Məhkəmə qərarları › İş №3(041)-1061/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1061/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1061/2023 20.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 15.40-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1970-ci ildə Fizuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Fizuli şəhəri,Xanlar küçəsi, dalan 1,ev 21-də yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə oğlunun idarə etdiyi avtomobillə Kürdəmir rayonunda yerləşn “Muradxan” şadlı evinə toya gəlmiş və saat təxminən 21 radələrində toydan çıxıb gedərkən yol polisi əməkdaşları onları saxlatdırməş və o, avtomobildən yerə düşərərək polis əməkdaşları ilə mübahisə etmişdir. Bir az sonra polis əməkdaşalrı gəlmiş və onu Kürdəmir RPŞ-nə aparmışlar və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşmandır. O, polis əməkdaşlarından üzr istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ DYPB-də inspektor vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Ağsu-Kürdəmir-İmişli yolunun 38-ci km-də xidmətdə olarkən “VAZ 2104” markalı,**-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa qabarit işıqlarının yanmadığını görüb həmin avtomobili saxlatmışlar. Özlərini təqdim edib sürücüyə arxa qabarit işıqlarının yanmadığını bildirərək barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və sürücüyə avtomobili duracağa yerləşdiriləcəyi barədə məlumat vermişlər. Həmin vaxt sürücünün yanında əyləşmiş və adını sonradan bildikləri Şəxs avtomobildən yerə düşərək uca səslə qıqırıb onlara qarşı nalayiq ifadələr işlətmiş, onlar da Şəxs sakitləşdirmək istəsələrə də Şəxs sakitləşməmişmiş və qanunsuz hərəkətlərinə davam etmişdir. Bundan sonra onlar Şəxs şöbəyə gətirmək istəsələr də Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra onlar məcbur olub post patrul xidmətnə zəng edərək kömək istəmiş, pos taprul xidməti əməkdaşları gələndən sonra məcburi qaydada Şəxs Kürdəmir RPŞ-nə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 da X1 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadələri, inzibati xətanın baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş matriallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA 000269 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01.00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta hadisəsi törətməyə meyilli olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 (on ) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar