Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1064/2023 11.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu , Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi Barəsində inzibati icraat açılmış şəxs Şəxs və protokoıu tərtib etmiş X2 iştirakı ilə xx.xx.1997-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Söyüdlər kəndində qeydiyyatda olan- Şəxs barəsində Kürdəmir RPŞ-i tərəfindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y YƏ N E T D İ : Şəxs xx.xx.2022-ci il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 39 və 47-ci maddəsinin müafiq bəndinin tələblərini pozaraq özünə məxsus qaramalı aspfalt-beton örtüklü yoldan keçirmiş və Kürdəmir-Zərdab yolunda hərəkətdə olan “Mersedes E klass” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin heyvanı vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “Mersedes E klass” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2280 manat ziyan dəymişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Barəsində inzibati icraat açılmış şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 17 radələrində özünə məxsus 5 baş iribunuzlu heyvanı örüş sahəsindən çıxardaraq yaşadıqları kəndə tərəf sürməyə başlamış və bir qədər yol getdikdən sonra saat təxinən 18 radələrində Kürdəmir-Zərdab yolunun Kürdəmir rayonu Söyüdlər kəndi ərazisindən keçən hissəsində hava bir az qaralan vaxtı yolun bir hissəsindən digər hissəsinə kecirən zaman Kürdəmir rayonundan Zərdab rayonu istiqamətində hərəkətdə olan “Mersedes E klass” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətli hərəkət zolağında heyvanlardan birini vuraq tələf etmişdir. Hadisə zamanı avtomobilə ziyan dəysə də onun özünə də ziyan dəymişdir. Belə ki, tələf olan inəyin hazrki bazar qiyməti 3000 manatdır. Onun özünə də maddi ziyan dəyməsini bildirib barəsində olan inzibati materiala xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar olaraq məhkəmə iclasına gələ bilməyəcəini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçririlməsinə etirazının olmadını bildimiş, ona dymiş ziyanın ödənilmədiyini və şikayətçi olduğunu göstərərək qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş protokolu tərtib edən Kürdəmir RPŞ DYPB-nin yol nəqliyyat hadisələri üzrə inspektoru X3 izahatında göstədi ki, xx.xx.2023-cü il tarixdə Zərdab rayon sakini Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng edərək, Kürdəmir rayonu, Söyüdlər kənd ərazisində idarə etdiyi “Mercedes” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə inək vurması barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında hadisə yerinə baxış keçirilərək müayinə işləri aparılarkən qəzanın baş verdiyi Zərdab-Kürdəmir yolunun Kürdəmir rayonu, Söyüdlər kəndi ərazisindən keçən hissəsində yolun quru və asfalt örtüklü olması, yolun eninin 7.2 metr, yol çiyinlərinin eninin 1 və 1.5 metr, “Mercedes E klass” markalı, ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus tormuz izinin olmaması, hadisənin sutkanın qaranlıq vaxtı və əks istiqamətli hərəkət zolağında baş verməsi və hadisə baş verən hiss’sinin 1.24, yəni mal-qara ötürülməsi üçün istifadə edilən yol nişanının təsir sahəsində olmaması müəyyən edilmişdir.Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, axşam saat 18:08 radəsində, Zərdab rayon sakini Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Mercedes E klass” markalı, ** ZK *** dövlət qeydiyyat avtomobili sutkanın qaranlıq vaxtı özü idarə edərək, Kürdəmir-Zərdab yolunun Kürdəmir rayonu, Söyüdlər kəndi ərazisindən keçən hissəsi ilə üzü Zərdab rayonu istiqamətində quru və asfalt örtüklü yolda öz yolunda saatda 70-80 kilometr sürətlə hərəkətdə olan zaman həmin vaxt üçün Kürdəmir rayonu, Söyüdlər kənd sakini Şəxs yolun bir hisəsindən digər hissəsinə ötürmüş olduğu 3 baş iri buynuzlu inəklərdən biri ilə əks istiqamətli hərəkət zolağında toqquşaraq 1 baş inəyin tələf olması və avtomobilə dəymiş maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Aparılmış araşdırma zamanı baş vermiş hadisə nəticəsində xəsarət alanların olmaması, Mercedes E klass markalı, ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilə və heyvan sahibinə maddi zərər dəyməsi, həmçinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə yuxarıda adları qeyd olunan şəxslərin alkotestr vasitəsilə müayinəsi aparılarkən onların hadisə baş verən ərəfədə sərxoş olmamaları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir şəhər avtomobillər texniki Xidmət Məntəqəsinin xx.xx.2023-cü il tarixli, 04 nömrəli ziyan aktından görünür ki, “Mersedes E klass” markalı, **-ZK-*** qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2280( iki min iki yüz səksən) manat ziyan dəyməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş AD 217982 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mersedes E klass” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. İş materiallarına əlavə edilmiş AE 040323 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs BC kateqoriyalı sürücülük vəsiqəsi olmaqla xx.xx.2028-ci il tarixədək etibarlıdır. İş materiallaırna əlavə edilmiş xx.xx.2023-cü il tarixli alkotestin nəticəsindən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etdiyi üçün barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs əməli özünün səmimi etirafı, zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, onun özünə maddi ziyan dəyməsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib barəsində 100 (bir yüz) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Zərərçəmiş şəxsə maddi ziyanla bağlı mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-1064/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1064/2023
11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver