Məhkəmə qərarları › İş №3(041)-1067/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1067/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1067/2023 21.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1975-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Ərəbqubalı kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Kürdəmir rayon polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onun yaşadığı ünvana gələrək oğlu Namilin ondan şikayət etməsini və onlarla birlikdə Kürdəmir RPŞ-nə getçəli olduğunu bildirmişlər. O, da heç bir söz demədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edərək onu bir gün polis şöbəsində saxlamışlar. Polis əməkdaşları onun yaşadığı yerə gələndə orada polis əməkdaşlarından başqa kənd adamları da olmuşlar və onun heç bir tabesizlik göstərmədiyini şahidi olmuşlar. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahatında göstərdi ki, o, Kürdəmir RPŞ NMQ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Kürdəmir rayonu Ərəbqubalı kənd sakini X4 DİN-nin 102 xidmət mərkəzinə zəng edərək narkotik vasitəsçisi olan atası Namiqin bacısı X2 döydüyünü və bu səbəbdən bacısının özünü öldürəcəyini barədə məlumat vermiş və onlar əməliyyat qrupu ilə birlikdə həmin ünvana getmişlər. Onlar Şəxs yaşadığı ünvana gedərək Şəxs həyətə çağırıb barəsində olan şikayətlə bağlı izahatının alınması üçün onlarla birlikdə polis şöbəsinə dəvət etsələr də Şəxs ünvansız nalayiq ifadələr işlədərək etirazını bildirib polisn qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra onlar Şəxs zorla avtomobilə mindirib polis şöbəsinə gətirmişlər. Məhkəmə öz daxili inamına və məhkəmə araşdırması zamanı əldə olunan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs ictimai qaydadnı pozmamış və fiziki şəxslər üzərində heç bir zor tətbiq etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA 000222 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20.00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin və o,dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar