Məhkəmə qərarları › İş №3(041)-1026/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1026/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1026/2024 17.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X8, Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, zərərçəkmiş şəxs X4 və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Qarabucaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən barəsində iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Kürdəmir rayonu Qarabucaq kənd orta məktəbində azyaşlı oğlu Əlinin sinif yoldaşı xx.xx.2016-cı il təvəllüdlü X1 qulağını tutub ona fiziki ağrı yetirmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərdi ki, oğlu X7 ilə Qarabucaq kənd orta məktəbində bir sinifdə oxuyurlar. Uşaqlar əvvəllər də bir neçə dəfə dalaşmış, bununla bağlı məktəb rəhbərliyi səviyyəsində hər iki valideynə məlumat verilmişdir. Sonuncu dəfə Şəxs xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Kürdəmir rayonu Qarabucaq kənd orta məktəbində azyaşlı oğlu Əlinin sinif yoldaşı xx.xx.2016-cı il təvəllüdlü X1 qulağını tutub ona fiziki ağrı yetirdiyinə görə DİN-in 102 xidmətinə zəng etmişdir. Hazırda da Ülviyyədən şikayətçidir. Anası Zərərçəkmiş şəxs və müəlliməsi X2 iştirakı ilə məhkəmədə dindirilən X4 bildirdi ki, qonşusu Əli ilə Qarabucaq kənd orta məktəbində bir sinifdə oxuyurlar, Əli ona sataşdığı üçün bir neçə dəfə dalaşmışlar. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Əlinin anası Vüsalə sinifə daxil olaraq onu danlamış və qulağından çəkmişdir. Bu barədə anasına məlumat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur, oğlu X3 Qarabucaq kənd orta məktəbində 3-cü sinifdə oxuyurlar. Qabil dəfələrlə oğlu Əlini məktəbdə təhqir edərək çantasını suya atmış, üzərinə sidik ifraz etmişdir. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Kürdəmir rayonu Qarabucaq kənd orta məktəbinə gedərək sinif rəhbəri Xəyalənin yanında Qabilin qulağından əli ilə tutaraq tənbeh etmiş, oğlundan uzaq durmasını tələb etmişdir. Zərərçəkmiş şəxs ondan polisə şikayət etmiş, polis əməkdaşlarının dəvəti ilə Kürdəmir rayon polis şöbəsinə gedərək baş verənləri olduğu kimi göstərmişdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, 2007-ci ildən Qarabucaq kənd orta məktəbində ibtidai sinif müəlliməsi işləyir, X4 və X6 onun şagirdləridir. Aralarında olan mübahisələrə görə hər iki şagirdin valideynlərini dəvət edib onlarla söhbət etmiş və tədbir görmələrini onlardan tələb etmişdir. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Şəxs məktəbə gələrək uşaqların yenə də dalaşdığını bildirib Qabilə yaxınlaşaraq tənbeh etmiş, qəfildən onun qulağından tutduğunu görüb, Vüsaləni məktəbdən çıxarmışdır. Vüsalə onun yanında Qabili döyməmişdir. Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin izahatı, cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarla, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini məsulliyətini yüngülləşdirən hall kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və və ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özünün həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar