Məhkəmə qərarları › İş №3(041)-1054/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1054/2025

28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1054/2025 28.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almadan məsafədən idarə edilən mülki pilotsuz uçuş aparatlarının əldə edilməsi və satılma qaydalarını pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı və qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəxs gəlməməsini üzürsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nə verdiyi izahatında göstərmişdir ki, “Mənə verilən suallara cavab olaraq bildirirəm ki, yuxarıda qeyd edilən ünvanda ailə üzvlərimlə birlikdə yaşayıram. DJİ Mini 4 Pro markalı kameralı dronu 2022-ci ildə Rasim adlı Gəncə şakinindən 2920 manat ödəyərək almışam. Belə ki, o, həmin vaxtda Tap.az internet elan saytında dronun satılması ilə bağlı elan yerləşdirmişdir. Mən də onunla telefon vasitəsi ilə əlaqə saxlamışdım. O, həmin dronu Kürdəmir rayonuna gətirmişdi və mən ona 2920 manat ödəyərək ondan almışdım. Qeyd edirəm ki, aldığım həmin dronu 2023-cü ilə qədər Kürdəmir rayonunda dövlət tədbirlərində özüm istifadə etdim. Sonradan artıq həmin dron mənə lazım olmadığı üçün onu satmaq qərarına gəldim. Buna görə də tanışlarıma bu barədə demişdim. X1 da ortaq tanışlarımız vasitəsi ilə mənimlə əlaqə saxlamışdı. Mən də həmin dronu ona 2700 manata satdım. Qeyd edirəm ki, həmin dronu aldığım zaman mənə aldığım şəxs mənə hər hansı bir sənəd təqdim etməmişdir. Dronu satdığım zaman da sənəd olmadığı üçün mən Eynura dronla bağlı hər hansı bir sənəd təqdim etməmişəm. Qeyd edirəm ki, dronu aldığım şəxsin adının Rasim olduğunu xatırlayıram, hazırda onunla bağlı məndə hər hansı bir əlaqə nömrəsi və ya ünvan yoxdur”. İşə əlavə edilmiş, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, 6-cı məhəllədə yerləşən “Park Palace” şadlıq evində xüsusi icazə olmadan məsafədən idarə olunan mülki pilotsuz uçuş aparatı əldə edərək istifadə etmiş, nəticədə E.T.Alməmmədli tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İXM-nin 592-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki pilotsuz uçuş aparatlarının (uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq pilotsuz uçuş aparatları istisna olmaqla) əldə edilməsi və ya satılmasına görə mülki pilotsuz uçuş aparatları müsadirə edilməklə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Şəxs törətdiyi inzibati xəta barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 592-1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq sözü gedən məsafədən idarə olunan mülki pilotsuz uçuş aparatı (DJİ Mini 4 Pro markalı kameralı dron) müsadirə edilməklə barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə məsafədən idarə olunan mülki pilotsuz uçuş aparatı (DJİ Mini 4 Pro markalı kameralı dron) müsadirə edilməklə barəsində 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə və Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar