Məhkəmə qərarları › İş №3(041)-105/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-105/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-105/2023 31.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, Kürdəmir rayonu Qarasaqqal kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə ov qaydalarının kobud şəkildə pozaraq lazımi icazə olmadan Kürdəmir rayonu Qarasaqqal kəndi ərazisində özünə məxsus 1 ədəd “İJ” markalı, 16 çaplı, 70490 nömrəli qoşalüləli yivsiz ov tüfəngi ilə ov qaydalarını pozmaqla 02 ədəd turac və 01 ədəd çöl dovşanı ovlayaraq təbiətə 11 manat maddi ziyan vurmuşdur. Şəxs barəsində toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilərək İlham Mikayılovun Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş Şəxs bildirdi ki, o, Kürdəmir rayonunun Qarasaqqal kəndində yaşayır. Həmin tüfəng mərhum babasından yadigar qalmış və bugünədək həmin tüffəngi yaşadığı evdə qeydiyyatsız saxlamışdır. xx.xx.2023-cü il tarixdə çöllük sahədə əkin sahəsinə baxmaq üçü gedərkən özü ilə həmin tüfəngo də götürmüş və yol ilə gedərkən qarşısına 01 ədəd dovşan çıxdığı üçün həmin heyvanları ovlamışdır. O, şöllük sahədə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları onunla rastlaşmış və həmin tüfəngin qeydiyyatının olub-olmamasını soruşmüşdur. Onlar heç bir sənədin olmadığını bildirmiş və həmin tüfəngi və ovladığı heyvanları polis əməkdaşlarına təhvil vermişdir. O, həmin heyvanların ovlanmasının qanunsuz olmasını bilməmişdir.Əməlində peşman olmasını və ilk dəfə inzibati xəta hadisəsi törətməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün səmimi etirafı, onun barəsində tərtib olunmuş inzibati protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, əmlak vəziyyətini, onun ilk dəfə inzibati xəta hadisəsi törətməsini, məsuliyyəti yüngülləşdirən halları habelə habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə bir il müddətə ov hüququnun məhdudlaşdırılmasını qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, müsadirə edilməklə 01(bir) il müddətə hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar