Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1064/2024 18.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Mürtülü kəndində qeydiyyatda olmaqla yaşayan X3 barəsində Kürdəmir rayon polis şöbəsindən daxill olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən “Aqil” marketin qarşısında sərxoş halda ucadan söyüş söyərək ictimai qaydanı pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə şam yemeyi yeyərkən bir qədər spirtli içki qəbul etmiş, küçəyə çıxıb gəzəgəzə Xırdapay kəndi ərazisində yerləşən “Arif” marketin yanına gəlmişdir. Marketin qarşısında özündən aslı olmayaraq ucadan öz-özünə danışaraq ünvasız nalayiq ifadələr işlətdiyinə görə marketdə calışan Rəşad adlı şəxs yaxınlaşaraq onu sakitləşdirməyə çalışmışdır. Lakin sərxoş olduğu üçün öz qanunsuz hərəkətlərini davam etdirdiyinə görə Rəşad polis əməkdaşlarına məlumat vermiş, polis əməkdaşları da onu sakitlədirə bilmədikləri üçün polis şöbəsinə aparmışlar. Hazırda ictimai qaydanı pozan hərəkətlər etdiyi üçün peşmandır və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. X1 törətdiyi inzibati xəta özünün etirafı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. X3 oğlunun ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran müəyyən hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA000540 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 23.10-da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 14.30-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. X3 barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilərkən onun 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək X1 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri saxlanılsın. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1064/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1064/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver