ələ veriləcək məbləğ kimi 2781,24 manat hesablanmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X14 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Nəzəriyyədə təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Azərbaycan Respublikası İXM-nin 192.4-ci maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-inzibati məsuliyyət nəzərdə tutulur. Həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin mövcudluğu üçün şəxsin əməlində aşağıdakı əlamətlərin olması zəruridir. - işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında qanun pozuntusu olmalı; - işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntusu olmalı; -həmin qanun pozuntuları riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar olmamlıdır. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-nin 192.4-cı maddəsinin dispozisiyasında qeyd edilən halların hər hansı birinin olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X6 məhkəməyə verdiyi izahatında bununla bağlı iki əsas irəli sürmüşdür: 1) X13 Şöbəsi tərəfindən tələb edilən sənədlərin təqdim edilməməsi; 2) C.Ə.Qurbanovun əmək haqqı kartına xx.xx.2023-cü il tarixdə 140 manat pulun mədaxil edilməsi. Məhkəmə hər iki halı əsassız hesab edir ona görə ki, Mərkəzi Aran regional şöbəsinin rəisi Elçin X3 ünvanladığı 17 aprel 2024-cü il tarixli cavab məktubunun 2-ci abzasında göstərilir: “Baş Mühafizə İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-17/2-638/2024 nömrəli məktubundan və təqdim etdiyi sənədlərdən məlum oldu ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən xx.xx.2023-cü il tarixdə əmək müqavilənizə xitam verilmişdir. Sizin əmək məzuniyyəti hüququndan tam istifadə etdiyiniz qeyd edilir.” Həmin məktubun 6-cı abzasında yazır: “Bildiririk ki, Sizin istifadə etmədiyiniz məzuniyyət üçün pul əvəzi işdən çıxdığınız gün ödənilməmişdir. Bununla da, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozulmuşdur.” Məktubdan belə nəticəyə gəlinir ki, X15 əmək məzuniyyəti hüququndan tam istifadə etdiyi Baş Mühafizə İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-17/2-638/2024 nömrəli məktubu və təqdim etdiyi sənədlərlə təsdiq edilir, onun istifadə etmədiyi məzuniyyət üçün pul əvəzinin işdən çıxdığı gün ödənilməməsi isə məktub müəllifinin subyektiv fikri və yaxud ehtimalıdır. C.Ə.Qurbanovun əmək haqqı kartına xx.xx.2023-cü il tarixdə 140 manat pulun mədaxil edilməsi məsələsinə gəldikdə isə işə əlavə edilmiş X18 aid ABB bank hesabından çıxarışda həmin pulun terminal payment vasitəsilə karta mədaxil edildiyi göstərilmişdir. Baş Mühafizə İdarəsi tərəfindən aparılmış köçürmələrin adı əməliyyat təsvirində ödənişin adı göstərilmişdir (əmək haqqı iyul 2023, əmək haqqı 2023 və sair). Bundan əlavə, məhkəmədə şahid qismində dindirilmiş X23 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 2023-cü ilin iyul ayından 2024-cü ilin mart ayına kimi şöbə tərəfindən onun əmək haqqı kartına heç bir ödəniş aparılmamışdır. Əmək haqqı kartını özündə saxladığı üçün 2023-cü ilin sentyabr ayının 11-də onun xahişi ilə qardaşı tərəfindən 140 manat pul köçürülmüş, növbəti gün həmin pulu kartdan çıxararaq xərcləmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X23 xx.xx.2009-cu ildən xx.xx.2023-cü il tarixə kimi Kürdəmir X12 mühafizəçisi vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Təqdim edilmiş əmrlərlə və maliyyə hesabat sənədlərindən çıxarışlarla (əlyazma olsa da, səlahiyyətli şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir) müəyyən edilir ki, X23 işlədiyi müddət ərzində məzuniyyət hüququndan tam istifadə etmiş, əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi nöqsanlar istisna olmaqla, qanun pozuntusu olmamış, 2023-cü ilin iyul ayına görə son əmək haqqı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2023-cü il tarixədək ödənilmişdir. Həmçinin, X23 ona iişlədiyi illərdə məzuniyyət haqqı və əmək haqqlarının tam verildiyini, bununla əlaqədar heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İXM-nın 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nın 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Azərbaycan Respublikası İXM-nın 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Kürdəmir X12 rəisi polis polkovniki X9 hazırki şikayətində Mərkəzi Aran regional şöbəsinin rəisi X17 qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN1065933 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və həmin qərarın verilməsinə əsas olmuş xx.xx.2024cü il tarixli ******* nömrəli protokolun etibarsız hesab edilməsinə dair məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, inzibati iş üzrə yekun akt inzibati tənbeh vermə haqqında qərar hesab edildiyindən və qərarla bərabər inzibati xəta haqqında protokoldan şikayət verilməsi İXM-də nəzərdə tutulmadığı üçün şikayət üzrə yekun qərar Azərbaycan Respublikası İXM-nın 134.1-ci maddəsinin tələblərinə uyğun olaraq çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmusu ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, hazıki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kürdəmir X12 rəisi X4 əməlində inzibati xəta tərkibi olmadığına görə Mərkəzi Aran regional şöbəsinin rəisi X17 qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN1065933 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X17 qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN1065933 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kürdəmir X12 rəisi X4 əməlində Azərbaycan Respublikasının İXM-nın 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar