Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1052/2024 30.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1984-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Muradxan kəndində yaşayan - Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsuliyyətə cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 göstərdi ki, Nərimanov Rayon Məhkəməsinin 2(055)-1105/2021saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 90.000 (doxsan min) manatvə 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuş, lakin icra sənədini tam icra etməmiş və onun 69330 manat borcu qalmışdır. Şəxs əmək haqqında hər ay tutulmalar olsa da tələbkar razılaşmır və biorcun birdəfəlik ödənilməsii tələb edir. Şəxs isə borcunu birsdəfəlik ödəyə bilmir. Bundan başqa Şəxs izahatı alınarkən hazırki ayın sonunda 1000 manat ödəyəcəyini və müəyyən məbləğdə pul toplayıb borcundn ösəyəcəyini bildirmişdir. Məhkəmədə iclasında Şəxs göstərdi ki, Nərimanov rayon məhkəməsinin qətnamələrindən məlumatı olmuş, bir müddət işsiz olduğu üçün icra sənədini icra edə bilməmidir. Hazırda o, işləyir. O, borcundan qismən ödəmiş və onun 69330 manat borcu qalmışdır. Hər ay onun əmək haqqında tələbkarın xeyrinə tutulmalar gedir. Ayın sonunadək də 1000 manat və əlavə olaraq pul toplayıb tezliklə ödəyəcəkdir. O, məhkəmə qərarına hörmətlə yanaışr və qətnamənin icra olunmasında heç bir qərəzi olmamışdır. Beləliklə, məhkəmə barəsində inzibati icraat açılmış Şəxs və İcra məmuru Məhərrəm Şirnalıyevin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(055)-1105/2021saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 90.000 (doxsan min) manatvə 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Barəsində inzibati icraat açılmş şəxs Şəxs borcundn qismən ödəniş etmiş və tələbkarın xeyrinə hər ay da tutulmanın onun əmək haqqının bütövlükdə tutulmasına etirz etmədiyini göstərir. O, hazırki ayın onunadək 1000 manat ödəyəcəyini və bundan başqa əmək haqqından tutulmamaların aparılmasına baxmayaraq əlavə olaraq pul toplayıb tələbkara ödəyəcəyinə söz vermişdir. Şəxs məhkəmə qərarına hörmətlə yanaşdığını və heç bir qərəzinin olmadığını göstərmişdir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur və İcra məmumurunun çağırışına da könüllü olaraq gəlmişdir. Ona görə də onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-1052/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1052/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver