Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-1011/2025 26.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X8, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, X1 iştirakı ilə, X3 buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29777933 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 Rayon Məhkəməsinə şikayət ərizəsi və vəsatətlə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29777933 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 izahat verərək bildirmişdir ki, "Qaya Nəqliyyat” MMC-nin rəsmi işçisidir. "xxxx" MMC-nin rəsmi işçisi olmaqla həmin şirkətə məxsus nəqliyyat vasitəsi ilə şirkətin yüklərini daşıyır. xx.xx.2025-ci il tarixdə saat 40:48:17 radələrində idarə etdiyi "X12 1843 LS" yük markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağstafa rayonu, Köçəsgər kəndi ərazisində Qazax istiqamətində yolun 451.2-ci kilometrliyində hərəkət edərkən nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi əsas göstərilməklə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəqliyyat vasitəsinin çəkisi barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə ötürülmüş, onun iştirakı olmadan real vaxt rejimində, elektron sənəd şəklində xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29777933 saylı inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29777933 saylı inzibati xəta haqqında qərarın surəti ona rəsmi qaydada təqdim edilməmiş, verilmiş sorğu əsasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-13-46/2-184019 nömrəli məktuba əlavə edilərək "Qaya Nəqliyyat” MMC-yə göndərilmiş və xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə çatdırılmışdır. C.F.Mərdanov işin göstərilən hallarını nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29777933 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, X6 tərəfindən verilmiş şikayət və şikayətin verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsi haqqında vəsatət geri qaytarılmalıdır. Belə ki, DİN-nin Baş X13 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29777933 nömrəli qərardan görünür ki, X12 1843 LS YÜK markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində 600 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ göstərilmişdir. Şikayətçi məhkəməyə müraciətində də, xx.xx.2025-ci il tarixli qərarın ona xx.xx.2025-ci il tarixdə rəsmi qaydada verildiyini göstərsə də, bu barədə sənəd əlavə etməmiş, bu hal iş materialları ilə də müəyyən edilməmişdir. İşə əlavə edilmiş sənədlərdən məlum olur ki, "Qaya Nəqliyyat” MMC-nin nümayəndəsi və vəkili E.İ.Yusifov xx.xx.2025-ci il tarixli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə müraciət edərək MMC-yə məxsus 15 nəqliyyat vasitəsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokolların və həmin protokollar əsasında qəbul edilmiş qərarların surətlərinin təqdim edilməsini xahiş etmiş, müraciət araşdırılması üçün xx.xx.2025-ci il tarixli məktubla Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-1.1-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllənin 45-2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş sənədlər (inzibati xəta haqqında protokol, o cümlədən elektron protokol və inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron qərar barədə bu Məcəllənin 57-1.4-cü maddəsi nəzərə alınmaqla aşağıdakı qaydada məlumatlandırılır: 57-1.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən sənədlər və onların əlavələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirilir və elektron ünvanına (olduğu halda) göndərilir; 57-1.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən müvafiq sənədin nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilir; 57-1.1.3. səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron protokol və elektron qərar əlavə edilmiş materiallarla birlikdə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir. 57-1.2. İnternet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın şəxsə çatdırıldığı vaxt barədə və bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun sənəd və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları “İCMAL” informasiya sisteminə və həmin sənədləri tərtib etmiş səlahiyyətli orqanların informasiya sistemlərinə göndərməli, həmçinin həmin məlumatları şəxsin elektron kabinetinə yerləşdirməli və onun elektron ünvanına (olduğu halda) göndərməlidir. 57-1.3. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın), o cümlədən elektron protokol və elektron qərarın bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli orqanların informasiya sistemlərinə və “İCMAL” informasiya sisteminə göndərilir. Hazırki iş üzrə qanuniliyi mübahisələndirilən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərarın şikayətçi X4 göndərilməsi ilə əlaqədar yuxarıda şərh edilən İXM-nin 57-1-ci maddəsində göstərilən halların hər hansı birinin pozulması ilə bağlı heç bir sübut işə əlavə edilməmiş və eləcə də, məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər.130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, X3 Azərbaycan Respublikası DİN Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29777933 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün üzrlü səbəblər müəyyən edilmədiyindən vəsatət rədd edilməli və şikayət geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X10 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 130 və 132ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Buraxılmış müddətin bərpa edilməsi barədə X3 vəsatəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29777933 nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar çıxarılmış X3 şikayəti geri qaytarılsın. HAKİM XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1011/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-1011/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver