Məhkəmə qərarları › İş №3(041)-1060/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1060/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1060/2023 20.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 15.30-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş X1 iştirakı ilə xx xxxxxx 1970-ci ildə Fizuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Fizuli şəhəri,Xanlar küçəsi, dalan 1,ev 21-də yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Ağsu-Kürdəmir-İmişli yolunda Kürdəmir RPŞ DYPB-nin inspektoru X3 ilə mübahisə edərək ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X2 raportu əsasında Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə oğlunun idarə etdiyi avtomobillə Kürdəmir rayonunda yerləşn “Muradxan” şadlı evinə toya gəlmiş və saat təxminən 21 radələrində toydan çıxıb gedərkən yol polisi əməkdaşları onları saxlatdırməş və o, avtomobildən yerə düşərərək polis əməkdaşları ilə mübahisə etmişdir.Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ DYPB-də inspektor vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Ağsu-Kürdəmir-İmişli yolunun 38-ci km-də xidmətdə olarkən “VAZ 2104” markalı,**-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa qabarit işıqlarının yanmadığını görüb həmin avtomobili saxlatmışlar. Özlərini təqdim edib sürücüyə arxa qabarit işıqlarının yanmadığını bildirərək barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və sürücüyə avtomobili duracağa yerləşdiriləcəyi barədə məlumat vermişlər. Həmin vaxt sürücünün yanında əyləşmiş və adını sonradan bildikləri Şəxs avtomobildən yerə düşərək uca səslə qıqırıb onlara qarşı nalayiq ifadələr işlətmiş, onlar da Şəxs sakitləşdirmək istəsələrə də Şəxs sakitləşməmişmiş və qanunsuz hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 da X3 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi, hadisənin baş vermə şəraitindən habelə iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə inzibati xəta hadisəsi törədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AZA 000269 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 01.00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 05 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar