Məhkəmə qərarları › İş №3(041)-1036/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-1036/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-1036/2023 15.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlu sədrliyi Məhkəmə iclas katibi X1 Barəsində protokol tərtib edilmiş Şəxs Protokolu tərtib edən Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə açıq məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə inzibati xərta haqqına protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması xahiş olunur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, protokol və əlavə edilmiş materiallar geri qaytarılmalı və məhkəmənin xx.xx.2023-cü il tarixli,3(041)-712/2023 saylı icra sənədnin icrası davam etdirilməlidir. Belə ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi göstərilsə də aidiyyəti orqanlardan onun bank hesablarının və digər əmlakının olub-olmaması barədə sorğular edilməmişdir. Bundan başqa iş materialalrında onun adına "QAZ 31029" markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasına baxmayaraq inzibati cərimə növündə məhkəmənin qərarının icra edilməsi üçün qeyd edilən avtomobilin üzərinə həbs qoyulmamışdır. Azərbaycan Respublikası İXM-nin 100.1.10-cu maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(041)-712/2023 saylı icra sənədnin icrası davam etdirilməsi üçün Kürdəmir rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar