Məhkəmə qərarları › İş №3(041)-1030/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1030/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1030/2024 28.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24198104 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayətinə özünün iştirakı ilə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək xx.xx.2024-cü il tarixli, EQ 24198104 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətini əsaslandırmaq üçün bildirdi ki Kürdəmir rayonunun Mollakənd kəndində yaşayır, xx.xx.2022-ci il tarixdə səhər saat 10:20-də oğlu X4 məxsus və etibarnamə əsasında idarə etdiyi ‘Toyota Rav-4’’ minik markalı, 99RZ033 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Ağsu-Kürdəmir-İmişli yolunda hərəkətdə olmuş, nəqliyyat vasitəsini heç bir qanun pozuntusuna yol vermədən idarə etmişdir. Ona göndərilən, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24198104 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərarla razı deyil ona görə ki, təhsükəsizlik kəmərindən istifadə etmiş, lakin kəmər boyun nahiyyəsindən keçdiyinə görə əynində olan ağ rəngli gödəkcənin üzərində görünməmişdir. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəməyə təqdim edilən sənədlərdən və X2 izahatından aydın olur ki, o, ‘Toyota Rav-4’’ markalı, 99RZ033 dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir ərazisindən keçən hissəsində hərəkətdə olarkən təhlükəsizlik kəmərlərindən istifadə etməmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixli, EQ24198104 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və 40 manat cərimə edilmişdir. F.Q.Rzayev şikayətini təhlükəsislik kəmərindən istifadə etdiyini, lakin kəmərin ağ rəngli gödəkcəsinin altında olan qara rəngli paltarın üstündət keçdiyi üçün görünməməsi ilə əsaslandırmış və bu halı təsdiq etmək üçün özünə məxsus mobil telefonunda olan fotoşəkildə kəmərin əynində olan ağ rəngli gödəkcəsinin üstündən keçmədiyi bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Hazırki iş üzrə şikayət edilən xx.xx.2024-cü il tarixli, EQ24198104 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikası İXM-nin tələblərinə cavab verdiyinə görə qanuni və əsaslı hesab edilir və bu səbəbdən də hesab edirəm ki, həmin qərar dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 136.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. 137.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 130, 131, 133, 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ24198104 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən, həmin qərardan X5 tərəfindən verilmiş şikayət isə təmin edilmədən saxlanılsın. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar