Məhkəmə qərarları › İş №3(041)-1050/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1050/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1050/2024 29.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 18.40-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, AR Vəkillər Kollegiyasının üzvü, vəkil X1 və zərərçəkmiş şəxs X2 iştirakı ilə 17 iyul 1993-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir rayonu Qaraqocalı kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri,H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00.10 radələrində Kürdəmir şəhəri, Babək prospektində polis nəfəri X4 ilə mübahisə edərək sonuncunun ünvanına ucadan qışqıraraq nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və hadisə yerinə gələn polis əmədaşalrı ilə mübahisə edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Hər iki material üzrə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xətalar eyni şəxs tərəfindən törədildiyinə və baxılması eyni orqanın səlahiyyətinə aid olduğuna görə həmin inzibati xəta haqqında işlərə eyni vaxtda baxılmalı və bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs göstərdi ki, xx.xx.2024-cü il tarixdə idarə etiyi avtomobillə Qaraqocalı kəndində hər həkətdə olarkən yaşadığı evin küçəsinə dönərkən yola çınqqıl töküldüyü üçün avtomobil sürüşərək yol kənarında olan stolbaya dəyərək yol nəqliyyat hadisəsi baş vermiş və buna görə də polis şöbəsinə məlumat vermiş, buna görə polis şöbəsinin yol polis bölməsinə gəlmişdir. Polis əməkdaşı onun sərxoş olmasından istifadə edərək onun barəsində protokol tərtib etmiş. O,da əsəbləşərək polis əməkdaşları ilə mübahisə etmişdir. Mübahisədən bir az sonra polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə aparmaq istəmişlər. Həmin vaxtı atası Oruc gəlmiş, polis əməkdşları atası Orucla kobud darandığı üçün əsəbləşmiş, polis şöbəsinə getmək istəəmişdir. Buna görə də qaçmaq istəmiş, lakin onu saxlayaraq məcburi şəkildə polis şöbəsinə gətirmişlər. Əməlidən peşmandır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs həm də şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ DYPB-də yol nəqliyyat hadisələri üzrə baş inspektoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində DİN-nin 102 xidmət mərkəzinə etdiyi müraciətlə bağlı, yəni Kürdəmir rayonu Qaraqocalı kəndi ərzisində yol nəqliyyat hadisəsi törətməsi ilə əlaqədar tərəfindən Kürdəmir RPŞ DYPB-nə dəvət edilmiş “Mersedes Benz E 220” marlaı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs gəlmiş bir az sonra da onun atası Oruc Qüurbanov onların yanına gəlmiş heç bir səbəb olmadan onun və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Həmin vaxtı Eldar sərxoş olduğöu üçün onun özünün də barəsində AR İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəa haqqıında protokol tərtib edilmiş, bundn sonra Eldar əsəbləşərək onların ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar Eldarın sakitləşmədiyini görüb kömək üçün Kürdəmir RPŞ-nin növbətçi hissəsinə zəng etmişlər. Bir az sonra polis əməkdaşları gəlmiş Eldarı polis şöbəsinə aparmaq istəyərkən o, qaçmaq istəmişdir. Polis əməkadaşları onu yaxalayaraq məcburi şəkldə avtomobilə mindirərək polis şöbəsinə aparmışlar. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün məhkəmədə veriyi ifadəsi, zərərçəkmiş şəxsin izahatı, hadisənin baş vermə şəraiti və iş materialları ilə sübut olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, ailə və maddi vəziyyətini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli,AZA 000536 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə,saat 02.00da inzibati qəydada tutulmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində AR-nın İXM-nin 535.1-ci maddəsinə əsasən ona 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar