Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1041/2023 29.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə Bakı şəhəri, Səbail rayonu Zeynalabdin Tağıyev küçəsi, ev 14, mənzil 7-də yerləşən Şəxs barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri, Səbail rayonu Zeynalabdin Tağıyev küçəsi,ev 14, mənzil 7-də yerləşən Şəxs Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmışdır. Şəxs bu əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına heç bir üzrlü səbəb bildirmədən gəlməmişlər. Məhkəmə inzibati xəta haqqında protokola onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli bildiriş və xəbərdarlıqlardan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Şəxsnə qanunvericilik aktlarının tələbləri nəzərə alınaraq 2021-ci il ürə maliyyə hesabatlarının audutinin 2022-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati icraata başlanağacı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməli Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Cəmiyyətin Kürdəmi rrayonu Mollakənd kəndində fəaliyyət göstərən VÖEN ********** filialı barəsində tərtib olunmuş MN ******* nömrəli, 06 noyabr 2023-cü il tarixli protokolu və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxsnə inzibati tənbeh tədbiri təyin edərkən onların məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən hüquqi şəxs Şəxs törətdiyi xətanın xarakterini,onları xarakterizə edən halları, onların maliyyə və əmlak vəziyyətini, habelə onların qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi,həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq «Şəxs barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş hüquqi şəxs «Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinib barəsində 2000 (iki min) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-1041/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1041/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver