Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1048/2024 29.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, tələbkar – Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Kürdəmir rayonu, Mollakənd ə/d, Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Əliyev X2 Rayon Məhkəməsinin 25 iyul 2023cü il tarixli, 2(041)-608/2023 saylı icra sənədinin icrası ilə bağlı üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxsna yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında 13 baş qoyunun borclu tərəfindən ona qaytarıldığını, onları icra məmurunun iştirakı ilə qəbul etdiyini, ümumi borcdan da 600 manatın borclu tərəfindən ona ödənildiyini, lakin qalan borcunun ödənilmədiyini bildirərək sonda Şəxs haqqında qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)- 608/2023 saylı icra vərəqəsi üzrə borcundan 600 manat ödəmiş, həmçinin bankdan kredit götürərək 13 baş qoyun alaraq tələbkara qaytarmışdır. Həm də aylıq 3 uşağa görə 390 manat aliment ödəyir. Həmçinin özü talassemiya xəstəsi və qardaşı da Vətən müharibəsi iştirakçısıdır. Hazırda o, Bakı şəhərində tikintidə fəhlə kimi işləyir, qazancından icra vərəqəsi üzrə borcunu ödəməkdən yayınmır, borcunu hissə-hissə icra edir. Bu barədə icra məmurunun da məlumatı var, həmçinin icra məmurunun bütün çağırışlarına gəlmiş, icra sənədinin icrasından yayınmamışdır. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir Rayon Məhkəməsinin 25 iyul 2023-ci il tarixli, 2(041)-608/2023 saylı icra sənədindən görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tələbkar X3 məxsus əmlaklar və ya pulla dəyəri 9740 manat pul və 13 baş qoyunun ondan alınaraq tələbkar İ.Əliyevaya ödənilməsi qət edilmişdir; icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 25 iyul 2023-ci il tarixli, 2(041)-608/2023 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş 29 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı protokola əsasən, Şəxs 25 iyul 2023-ci il tarixli, 2(041)-608/2023 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir; Kürdəmir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş aktan görünür ki, tələbkar Zərərçəkmiş şəxs 13 baş qoyun təhvil verilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-856/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3(041)-78/2024 saylı qərarlarından görünür ki, 25 iyul 2023-ci il tarixli, 2(041)-608/2023 saylı icra sənədi üzrə Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; İnzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında həm icra məmurunun, həm tələbkarın izahatlarından, iş materiallarından müəyyən edilmişdir ki, 25 iyul 2023-ci il tarixli, 2(041)-608/2023 saylı icra sənədi üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarları ilə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdən sonra icra sənədi üzrə 13 baş qoyun tələbkara qaytarılmış, həmçinin ümumi borcdan 600 (altı yüz) manat Şəxs tərəfindən tələbkara ödənilmişdir. Məhkəmə işin qeyd edilən hallarını, borclunun icra sənədinin icrasından yanınmadığını, icra sənədi üzrə borcunun çox hissəsini ödədiyini, 03 azyaşlı uşaqlarının saxlanılması üçün aylıq 390 manat aliment öhdəliklərini icra etdiyini, bu günə kimi aliment üzrə heç bir borcunun olmadığını, səhhətini, ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-1048/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1048/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver