Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1047/2025 27.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsindən "xxxx" MMC-nin barəsində İXM-in 539.1-1ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" MMC-də işəgötürən X4 tərəfindən xx.xx.2025-ci il tarixədək işçi X1 əmək müqaviləsində minimum əmək haqqının düzəliş edilməsi ilə bağlı DƏMX-nin Mərkəzi Aran RŞ-nin xx.xx.2025-ci il tarixli 3-17-5/2- 94359/2025 nömrəli icrası məcburi olan göstəriş yerinə yetirilməmişdir. Bununla da "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, “Əmək və məşğulluq” altsisteminə baxış keçirilən zaman "xxxx" MMC-nin direktoru X4 tərəfindən xx.xx.2025-ci il tarixədək işçi X1 əmək müqaviləsində minimum əmək haqqının düzəliş edilməsi ilə bağlı DƏMX-nin Mərkəzi Aran RŞ-nin xx.xx.2025-ci il tarixli 3-17-5/2-94359/2025 nömrəli icrası məcburi olan göstəriş yerinə yetirilməmişdir. Buna görə də "xxxx" MMC barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, sözü gedən aptekdə əvvəllər əczaçı kimi işləmiş, həmin vaxt aptekin müdiri Mahir adlı şəxs olmuş və həmin şəxs rəhmətə getdikdən sonra aptek onun adına keçmişdir. Tərtib edilmiş protokoldan xəbəri olmamış, onunla bağlı bildiriş onlara təxminən 2 həftə əvvəl məhkəməyə çağırış bildirişi ilə birlikdə gəlmişdir. Barəsində tərtib edilmiş inzibati protokolla bağlı işə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3- 17-5/2-94359/2025 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-də işəgötürən X4 tərəfindən xx.xx.2025-ci il tarixədək işçi X1 əmək müqaviləsində minimum əmək haqqının düzəliş edilməsi ilə bağlı DƏMX-nin Mərkəzi Aran RŞ-nin xx.xx.2025-ci il tarixli 3-17-5/2- 94359/2025 nömrəli icrası məcburi göstəriş məktubu göndərilmişdir; xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-də işəgötürən X4 tərəfindən xx.xx.2025-ci il tarixədək işçi X1 əmək müqaviləsində minimum əmək haqqının düzəliş edilməsi ilə bağlı DƏMX-nin Mərkəzi Aran RŞ-nin xx.xx.2025-ci il tarixli 3-17-5/2-94359/2025 nömrəli icrası məcburi olan göstəriş yerinə yetirilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3- 17-5/2-105340/2025 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin işəgötürəni Aydın Qurbanova xx.xx.2025-ci il tarixli 3-17-5/2-94359/2025 nömrəli icrası məcburi göstəriş məktubu göndərilmiş, lakin X1 əmək müqaviləsində əmək haqqı məbləğində düzəliş edilməmiş, Cəmiyyət barəsində xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim olunan sübutlar "xxxx" MMC-nin təqsirli olması və barəsində tənbeh tədbiri tətbiq edilməsi üçün kifayət deyil, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki protokol tərtib etmiş səlahiyyətli orqan məhkəməyə yalnız protokolu və məktubları göndərməklə kifayətlənmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək sənədlər isə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclası zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2-94359/2025 nömrəli məktubun "xxxx" MMC-nə çatdırılması barədə sübut tələb edildikdə belə bir sübutun olmadığı məhkəməyə bildirilmişdir. Eləcə də "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən göndərilmiş zərfin üzərində olan ştampın xx.xx.2025-ci il tarixə aid olduğu görünür. Qeyd edilənlər protokol tərtib edən orqan tərəfindən göndərilən bildirişin hüquqi şəxsə tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlərin məhkəmənin icraatına daxil olduqdan (xx.xx.2025-ci il) sonra çatdığını təsdiqləyir. Məhkəmə belə qənaətə gəlir ki, protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim edilmiş materiallar içərisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2-94359/2025 nömrəli icrası məcburi olan göstərişin "xxxx" MMC-yə qanunla müəyyən edilmiş qaydada çatdırıldığını təsdiq edən hər hansı sübut mövcud deyildir və bu hal məhkəmə iclasında da təsdiq edilmişdir. Nəticə etibarı ilə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati xəta əlamətləri müəyyən edilməmişdir. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" MMC-nin əməlində İXM-in 539.1-1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" MMC-nin əməlində İXM-in 539.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-1047/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1047/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver