Məhkəmə qərarları › İş №3(041)-1063/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1063/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1063/2023 01.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1983-cü il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Hacıqabul rayonu Muğan qəsəbəsində yaşayan Şəxs barəsində Kürdəmir RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində etibarnamə ilə idarə etdiyi “Shacman SX 3314DR366” markalı,**-BG-***dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Kürdəmir rayonu Atakişili kənd yolunda hərəkətdə olarkən hərəkətin digər işrtirakçıları üçün maneə yaratmamalı olduğu halda buna əməl etməyib öz hərəkətini davam etdirərək,həmin vaxtı avtomobilin kabinasının yolun üzərindən küçən telefon xəttinə ilişməsi nəticəsində yolun sağ hissəsində dayanmış piyada X2 həmin telefon xəttinə ilişərək yıxılması nəticəsində yüngül zərərvurmaya aid edilən xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, 2016-cı ildən AAY 21 saylı Yol İstismar İdarəsində sürcü kimi işləyir.O,idarəyə məxsus **-BG-*** dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilini etibarnaməı əsasında idarə dir.Sonuncu dəfə 30.1.2023-cü il tarixdə,saat təxminən 17 radələrində Ağsu rayonundan Mollakənd kəndi istiqamətində olarkən Atakişili kənd orta məktəbinin yaxınlığında yolun kənarında iki nəfər şəxsin kabel çəkdiyini görmüş,lakin kabelin boş olmasını və yolun üzərində sallaq vəziyyətdə olduğunu görməmiş,yolun sağ hissəsi ilə saatda təxminən 40- 50 km/saat sürətlə hərəkətdə olan zaman kabelin avtomobilin kuzasına ilişdiyini bilməmiş,lakin güzgüdən baxdıqda yük yerinə kabelin ilişdiyini görmüş və avtomobili saxlayıb kabelin avtomobilə ilişməsi nəticəsində kənarda dayanan şəxsin xəsarət almasını görmüşdür. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və təələbləri yoxdur. ilk dəfə inzibati xəta hadisəsi törətməsini və avtomobilin ailəsinin yeganə dolanışıq mənbəyi olduğunu, nəzərə alıb ona sürücülük hüququnun məhdudlaşdırlması ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, o, Kürdəmir rayonu Atakişili kəndində yaşayır.xx.xx.2023-cü il tarixdə,saat təxminəın 17 radələrində yaşadığöı evə kabel xətti çəkmək üçün qohumu X3 ilə birlikdə kabelin elektrik xəttinin aşağısından keçirmək üçşün rezin boru vasitəsi ilə izolyasiya tədbiri gördükdə Ağsu istiqamətindən çınqıl yüklü avtomobilin gəldiyini görməmiş,avtomobil keçdikdə yolun üzərindən çəkilməkdə olan kabelin atomobilin kuzasına ilişdiyini görmüş,ayağının altında olan kabel də avtomobillə birlikdə sürndüyündən kabelin onu təxmiən 2 metr hündürlüyə qaldıərmış və nəticədə başıə üstə yerə yıxılaraq xəsarət almışdır.Onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Rasim barəsində yüngül cəza vtətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rıədd edilməsi haqqında qərarda MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 531 nömrəli rəyində 1978-ci il təvəllüdlü X2 alın nahiyəsinin əzilmiş-cırılmş yarasının küt əşya təsirindən əmələ gəldiyi və sağlamlığa yüngül zərərvurmaya aid edildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş sürücülü vəsiqəsinin surətindən görünür ki, Şəxs AC 811764 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır və xx.xx.2029-cu ilədək etibarlıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 361 nömrəli aktında Şəxs hadisə baş verən gün ayıq olduğu göstərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməli özünün etirafı, zərəçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta töədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi xətanın xarakterini, təqsirlik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar