Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1063/2025 13.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Muxtarov Muxtar Arif oğlu, İsayev Orxan Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 13 sentyabr 2025-ci il tarixdə, malqaranı yolda nəzarətsiz qoyması səbəbindən Kürdəmir rayonu Carlı kənd sakini X1-İmişli yolunun Kürdəmir rayonu Sor-Sor kəndi ərazisindən keçən hissəsində idarə etdiyi "VAZ 2107" markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən 1 baş iribuynuzlu camış heyvanını vurmuş, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilə ziyan dəymiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 3(041)-1063/2025 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs apellyasiya şikayəti əsasında apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli 3(3-9)-45/2026 nömrəli qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-1063/2025 saylı qərarı həmin şikayətə münasibətdə ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2026cı il tarixli 3(3-9)-45/2026 nömrəli qərarı əsasında Şəxs barəsində İXM-nin 338.7-ci maddəsi ilə başlanmış inzibati xəta haqqına iş üzrə icraat materialı yenidən baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə axşam saat 18-19 radələrində olmuşdur. Hadisə günü heyvanları ona məxsus fermada çoban işləyən Həsənağa adlı çoban otarmışdır.Hadisədən bir gün sonra xx.xx.2025-ci il tarixdə X4 ilə görüşmüş, Səfadar ona heyvanın ayağının sındığını bildirmişdir. O, heyvanın kimin kəsib aparmasını soruşsa da, Səfadar onun bu sualına cavab verməmişdir. Ona maraqlı olan heyvanı kim kəsmişdir. Səfadar tərəfindən hadisə barədə polisə məlumat verilməmişdir. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, hadisə axşam saat 21-22 radələrində baş vermişdir, hadisə zamanı yolu keçən camışların yanında heç kim olmamışdır, heyvanlara heç kim nəzarət etməmişdir. Bir neçə camış yolu keçmişdir. Hadisə zamanı onun idarə etdiyi avtomobildə kənd sakinləri olmuşdur və onlar hadisənin necə baş verdiyini deyə bilərlər. Məhkəmə iclasında şahid X10 izahat verərək bildirmişdir ki, Şəxs məxsus fermada çoban işləyir. Hər səhər heyvanları otarmağa aparır və axşam geri gətirir, gün ərzində heyvanların yanında olur.Heyvanları təkbaşına otarır. Ona əmək haqqını Şəxs verir. Hadisə günü sentyabr ayında heyvanları təkbaşına səhər otarmağa aparmış, axşam saat 18-dən sonra geri qayıdarkən heyvanlardan birinin əskik olduğunu aşkar etmişlər. Hadisəni şəxsən görməmişdir. Bir baş camışın yaxınlıqdakı fermalara məxsus camışlara qarışdığını düşünmüşdür. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində İmanverdiyev Səfadarın idarə etdiyi avtomobillə hərəkətdə olarkən qəfil olaraq yola bir neçə camış çıxmışdır. Heyvanlardan iki baş camış yolu keçmiş, üçüncü camış yolu keçərkən avtomobil ona dəymişdir. Toqquşmadan sonra camış yerə yıxılmış, lakin qısa müddətdən sonra ayağa qalxaraq yeriyə-yeriyə hadisə yerindən uzaqlaşmışdır.Camışa ciddi xəsarət dəyməmişdir. Həmçinin hadisə zamanı heyvanlara nəzarət edən heç bir şəxs hadisə yerində olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Güldanə Həmzə qızı ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 13 sentyabr 2025-ci il tarixdə mal-qaranı yolda nəzarətsiz qoyması səbəbindən Kürdəmir rayonu Carlı kənd sakini X1-İmişli yolunun Kürdəmir rayonu Sor-Sor kəndi ərazisindən keçən hissəsində idarə etdiyi "VAZ 2107" markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən 1 baş iribuynuzlu camış heyvanını vurmuş, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilə ziyan dəymiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Həmin inzibati xəta haqqında protokol isə Kürdəmir RPŞ TB-nin təhqiqatçısı S.Sadıqov tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında tərtib olunmuşdur. xx.xx.2026-cı il tarixli şikayət ərizəsindən görünür ki, Şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-1063/2025 saylı və xx.xx.2025-ci il tarixli, 6(041)-8/2025 saylı qərarlarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli 3(3-9)-45/2026 nömrəli qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-1063/2025 saylı qərarı həmin şikayətə münasibətdə ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli 3(3-9)-45/2026 nömrəli qərarı əsasında Şəxs barəsində İXM-nin 338.7-ci maddəsi ilə başlanmış inzibati xəta haqqına iş üzrə icraat materialı yenidən baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-in: 338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə səksən manat məbləğində cərimə edilir. 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun at arabalarının sürülməsinə və mal-qaranın ötürülməsinə dair tələblərdən bəhs edən 47-ci maddəsinin: Vİ. At arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə: 1) mal-qaranı yolda nəzarətsiz qoymaq; 2) mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa); 3) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kürdəmir RPŞdə aparılmış ilkin araşdırma zamanı, məhkəmə araşdırması zamanı bildirmişdir ki, məlum hadisə heyvanlara çobanlıq edən Həsənağa Baxışovun axşam mal-qaranı örüş sahəsindən yatağa gətirərkən baş vermişdir.Həmçinin araşdırma zaman məhkəmə iclasında şahid qismində izahat vermiş Həsənağa Baxışov bildirmişdir ki, Şəxs məxsus fermada çoban işləyir və heyvanları o, otarmağa aparıb və o, heyvanlara o, qulluq edir. Həsənağa Baxışovun dindirilməsi təmin olunmamış və bu dindirmənin nəticəsindən asılı olaraq Şəxs İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olub-olmaması məsələsi aydınlaşdırılmamışdır. Həmçinin anunvericilikdə “çoban” (yəni sürünü, mal-qaranı otaran və baxan şəxs) anlayışı xüsusi olaraq heç bir normativ hüquqi aktda ayrıca hüquqi termin kimi dəqiq təriflə qeyd olunmur. Bu tip peşələr və ya fəaliyyət növləri adətən adət, əxlaq, əmək münasibətləri və kənd təsərrüfatı ilə bağlı aktlarda peşə kateqoriyası kimi ümumi anlayış kimi keçir, yəni maddi-praktik tənzimləmə olur, amma xüsusi “çoban” termini qanunda ayrıca hüquqi anlayış kimi müəyyənləşdirilməmişdir. Lakin cəmiyyətdə (xüsusən də rayon və kənd yerlərində) ümumqəbul olunmuş adətlərə görə “çoban” mal-qara sahibinin tapşırığına əsasən mal-qara sürüsünü örüş sahələrinə aparır, heyvanları qoruyur və saxlayır, eləcə də onların yemlənməsinə və təhlükəsizliyinə cavabdeh olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Göründüyü kimi, hadisə baş verən zaman bir baş camış heyvanı Şəxs bilavasitə faktiki nəzarətində olmamış, peşəkar çoban tərəfindən, tapşırıq münasibətləri çərçivəsində idarə olunmuşdur. Tapşırıq alan şəxs mal-qaranın saxlanılması, nəzarətdə saxlanılması, örüşdən yatağa təhlükəsiz şəkildə gətirilməsi və üçüncü şəxslər üçün təhlükə yaratmaması üzrə birbaşa öhdəlik daşıyır. Bu fakt araşdırma zamanı müəyyən edilmişdir. İş materiallarına görə, hadisə zamanı Şəxs hadisə yerində ümumiyyətlə olmamış, mal-qara onun tərəfindən deyil onun tapşırdığı “çoban” – Həsənağa Baxışov tərəfindən nəzarətsiz qoyulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan başqa həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmçinin həmin Məcəllənin 84.1 və 84.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə inzibatı xəta tərkibi yoxdur və bu səbəbdən də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muxtar Muxtarov
Məhkəmə qərarları › İş №3(041)-1063/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1063/2025
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver