Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1049/2024 29.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 18.30-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə 17 iyul 1993-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir rayonu Qaraqocalı kəndində yaşayan - Şəxs barəsində Kürdəmir RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cümaddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2024-cü il tarixdə saat 00.10 radələrində Kürdəmir rayonu Qaraqocalı kəndində sərxoş vəziyyətdə idarə etdiyi «Mersedes Benz E 220” markalı, 99-GV064 dövlət qeydiyyat nişanlı avtomobilİ ilə hərəkətdə olarkən yol kənarında olan dirəyə çırpılaraq zərərçəkmiş hüquqi şəxsə maddi zərər vurmuşdur. Məhkəmə iclasında izahat verən inzibati xəta törədən Şəxs göstərdi ki, xx.xx.2024-cü il tarixdə idarə etiyi avtomobillə Qaraqocalı kəndində hərəkətdə olarkən yaşadığı evin küçəsinə dönərkən yola çınqqıl töküldüyü üçün avtomobil sürüşərək yol kənarında olan stolbaya dəyərək yol nəqliyyat hadisəsi baş vermiş və buna görə də polis şöbəsinə məlumat vermiş, polis şöbəsinin yol polis bölməsinə gəlmişdir. Polis əməkdaşı onun sərxoş olmasından istifadə edərək onun barəsində protokol tərtib etmişlər.Özü heç bir yerdə işləmir. Zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanı ödəməmişdir. Əməlindən peşmandır, odur ki, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ DYPB-nin X1 üzrə baş nspektoru vəzifəsində işləyən X2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində “Mersedes Benz E 220” marlaı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs sərxoş vəziyyətdə avtomobili idarə edərək yol kənarındakı dirəyə çırpılaraq zərərçəkmiş hüquqi şəxsə 1109,48 manat maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Araşdırma zamanı avtomobilin sürücüsü Şəxs sərxoş olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 335 saylı sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədilə aparılan tibbi müayinə protokolunda göstərilir ki, Şəxs hadisə baş verən gün orta dərəcəli sərxoş olmuşdur. İş materiallarına əlavə edilmiş “Azeronline LTDBirgə Müəsissəsinin xx.xx.2024-cü il tarixli arayışından görünrü ki, yol nəqliyyat hadisəsi zamanı onlara 1109,48 manat maddi ziyan dəymişdir. Şəxs əməli özünün səmimi etirafı, şahid ifadəsi və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir ki, o, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək zərərçəkmiş hüquqi şəxsə maddi zərər vurmuşdur. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır.Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edirə. Göstərilənlərə və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129-130-cu maddələrinə əsasən məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəs iilə təqsirli bilinib barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 28 oktyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə zərərçəkmiş hüquqi şəxs vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər . Hakim : Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-1049/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1049/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver