Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1015/2023 06.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X13, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan X7 barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN1480785 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-1733/2017 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Q.F.Niftalıyev tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-1733/2017 saylı icra vərəqəsinə əsasən borclu Şəxs qızıl-zinət əşyaları, onlar olmadıqda isə dəyəri 3950 manat alınaraq tələbkar X6 ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmış, lakin bu günə kimi icra sənədi borclu Şəxs tərəfindən tam şəkildə icra edilməmiş və nəticədə tələbkara 3520 manat borcu yaranmışdır. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, barəsində olan icra sənədindən məlumatı var, maddi imkansızlığa görə icra sənədini tam şəkildə icra edə bilməmişdir. Tələbkarla ayrıldıqdan sonra başqa qadınla ailə həyatı qurmuş və həmin qadından doğulmuş azyaşlı uşaqları vardır. Fərdi əməklə məşğul olub əldə etdiyi qazancla tələbkara hər ay vaxtlı vaxtında aliment ödəyir, həm də ikinci nikahından olan ailəsini saxlayır. Hazırki icra sənədini 4-5 ay 50 manat ödəməklə icra etmiş, lakin son vaxtlar imkanı zəif olduğuna görə ödəniş edə bilməmişdir. Alimentlə bağlı məsələ daha önəmli olduğundan, əsas gücünü aliment ödəməyə sərf edir, hazırda tələbkara aliment borcu yoxdur. İcra sənədini icra etməli olduğunu da dərk edir, bu günə kimi icra sənədini icra etməmək fikrində olmayıb, məqsədi icra sənədini icra etməkdir, bunun üçün ona 15-20 gün vaxt verilməsini xahiş edir. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-1733/2017 saylı icra vərəqəsinə əsasən borclu Şəxs qızıl-zinət əşyaları, onlar olmadıqda isə dəyəri 3950 manat alınaraq tələbkar X6 ödənilməsi qət edilmişdir. Borclu maddi imkansızlığa görə icra sənədini tam şəkildə icra edə bilmədiyini, fərdi əməklə məşğul olub əldə etdiyi qazancla tələbkara hər ay vaxtlı vaxtında aliment ödədiyini, həmdə ikinci nikahından olan ailəsini saxladığını, hazırki icra sənədini 4-5 ay 50 manat ödəməklə icra etdiyini, lakin son vaxtlar imkanı zəif olduğuna görə ödəniş edə bilmədiyini, məsələnin uşaqları, yəni öz övladları olduğu üçün əsas gücünü aliment ödəməyə sərf etdiyini, habelə icra sənədini icra etməli olduğunu da dərk etdiyini, bu günə kimi icra sənədini icra etməmək fikrində olmadığını, icra sənədini icra etmək üçün ona 15-20 gün vaxt verilməsini xahiş edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, X3 hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1015/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1015/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver