Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1057/2024 30.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat açılmış şəxs Şəxs və inzibati xəta üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir rayon polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat materialları baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs İlar oğlu izahatında göstərdi ki, o, beş ilə yaxındır ki, Bakı Qazax magistal yolunun Kürdəmir rayonu Karrar kəndi ərazisində yerləşən “Şüşəli” restoranda çayçı işləyir. Onun əmək haqqı 400 manatdır. O, xəstə olduğu üçün aldığı əmək haqqı onun ehtiyaclaının ödəədiyi üçün o, dəfələrlə yeməkxanda administrator işləyən Zərərçəkmiş şəxs onun əmək haqqını artırmasını xahiş etmiş, lakin onun əmək haqqı olduğu kimi qalmışdır. Özü müalicə alanda dəfələrlə Ruslan ona kömək etməsini xahiş etsə də ona heç bir köməklik göstərilməmişdir. Buna görə də o, yeməkxanada olan kassanı açarla açmış və müxtəlif vaxtlarda hissə-hissə, yəni 20-30 manat olmaqla kassadan ümumilikdə 1560 manat pulu gizlin yolla oğurlamışdır. O, dəymiş ziyanı qaytarmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs izahatıda göstədi ki, o, iki ilə yaxındır ki, Bakı-Qazax yolunun Kürdəmir rayonu Karrar kəndi ərazisində yerləşən “Şüşəli” restoranda adminstrator vəzifəsində işləyir. Şəxs həmin yeməkxanada çayçı işləyir. Son vaxtlar yeməkxanada olan açarla bağlı kassadan pulun əskik olmasından şübhələnmiş, bunun izinə düşsə də bunun səbəbini tapa bilməmişlər. Lakin son vaxtlar kassya nəzarət üçün kamera yerləşdirilmiş və Şəxs kassanın yanında heç kimin olmamamsından arxayın olduqdan sonra kassa aparatının üzrində olan açarla kassanı açaraq hər dəfə hissə-hissə olmaqla ümumilikdə kassdan 1560 manat pulu gizlin olaraq oğurladığının şahidi olmuşlar. Bundan sonra onlar Kürdəmir RPŞ-nə şikayət ərizəsi müraciət edərək Şəxs cəzalanmasını xahiş etmişlər. Şəxs onlara dəymiş ziyanı ödəməmişdir. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdırıb hesab edir ki, hazırki inzibati xəta haqqında işdə cinayətin əlamətləri vardır və iş üzrə materiallar istintaq orqanına göndərilməklə iş üzrə icraata xitam verilməlidir. Qanunvericiliyə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarından görünür ki, İbtidai araşdırma orqanı Şəxs əməlini vahid niyyətlə əhatə olunan əməl kimi deyil, məhz hər bir şəxsə münasibətdə müstəqil əməl olaraq qiymətləndirmiş, buna görə də, hər bir epizod üzrə ələ keçirilmiş məbləğ 500 manatdan az olduğu üçün Kürdəmir rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.1-ci ilə cinayət işinin başlanılması Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və qeyd olunan əməllər üzrə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün toplanmış materiallar Kürdəmir RPŞ İTB-nə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində oğurluq cinayətinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nın 114-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair 18 noyabr 2022-ci il tarixli AZƏRBAYCAN RESPUBLİKASİ KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARİ”da göstərilir ki, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Yuxarıda göstərililənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 85, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatda cinayətin əlamətləri olduğu üçün iş üzrə materiallar istintaq orqanına göndərilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti məlumat üçün Kürdəmi rayon prokuroruna göndərilsin. Qərardan 10 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-1057/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1057/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver