Məhkəmə qərarları › İş №3(041)-1056/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1056/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1056/2023 04.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, barəsində inziobati icraat açılmış hüquqi şəxs "xxxx"MMC-nin nümayəndəsi X2 və protokolu tərtib edən Kürdəmir RPŞ DYPB-nin İnzibati Xətalar üzrə baş insoektoru X* iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx"MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx"MMC barəsində Kürdəmir RPŞ tərəfindən *9.*0.2023-cü iltarixli, İXP 5774757saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Kürdəmir RPŞ DYPB-nin İnzibati Xətalar üzrə baş inspektoru X3 protokolu müdafiə edərək göstərdi ki, “hüquqi şəxs "xxxx"MMC-nin rəhbərliyinə mülkiyyətində olan BAİC M 20 markalı,**-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barəsində müvafiq məlumatları verilməsi barədə sorğu edilmiş və sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 iş günü müddətndə tələb olunan məlumatları verilməməsinə görə inzibati qaydada cərimə olunacağı barədə xəbərdarlıq edilmiş və xəbərdarlıq məktubu hüquqi şəxsin qeydiyyatda olduğu üçnvana göndərilsə də "xxxx"MMC-nin rəhbərliyi sorğuya cavab verməmiş və qanuna müvafiq qaydada barələrində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati icraat açılmış hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ DYPB-nin sorğusu onların üvnaına daxil olmamış və onların həmin sorğudan və barələrində tərtib edilən inzibati xəta haqqında protokoldan məlumatları olmamışdır. Məhkəmə inzibati işinin materiallarını araşdırıb, barəsində inzibati icraat aparılan şəxsin izahatını və şahid ifadəsini dinləyərək belə nəticəyə gəlir ki, "xxxx" MMC barəsində AR İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi işin faktiki hallarına uyğun deyildir və "xxxx" MMC tərəfindən xəbərdarlıq məktubunun alması ümumiyyətlə heç bir sübutla təsdiq olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü (İnzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Belə olan halda, inzibati xəta hadisəsinin X4 tərəfindən törədilməsinin mövcudluğunu göstərən kifayət qədər hallar aşkar edilmədən və kifayət qədər əsaslar olmadan onun inzibati məsuliyyətə cəlb olunması qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 53.0.* və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda. inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin *05.*-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin **4.2.*-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-5*, **4, **7, *28-*30-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün onlar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və onlar inzibati məsuliyyətdən azad edilsin. Qərardan *0 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar