Məhkəmə qərarları › İş №3(041)-1042/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1042/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1042/2024 22.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN2070843 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində qonşusu Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Zərərçəkmiş şəxs Kürdəmir rayon polis şöbəsinin təhqiqat qurupunun təhqiqatcısı Orxan Ağayevin qəbul etdiyi xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayət verdiyi üçün həmin inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(041)-03/2024 saylı qərarı ilə H.N.Hüseynovanın şikayət təmin edilmiş, Kürdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X2 HK- 1/1/2032 nömrəli material üzrə qəbul etdiyi 24 oktaybr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qanunsuz hesab edilməklə ləğv edilmişdir. İcraatın dayandırılmasına əsas olmuş hal aradan qaldırıldığı üçün xx.xx.2024-cü il tarixli qərardadla inzibati xəta haqqında iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması üçün həmin gün saat 16.30-a təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Şəxs və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokol Kürdəmir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatcısı Orxan Ağayevin xx.xx.2024-ci il tarixdə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən tərtib edilmiş və Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(041)-03/2024 saylı qərarı ilə Orxan Ağayevin qəbul etdiyi qərar Zərərçəkmiş şəxs şikayəti əsasında ləğv edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli MN2070843 nömrəli inzibati xəta haqqında protokol Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(041)-03/2024 saylı qərarı ləğv edilmiş Kürdəmir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatcısı Orxan Ağayevin xx.xx.2024-cü il tarixdə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən tərtib edildiyi üçün hazırki vəziyyətdə inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.0.7ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar