Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1038/2023 16.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ i Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qaramahmudlu kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ-inin əməkdaşının qanuni tələbinə qəsdən tabe olmaması göstərilmiş və onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, 15.1.2023-cü il tarixdə polis əməkdaşları atasının telefonuna zəng edərək onu Köhünlü icra nümayəndəliyinə çağırmışlar. O, da həmkəndlilərinin avtomobili ilə özü, atası və əmisi ilə birlikdə Köhünlü kənd icra nümayəndəliyinə gəlmiş və icra nümayəndəliyində polis əməkdaşları Qaramahmudlu kəndində baş vermiş yanğın hadisəsi ilə bağlı izahatının alınması üçün polis əməkdaşalrı ilə birlikdə polis şöbəsinə getmək lazım olduğunu demişlər. O, da heç bir söz demədən polis əməkdaşalrının avtomobili ilə Kürdəmir RPŞ-nə gəlmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onu 1 gün şöbədə saxlamışlar. O, heç bir tabesizlik etməmiş və qanun pozuntuzuna yol verməmişdir. Həmin vaxtı orada polis əməkdaşlarından başqa kənd adamları da olmuşlar və onun heç bir tabesizlik göstərmədiyini şahidi olmuşlar. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir.xx.xx.2023-cü il tarixdə,saat 16 radələrində Kürdəmir RPŞ -nin əməkdaşı İbrahim Sadıqovla birlikdə Kürdəmir rayonunun Qaramahmudlu kəndində baş vermiş yangın hadisəsində şübhəli olan Qaramahmudl kənd sakini Şəxs ilə proflaktiki söhbət aparmaq üçün onu Köhünlü kənd icra nümayəndəliyinə dəvət etmişlər. O, da İnzibati binaya gələndən sonra həmin işlə bağlı izxahat verməyəcəyini bildirmiş və polis əməkdaşları ilə mübahisə edərək ucadan qışqıraraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamış və onlar da məcbur olub Şəxs məcburi qaydada polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ CAB-da baş əməliyyat müvəkkili əzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə o, da Köhünlü kənd icra nümayəndəliyində olmuş və həmin vaxtı .övqü Qarayevin polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək tabesizlik göstərməsinin şahidi olmuşdur. Məhkəmə öz daxili inamına və məhkəmə araşdırması zamanı əldə olunan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs polisin qanuni tələbinə tabesizlik göstərməmiş, heç bir qanun pozuntusuna yol verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-1038/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1038/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver