Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1037/2023 07.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən «Kürdəmir Buzxana” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq zəruri sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına vaxtında təqdim etməmişdir. «Kürdəmir Buzxana” Açıq Səhmdar Cəmiyyəti bu əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat aparılan hüquqi şəxs «Kürdəmir Buzxana” Açıq Səhmdar Cəmiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına heç bir üzrlü səbəb bildirmədən gəlməmiş, məhkəməyə inzibati xəta haqqında protokola dair izahat göndərək AR İXM-nin 548-ci maddəsinin dispozisiyasına izah verməyə çalışaraq icrası məcbui olan göstərişlərin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb oluna biləcəyini göstərmişdir. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarına əlavə olunmuş bildiriş və xəbərdarlıqlardan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən «Kürdəmir Buzxana” Açıq Səhmdar Cəmiyyətnə inzibati icraata başlanağacı və zəruri sənədlərin 10 gün müddətində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı «Kürdəmir Buzxana” Açıq Səhmdar Cəmiyyətinin əməli Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tərtib olunmuş EP ******* nömrəli, 02 noyabr 2023-cü il tarixli protokolu və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs «Kürdəmir Buzxana” Açıq Səhmdar Cəmiyyətinə inzibati tənbeh tədbiri təyin edərkən onların məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibai xəta haqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASCnin direktoru Mirələm Ağayevin məhkəməyə göndərdiyi izahata münasibətdə isə onu qeyd etməyi zəruri hesab edir ki, barələrində tətbiq olunmuş AR İXM-nin 548.2-ci maddəsinin dispozisiyasında göstərilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə məsuliyyət nəzərdə tutur. İş materiallarına əlavə olunmuş bildiriş və xəbərdarlıqlardan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən «Kürdəmir Buzxana” Açıq Səhmdar Cəmiyyətnə inzibati icraata başlanağacı və zəruri sənədlərin 10 gün müddətində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən hüquqi şəxs «Kürdəmir Buzxana” Açıq Səhmdar Cəmiyyətinin, törətdiyi xətanın xarakterini,onları xarakterizə edən halları, onların maliyyə və əmlak vəziyyətini, habelə onların qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi,həm özü,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq «Kürdəmir Buzxana” Açıq Səhmdar Cəmiyyəti barəsində aşağı həddə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş hüquqi şəxs «Kürdəmir Buzxana” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 1500 (bir min beş yüz) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-1037/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1037/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver