Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1056/2024 06.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Təklə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Kürdəmir rayon polis şöbəsoindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN2070850 nömrəli və xx.xx.2024-cü il tarixli MN2070849 nömrəli inzibati xəta haqqına protokollara və xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən Şəxs xx.xx.2024-cü il tarixdə ov qaydalarını pozaraq lazımı icazə olmadan Kürdəmir rayonu ərazisində özünə məxsus Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almadan mülki silahın əldə edilməsi qaydalarını pozaraq 2 ədəd «İJ» markalı 16 çaplı zavod nömrəsi silinmiş qoşa lüləli və «Tula» markalı 16 çaplı Л55420 nömrəli yivsiz ov tüfəngləri ilə ov qaydalarını pozmaqla 01 ədəd turac ovlayaraq təbiətə maddi ziyan vurmuş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Təklə kəndində yaşayır, özünə məxsus «2 ədəd «İJ» markalı 16 çaplı zavod nömrəsi silinmiş qoşa lüləli və «Tula» markalı 16 çaplı Л55420 nömrəli yivsiz ov tüfəngləri var, həmin tüfənglərə aid sənədləri yoxdur. Özü bu günə kimi ov etmək üçün aidiyyəti orqanlardan lisenziya almamışdır. xx.xx.2024-cü il tarixdə həmin tüfəngləri götürərək çöl torpaq sahəsinə ov etmək üçün getmiş və 1 ədəd turac quşu vurmuşdur. Həmin vaxt yaxınlıqda olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra silahın sənədlərinin olmadığını bildirmiş və ovladığı 01 ədəd turac quşunu polis əməkdaşlarına təhvil vermişdir. O, törətdiyi əməlin məsuliyyət yaratdığını bilməmişdir. Əməlində peşman olmasını və ilk dəfə inzibati xəta hadisəsi törətməsini nəzərə alıb, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Şəxs barəsində olan ov qaydalarının pozulması ilə bağlı material ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara aiddir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almadan mülki silahın əldə edilməsi qaydalarını pozaraq 2 ədəd «İJ» markalı 16 çaplı zavod nömrəsi silinmiş qoşa lüləli və «Tula» markalı 16 çaplı Л55420 nömrəli yivsiz ov tüfəngləri ilə ov qaydalarını pozmaqla 01 ədəd turac quşu ovlamışdır. Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün səmimi etirafı, onun barəsində tərtib olunmuş inzibati protokol, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs ov silahı kimi istifadə etdiyi «2 ədəd «İJ» markalı 16 çaplı zavod nömrəsi silinmiş qoşa lüləli və «Tula» markalı 16 çaplı Л55420 nömrəli yivsiz ov tüfənglərini saxlanılması və təyinatı üzrə üzrə istifadə edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir rayonu polis şöbəsi tərəfindən icazə verilmədiyi, inzibati xətanın törədilməsində alət kimi istifadə edilmiş 2 ədəd «İJ» markalı 16 çaplı zavod nömrəsi silinmiş qoşa lüləli və «Tula» markalı 16 çaplı Л55420 nömrəli yivsiz ov tüfəngləri müsadirə edilməli, törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələrində nəzərdə tutulmuş müəyyən müddətə ov hüququ məhdudlaşdırılmalıdır. Beləliklə, Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ilk dəfə inzibati xəta hadisəsi törətməsini, məsuliyyəti yüngülləşdirən halları habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati xətanın törədilməsində alət kimi istifadə edilmiş 2 ədəd «İJ» markalı 16 çaplı zavod nömrəsi silinmiş qoşa lüləli və «Tula» markalı 16 çaplı Л55420 nömrəli yivsiz ov tüfəngləri müsadirə edilməməklə 01 il müddətə ov hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 152.4-cü maddəsinə əsasən ov etmə hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xətanın törədilməsində alət kimi istifadə edilmiş «İJ» markalı 16 çaplı zavod nömrəsi silinmiş qoşa lüləli və 1 ədəd «Tula» markalı 16 çaplı Л55420 nömrəli nömrəli yivsiz ov tüfəngləri müsadirə edilməklə 01 (bir) il müddətə ov hüququ məhdudlaşdırılsın. Kürdəmir rayon polis şöbəsində saxlanılan Şəxs götürülmüş «İJ» markalı 16 çaplı zavod nömrəsi silinmiş qoşa lüləli və 1 ədəd «Tula» markalı 16 çaplı Л55420 nömrəli yivsiz ov silahları müsadirə edilsin və Azərbaycan Respublikası DİN-nin X2 Baş İdarəsinin Mərkəzi Anbarına təhvil verilsin. Qərarın icrası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə və Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1056/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1056/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver